DİYANƏTPƏRVƏR
DİYARBƏDİYAR
OBASTAN VİKİ
Diyar
Diyar — bəzi dövlətlərdə inzibati–ərazi vahidi. Diyar Çexiyada, Gürcüstanda, Rusiyada və Slovakiyada inzibati–ərazi vahididir. "Diyar" sözü ərəb mənşəli isimdir (ərəb. دیار‎) və "ölkə", "məmləkət" kimi mənaları ehtiva edir. Diyar çex dilində kray (çex. kraj) adlanır. 2001–ci il etibarı ilə Çexiya 14 diyara (I dərəcəli inzibati vahidə) bölünmüşdür: Karlovı Varı diyarı Kraloveqradetsk diyarı Liberets diyarı Moraviya-Sileziya diyarı Olomoutsk diyarı Pardubitsk diyarı Plzen diyarı Praqa (diyar statuslu şəhər) Stredoçesk diyarı Ustetsk diyarı Vısoçina diyarı Yihoçesk diyarı Yihomoravsk diyarı Zlin diyarı Ölkə (və ya diyar) gürcü dilində "mxare" (gürc. მხარე) adlanır. 1994–1996–cı illərdə həyata keçirilmiş inzibati islahatlar nəticəsində Gürcüstanda I dərəcəli inzibati–ərazi vahidi statusu olan 9 diyar təşkil edilmişdir: İmereti diyarı Kaxeti diyarı Aşağı Kartli diyarı Quriya diyarı Msxeta-Mtianeti diyarı Raça-Leçxumi və Aşağı Svaneti diyarı Sameqrelo-Yuxarı Svaneti diyarı Samtsxe-Cavaxeti diyarı Daxili Kartli diyarı Diyar sözü rus dilinə "strana" (rus. страна) və ya "kray" (rus.
Diyar Rəbiə
Diyar Rəbiə (ərəb. دِيَارُ رَبِيعَةَ‎) — orta əsrlərdə Cəzirənin ən şərqdəki və ən böyük vilayətinin ərəbcə adı. Vilayətdən digər ikisi Diyar Bəkr və Diyar Mudar idi. Orta əsr coğrafiyaşünası Bəlazuri yazmışdır ki, hər üç vilayət VII əsrdə ərəb istilaları zamanı Müaviyə tərəfindən oraya köçürülən əsas ərəb qəbilələrin adı ilə əlaqəlidir. Diyar Rəbiədə Rəbiə qəbiləsi yaşayırdı. Diyar Rəbiə Xabur çayının yuxarı axarını və onun qollarını, yəni Tur-Abdin və Ərbayistan bölgələrini, eləcə də şimalda Cəzirət ibn Ömər yaxınlığından Dəclə çayının hər iki sahilini, cənubda Tikrit bölgəsində İraqla sərhədə, o cümlədən Yuxarı Zab və Aşağı Zabın aşağı axarlarını əhatə edirdi. Vilayətin əsas şəhəri Mosul idi və digər mühüm şəhər mərkəzləri Bаlаd, Cəzirət ibn Ömər, Sinnə, Bərqayid, Sincar, Nüseybin, Mardin və Rəsulayn idi. Vilayət Əməvilər və Abbasilər dövründə qərmətilərin basqınlarından əziyyət çəkmişdir. X əsrin ortalarında vilayət paytaxtı Mosul olan yerli Həmdanilər sülaləsinin nəzarəti altına keçmişdir. Həmdanilər əmirliyi 980-ci ildə Buveyhilər tərəfindən süquta uğradılmışdır, vilayət isə sonradan Ukeylilərin nəzarətinə keçmişdir, lakin onlar da XI əsrin sonlarında Səlcuqlular tərəfindən fəth edilmişdir.
Doğma Diyar (2003)
Doğma diyar (film, 2003)
Qafqaz Diyar Komitəsi
Qafqaz Diyar Komitəsi — Rusiya Kommunist (bolşeviklər) Partiyasının (RK(b)P) Cənubi və Şimali Qafqaz bolşevik təşkilatlarına rəhbərlik edən orqanı. Rusiya Sosial Demokrat Fəhlə (bolşevik) Partiyası Qafqaz təşkilatlarının 1-ci qurultayında (Tiflis, 1917, 2–7 (15–20) oktyabr) yaradılmışdı. Oktyabr çevrilişindən (1917) sonra Cənubi Qafqazın Rusiyadan ayrılması əleyhinə çıxış etmiş və Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) Xalq Komissarları Soveti hakimiyyətinin tanınması tələbini irəli sürmüşdü. Zaqafqaziya komissarlığını tanımaqdan və Zaqafqaziya seyminin işində iştirakdan imtina etmişdi. QDK Qafqazda sovet hakimiyyəti qurulmasına bilavasitə rəhbərlik edirdi. 1919-cu ilin mayında QDK tərəfindən hazırlanan və Bakıda keçirilən RK(b)P 2-ci cənubi Qafqaz konfransında "Müstəqil Sovet Azərbaycanı uğrunda" şüarı qəbul olunmamışdı. Lakin mayın sonunda QDK bu şüarla razılaşmışdı. Komitənin Bakı bürosu Azərbaycan Kommunist Partiyasının yaradılması təklifi ilə çıxış etmişdi. Məsələnin müzakirəsi RK(b)P Mərkəzi Komitəsinə verilmişdi. 1919-cu ilin avqustu-1920-ci ilin yanvarında RK(b)P MK siyasi bürosu və təşkilat bürosu, Lenin başda olmaqla, Qafqazda partiya və milli quruculuq məsələsini 8 dəfə müzakirə etmiş, QDK-nın rəhbərliyi ilə Azərbaycanın, Ermənistan və Gürcüstan kommunist partiyalarının yaradılmasına razılığını bildirmişdi.
Yeniləşmiş Diyar (1984)
Film Azərbaycanın dilbər guşəsi olan Dağlıq Qarabağın tarixindən və bu günündən söhbət açır.
Ulu diyar (film, 1984)
Film Naxçıvan MSSR-in əldə etdiyi nailiyyətlərdən, respublikanın şöhrətli əməkçilərindən danışır. Burada diyarın qədim memarlıq abidələri, ədəbiyyat və incəsənət əsərləri öz əksini tapmışdır. Kinolent muxtar respublikanın 60 illiyinə həsr edilmişdir. Film Naxçıvan MSSR Partiya Komitəsinin sifarişi ilə çəkilmişdir.
Yeniləşmiş diyar (film, 1984)
Film Azərbaycanın dilbər guşəsi olan Dağlıq Qarabağın tarixindən və bu günündən söhbət açır.
Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyi
Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyi — 1981-ci ildən Cufa şəhərində fəaliyyət göstərən muzey. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi sistemindədir. 5 şöbədən ibarətdir. Muzey Azərbaycan Respublikası Nazirlər Sovetinin 13 fevral 1981-ci il tarixli qərarı ilə yaradılmışdır. Muzeydə 3000-dən çox eksponat saxlanılır. Bu eksponatlar sırasında mis və saxsı qab nümunələri, bəzək əşyaları, bədii tikmə və milli geyimlər, toxuculuq məmulatları, məişət əşyaları, rayon ərazisindəki tarixi memarlıq abidələrinin rəsm və fotoşəkilləri və s. toplanmışdır. 1981-ci ildə 50 ədəd eksponatla fəaliyyətə başlayan tarix-diyarşünaslıq muzeyində hazırda 3000-ə yaxın eksponat, arxeoloji qazıntılar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələri, eramızdan əvvəl III–I minilliyə aid, eləcə də orta əsrlər mədəniyyətinə aid dövrlərdən xəbər verir. 5 şöbədən ibarət olan muzeydə XVI–XIX əsrlər dövrünə aid, 40-dan çox xalça nümunələri, kilim, cecim, xurcun, heybə, corablar nümayiş etdirilir. Müasir dövrdə təşkil olunmuş ekspozisiyada xalqımızın müstəqillik illərində əldə etdiyi nailiyyətlərə aid sənədlər və materiallarla yanaşı, Qarabağ və Sədərək döyüşlərində həlak olmuş şəhidlərə aid fotoşəkillər də tərtib olunmuşdur.
Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyi
Cəbrayıl rayonunda Tarix-Diyarşünaslıq müzeyi — II Dünya Müharibəsindən əvvəl təsis olunmuşdu. İ.V.Stalinin adını daşıyan muzey 1953-ci ildə ləğv edildi və eksponatları arxivə verildi. Az müddət sonra onun yerində yenidən Tarix-Diyarşünaslıq Muzeyi yaradılaraq, iyirmi ildən artıq bir müddətdə ictimai əsaslarla fəaliyyət göstərdi. Bu gün Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyi fəaliyyətini paytaxtdakı "İstiqlal" muzeyində davam etdirir. Muzey 1980-ci ilin dekabrında rəsmi status aldı və ştat cədvəli təsdiqləndi. Həmin ildə Cəbrayıl rayon Partiya Komitəsinin təşəbbüsü ilə şəhər orta internat məktəbinin dörd otağı muzeyin sərəncamına verilmiş və qısa müddət ərzində təmir edilərək Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin yanvar 1980-ci il tarixli "Azərbaycanın rayonlarında tarix – diyarşünaslıq muzeylərinin yaradılması haqqında" xüsusi qərarından sonra – 1980-ci il dekabrın 8-də yaradılmışdır. Muzeyin sığındığı internat binası şəhərin "Sağ sahil" küçəsində yerləşirdi. 1993-cü ilə qədər muzeydə Cəbrayıl rayonu ilə bağlı 19 minə yaxın eksponat toplanmışdı. 1993-cü ildə Ermənistan Silahlı Qüvvələrinin hücumları zamanı muzeyin təxminən 16 minə yaxın eksponatını xilas etmək mümkün olmuşdur. Muzeydə daşınması çətin olan bir sıra əşyalar, ümumilikdə 2 mindən artıq eksponat hazırda erməni işğalçıları tərəfindən məhv edilmişdir.
Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyi
Cəlilabad Tarix – Diyarşünaslıq Muzeyi — 1981-ci ildə yaradılmışdır. Muzey binası bir mərtəbədən ibarətdir. Sahəsi 300 kv.m-dir.Muzeydə 4810 ədəd eksponat vardır. Cəlilabad Tarix — Diyarşünaslıq Muzeyi 1981-ci ildə yaradılıb və 29 aprel 2010-cu ildə cənab Prezident İlham Əliyevin iştirakı ilə yeni inşa olunmuş Tarix — Diyarşünaslıq Muzeyinin açılışı olmuşdur. Muzeyin ümumi sahəsi 300 kvadratmetrdir. Muzeyin müxtəlif bölmələrində Cəlilabadın qədim tarixini əks etdirən eksponatlar, o cümlədən rayonda aparılan arxeloji qazıntılar nəticəsində tapılmış əşyalar nümayiş etdirilir. Burada, həmçinin etnoqrafik guşə vardır. Muzeydə 4000 — ə yaxın eksponat saxlanılır, son tunc, erkən dəmir, tunc, antik dəmir dövrləri və orta əsrlərə aid gil qablar, əmək alətləri və bəzək əşyaları, orta əsrlərin silahları və mis qablar nümayiş etdirilir.Muzeyin həyətində Cəlilabadın qədim tarixini əks etdirən daş eksponatlar da toplanmışdır. Muzey ekspozisiyası 5 bölmədən ibarətdir: Təbiət bölməsi Arxeloji bölmə Antik və Orta əsrlər bölməsi Hərbi bölmə Kənd təsərrüfatı bölməsi Cəlilabad Cəlilabad rayonu Cəlilabad bələdiyyələri Cəlilabad kadastr rayonu "Yeni muzeyin açılışı". =https://azertag.az.
Cənubi Moraviya diyarı
Yihomoravsk diyarı (çex. Jihomoravský kraj) — Çexiyada I dərəcəli inzibati – ərazi vahidi. Diyarın inzibati mərkəzi Brno şəhəridir. Slovakiya və Avstriya ilə dövlət sərhədi ilə yanaşı, bölgə Çexiyanın Cənubi Çexiya, Pardubitse, Olomoutsk, Zlin və Vısoçina diyarları ilə həmsərhəddir. Bölgənin inzibati mərkəzi Brno şəhəridir. Demək olar ki, bütün Cənubi Çexiya diyarı Yihomoravskın tarixi ərazisində yerləşir. İqtisadiyyatda ən böyük rolu maşınqayırma sənayesi oynayır. Maşınqayırma mərkəzi Brno şəhəridir. Digər bir mühəndislik sahəsi Blansko (ČKD Blansko Holdinq, Metro), Kuržim (TOS Kuřim), Boskovice (Minerva, Novibra) və ya Breclav (OTIS Escalators). Yeyinti sənayesi əsasən bölgənin cənub və şərqində yerləşir (Brno, Znojmo, Breclav, Mikulov).
Cənubi Çexiya diyarı
Yihoçesk diyarı (çex. Jihočeský kraj) — Çexiyada I dərəcəli inzibati – ərazi vahidi. Diyarın inzibati mərkəzi Çeske Budeyovitse şəhəridir. Cənubi Çexiya Bölgəsinin sahəsi 10 057 kvadrat kilometrdir və bu, ölkənin ərazisinin 12,8% -nə uyğundur. Cənubi Çexiya bölgəsinin sərhədləri dağların təbii sərhədləri ilə üst-üstə düşür. Mərkəzdə cənubdan və qərbdən Šumava dağları ilə, şimal-qərbdən Brda yüksəkliklərindən, şimaldan Mərkəzi Çexiya dağları, şimal-şərqdən və şərqdən Çexiya-Moraviya dağları, cənubdan və şərqdən Çexiya hövzəsi yerləşir. Novogradskiy dağları. Meşələr rayon ərazisinin üçdə birini, 4% su səthlərini, əsasən gölməçələri tutur. Bölgə dəniz səviyyəsindən 400–600 metr yüksəklikdə yerləşir. Ən yüksək nöqtə Çexiya Meşə massivindəki Plexi dağı (dəniz səviyyəsindən 1378 metr yüksəkdir), ən aşağı nöqtəsi Pisek ərazisindəki Orlitsky su anbarının səthidir (dəniz səviyyəsindən 330 metr yüksəkdir).
Daxili Kartli diyarı
Daxili Kartli diyarı (gürc. შიდა ქართლის მხარე) — Gürcüstanın doqquz ən böyük inzibati vahidindən (mxaresindən) biridir. Tarixi Kartli bölgəsinin şimal-qərb hissəsini təşkil edir. İnzibati mərkəzi Qori şəhəridir. İç Kartli ərazisinin təxminən 20%-i hal-hazırda Cənubi Osetiya respublikasının nəzarəti altındadır. Daxili Kartli rəsmi olaraq beş bələdiyyədən ibarətdir: Cava bələdiyyəsi, hal-hazırda tamamilə işğal altındadır Xaşuri bələdiyyəsi Kareli bələdiyyəsi (keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin Znauri rayonunu da əhatə edir), qismən işğal altındadır Kaspi bələdiyyəsi Qori bələdiyyəsi (keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin Tsxinvali rayonunu da əhatə edir), qismən işğal altındadır Şimalda dağlıq, cənubda isə düzənlik ərazilərdən ibarət olan İç Kartli keçmişdə Zena-Sopeli adıyla da tanınırdı. Düzənliklər, yaylaq və qışlaqların bolluğu, on bir iri çayın (o cümlədən Kür və Araqvinin) buradan axması İç Kartlidə tarixboyu maldarlıq və əkinçilik üçün əla şərait yaratmışdır. Böyük əhəmiyyəti olan tarixi Araqvi ticarət yolu da məhz bu bölgədən keçirdi. Gürcüstan çarlığının monqol basqınına məruz qalmasından sonra İç Kartli şərqi gürcü Kartli çarlığının tərkibində qalmışdır. XIV–XVI əsrlərdə feodal təfriqə nəticəsində müxtəlif sərkərdə dəstələri tərəfindən idarə edilən vahidlərə (eristavlıqlara) bölünmüşdür, lakin sonralar yenidən Kartlinin tərkibinə qayıtmışdır.
Daşkəsən Tarix-Diyarşünaslıq Muzeyi
Daşəkəsən rayon Tarix Diyarşünaslıq Muzeyində hazırda 1035 dən artıq ekspanat mövcuddur. Bunlar 3 min il əvvəldən başlayaraq, müasir dövrümüzə qədər olan zamanı əhatə edir. Daşkəsən Daşkəsən rayonu Daşkəsən bələdiyyələri "AZƏRBAYCAN RESPUBLİKASI DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİ". http://dashkesen-ih.gov.az. İstifadə tarixi: 21.12.20220. "Diyarşünaslıq muzeyləri". http://anl.az. İstifadə tarixi: 21.12.2020.
Diyarbakır
Diyarbəkir — Türkiyənin Diyarbəkir ilinin mərkəzi. Bu şəhər 3000 il bundan əvvəlki Assuriyalıların zamanından başlayaraq ta Roma dönəminə qədər "Hamid" adlanıb. Roma və Bizans qaynaqlarında da adı "Amid", "O`mid" kimi qeyd edilir. Ərəblərin işğalından sonra "Diyarbakır" adlanmağa başlanıb. Dədə Qorqud dastanlarında Qaragünə oğlu Qarabudaq vəsf ediləndə "Hamidlə Mardin qalasını təpüb alan" igid deyilir. Deməli, onu Romalılardan türk əsgəri alıb və ərəb işğalına qədər şəhər türklərin məskunlaşdığı bir yer olmuşdur. Miladdan əvvəl 3000-ci ildə bu yerlər Hititlərin və Hurritlərin əlində olub. Miladdan öncəki 1260-cı ilə qədər belə davam edib və bundan sonra Diyarbakır ərazisi Assuriyalıların əlinə keçib. Bundan sonra Diyarbakır bir-birinin ardınca aramilərin, urartuların, iskitlərin, perslərin, makedoniyalıların, selevkilərin, romalıların, sasanilərin, bizanslıların tabeliyində olub. Miladdan sonra türklər bu şəhəri Bizansın əlindən alaraq orada məskunlaşmağa başlayıblar.
Diyarbakır Büyükşehir Belediyespor
Amed İK — Birinci liqada mübarizə aparan Türkiyə futbol klubu. 1972-ci ildə Turan İçkilərinin sponsorluğu ilə qırmızı-ağ rənglərlə və "Məlikəhməd Turanspor" adı ilə qurulmuşdur. 1985-ci ildə sponsorun geri çəkilməsi səbəbindən adı sadəcə "Məlikəhmədspor" olmuşdur. 1990-cı ildə klub bələdiyyə tərəfindən satın alınmış, adı "Diyarbəkir Bələdiyyəspor" olmuş, rəngləri yaşıl-ağa dəyişdirilmişdir. 1993-cü ildə adı "Diyarbəkir Böyükşəhər Bələdiyyəspor" olmuşdur. 1996-cı ildə Rifah partiyasının üzvü, bələdiyyə başçısı Əhməd Bilgin və klub prezidenti Fərid Çağlayan qalatasaraylı olduqlarından klubun rəngləri qırmızı-sarı olmuşdur. 1999-cu ildə Demokratik Xalq Partiyasından bələdiyyə başçısı seçilən Feridun Çelik klubunun adını DİSKİ şirkətindən gəlir almaq məqsədilə "DİSKİspor" etmişdir. 15 aprel 2007-ci ildə səfərdə "Aksarayspor"la bərabərə qalaraq liqanın bitməsinə 2 tur qalmış çempion kimi Türkiyə 3-cü divizyona çıxmışdır. Uzun illər "Diyarbəkirspor"dan sonra Diyarbəkirin ikinci ən güclü klubu sayılan "DİSKİspor" 2009–10 mövsümündə yenə 4-cü divizyona düşmüşdür. 2010–11 mövsümündə klubun adı yenidən "Diyarbəkir Böyükşəhər Bələdiyyəspor" olmuşdur.
Diyarbakır ili
Diyarbəkir - Türkiyənin bir ili və ən sıx on ikinci şəhəridir. Türkiyə Statistika Qurumunun göstəricilərinə görə 2014 tarixindəki əhalinin sayı 1.635.048 nəfərdir. Diyarbəkir şəhəri müxtəlif dövrlərdə fərqli adlarla anılmışdır. E.ə. 200 tarixində Assuriya hökmdarı Adadnirariyə aid qılınc qınında şəhərin adı "Amid" və ya "Amidi" olaraq qeyd edilmişdir. Roma və Bizans qaynaqlarında şəhərin adı "Amid, O'mid, Emit, Amide" olaraq qeyd edilmişdir. XI əsrdə bura gələn türkmənlər şəhərin inşasında istifadə olunan qara rəngli daşlara görə şəhəri "Qara Amid" adlandırmışdır. Daha sonra bura gələn ərəb mənşəli Bəkr qəbiləsi səbəbilə uzun müddət Diyar-ü Bəkr (ديار بكر) olaraq anılmışdır. 1867-ci ildə keçirilən inzibati islahat nəticəsində Diyarbəkir adıyla vilayətə çevrildi. 1926-cı ildə Mustafa Kamal Paşaya fəxri vətəndaşlıq verilmişdir.
Diyarbəkir

Diyarbəkir Büyükşəhər Bələdiyyəspor

Diyarbəkir bəylərbəyliyi
Diyarbəkir bəylərbəyliyi — bugünkü Türkiyə ərazisində yerləşən Səfəvilər İmperiyasının qısa ömürlü bir əyaləti. Diyarbəkr (Diyarbəkir) əyalətin paytaxtı və Səfəvi bəylərbəyilərinin olduğu yer idi. Aşağıdakı inzibati ərazi vahidlərinə sahib idi; Orfah (Urfa), Cəzirə (Cizre), Xarput (Elazığ), Mardin, Sert (Siirt) və Hesn Keyfe (Hasankeyf). II Əmir xan Mosullu Xanməhəmməd bəy Ustaclı Qara xan Ustaclı Faroqhi, Suraiya. Frisch, Shelley (redaktor). The Ottoman Empire: A Short History. Markus Wiener Publishers. 2009. səh. 91.
Diyarbəkir ili
Diyarbəkir - Türkiyənin bir ili və ən sıx on ikinci şəhəridir. Türkiyə Statistika Qurumunun göstəricilərinə görə 2014 tarixindəki əhalinin sayı 1.635.048 nəfərdir. Diyarbəkir şəhəri müxtəlif dövrlərdə fərqli adlarla anılmışdır. E.ə. 200 tarixində Assuriya hökmdarı Adadnirariyə aid qılınc qınında şəhərin adı "Amid" və ya "Amidi" olaraq qeyd edilmişdir. Roma və Bizans qaynaqlarında şəhərin adı "Amid, O'mid, Emit, Amide" olaraq qeyd edilmişdir. XI əsrdə bura gələn türkmənlər şəhərin inşasında istifadə olunan qara rəngli daşlara görə şəhəri "Qara Amid" adlandırmışdır. Daha sonra bura gələn ərəb mənşəli Bəkr qəbiləsi səbəbilə uzun müddət Diyar-ü Bəkr (ديار بكر) olaraq anılmışdır. 1867-ci ildə keçirilən inzibati islahat nəticəsində Diyarbəkir adıyla vilayətə çevrildi. 1926-cı ildə Mustafa Kamal Paşaya fəxri vətəndaşlıq verilmişdir.
Diyarbəkir qalası
Diyarbəkir qalası ― Türkiyədə, Diyarbəkir ilinin Sur ilçəsində yerləşən qala. Diyarbəki qalası "daxili qala" və "xarici qala" adlandırılan iki hissədən ibarətdir. Qalanın əsas qapıları Dağ qapısı, Urfa qapısı, Mardin qapısı və Yeni qapıdır. Eramızın dördüncü əsrinin ortalarında imperator II Konstansi tərəfindən inşa edilmiş qalanın divarları köhnə Roma şəhəri Amidadan gətirilmişdir. Erməni tarixçi Movses Xorenlinin fikrincə, Amid-Diyarbəkir bölgəsinin istehkamları və güclü divarları eramızdan əvvəl VI əsrin ortalarında Yervanduni (Orontid) sülaləsinin kralı Tiqranesin hakimiyyəti dövründə inşa edilmişdir. Bu divarlar Böyük Çin səddindən sonra dünyanın ən geniş və ən uzun müdafiə divarlarıdır. UNESCO tikilini 2000-ci il tarixli siyahısına əlavə etmiş və qala 2015-ci ildə Hevsel bağları ilə birlikdə Ümumdünya İrsi siyahısına daxil edilmişdir. Qalanın divarları 2023-cü ildə Kahramanmaraş zəlzələlərində ziyan görmüşdür. Qala divarlarının Feridun Çelikin bələdiyyə başçılığı dövründə başlayan böyük bərpası 2000–2007-ci illərdə davam etmişdir. Bu dövrdə birbaşa divar üzərində tikilmiş binalar yıxıldı, divarlar təmizləndi və divarların yanında park quruldu.
Diyarbəkir vilayəti
Diyarbəkir vilayəti — Osmanlı İmperiyası tərkibində, 1864–1922–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Diyarbəkir şəhəri idi.
Diyarbəkir əyaləti
Diyar-i Bəkr əyaləti tam adı Diyar-i Bəkr bəylərbəyliyi — 1515-ci ildə qurulan Osmanlı dövlətinin ən böyük əyaləti. Əyalətin mərkəzi Diyarbəkir idi. Birbaşa Osmanlı imperiyasına bağlı olaraq idarə edilirdi. Ağqoyunlu Türk imperiyasının mərkəzi Diyarbəkirə Səfəvilər sülaləsi hakim olmuşdur. 23 avqust 1514-cü ildə Çaldıran döyüşündə Osmanlı dövləti, Səfəvi xanədanını məğlub etmişdir. Diyarbəkirin bəylərbəyisi olan Xanməhəmməd bəy Ustaclı, Osmanlı dövləti qüvvətləri ilə savaşarkən ölmüşdür. Buna görə əhali üsyan edərək Osmanlı dövlətinə bağlanmaq istəmişdir. Bu istəklərini Osmanlı dövlətinə bildirmək üçün əhali Mövlana İdris-i Bitlisidən yardım istemişdir. Dönəmin Osmanlı padişahı Yavuz Sultan Səlim durumu ona bildirən Mövlanə İdris-i Bitlisini bu işlə vəzifəlendirmişdir. Buna görə Səfəvilər dövlətinin şahı Şah İsmayıl gərəkli önləmləri aldırmışdır.
Donetsk tarix-diyarşünaslıq muzeyi
Donetsk tarix-diyarşunaslıq muzeyi — Rostov vilayətinin Donetsk şəhərində yerləşən diyarşunaslıq muzeyi. 2005-ci illərdə təsis edilmişdir. Rostov vilayətinin Donetsk şəhərində yerləşən diyarşunaslıq muzeyi 2005-ci ildə ildə Donstsk şəhərinin 50 illiyi münasibətilə təşkil edilmişdir. Yaşayış məntəqəsinin təməli 1681-ci ildə Qundorovskaya kəndi olaraq təsis edilmişdir. 1955-ci ildə isə Donetsk olaraq adlandırılmışdır. Donetsk şəhərinin bütün tarixi muzeydə əks olunmuşdur. Donetsk tarix-diyarşunaslıq muzeyi 9 eksponat zalından təşkil edilmişdir. Bu zallarda şəkillər, sənədlər, kitablar və kazaklara aid əşyalar saxlanılır. «Hərbi şöhrət zalında» əsasən Böyük Vətən müharibəsi və Əfqanıstan müharibəsinə aid pretmetlər nümayiş etdirilir. «Kosmanavtika» zalında isə şəhərin sakini olmuş Yuri Vladimiroviç Usaçevin şəxsi əşyaları saxlanılır.
Füzuli Tarix-Diyarşünaslıq Muzeyi
Füzuli Tarix-Diyarşünaslıq Muzeyi — Azərbaycan Respublikası Füzuli şəhərində muzey. Muzey Füzuli rayonunun işğalından sonra Horadiz şəhərinə köçürülmüşdür. Füzuli Tarix-Diyarşünaslıq Muzeyi 1981-ci ildə yaradılmışdır. Muzeyin fondunda və ekspozisiyasında toplanmış eksponatların altı mindən çoxu Qarabağ müharibəsinin gedişində rayondan çıxarılaraq Bakı şəhərində fəaliyyət göstərən "İstiqlal" muzeyində mühafızə edilir. Muzey fəaliyyətini uzun zaman İstiqlal muzeyində davam etdirmişdir. Keçirilmiş sərgilərdə fəxri fərmanlar almışdır. Bu gün muzey eksponatlarının sayı yeddi mindən çoxdur. Fəaliyyətə başladığı gündən indiyədək muzeyə tarix elmləri üzrə fəlsəfə doktoru Bəhram Məmmədli rəhbərlik edir. Muzey sərvətlərinin düşməndən xilas edilməsində əməkdaşların böyük əməyi olmuşdur. İşğala qədər muzeydə doqquz mindən çox eksponat mühafızə edilirdi.
Fırtınalar diyarı (film, 2014)
Fırtınalar diyarı (mac. Viharsarok, alm. Sturmland‎) — rejissor Adam Çasinin 2014-cü ildə, dram janrında çəkilmiş filmi. Baş rolda Andraş Sütö, Adam Varqa və Sebastian Urzendovski oynamışdırlar. Filmin təqdimatı ilk dəfə Almaniyanın Berlin şəhərində 8 fevral 2014-cü ildə keçirilən 64 Beynəlxalq Film Festivalında baş tutmuşdu. "Fırtınalar diyarı" rejissor və ssenari müəllifi Adam Çasinin ilk tammetrajlı filmidir; film utancaq və qətiyyətsiz gey futbolçunun ehtiraslı əlaqələrindən bəhs edir. Hekayə örtüyü arxasında, rejissor Adam Çasi müasir Macarıstanda olduqca sıx rast gəlinən "cinsi oriyentasiyasına görə ayrı-seçkilik" problemini ifşa edir. Homoseksuallar adətən marjinalizasiya (təcrid olunma) və stiqmatizasiya (təhqir olunma) ilə üzləşdikləri üçün, tez-tez həmin ölkədə yaşayan ekstremist qrupların qurbanı olurlar. Yaxşı aktyor oyunu və uğurlu vizual effektlərə malik olan filmdə, cütlüyün dərin düşünülmüş hissiyyatlığı o qədər yüksək təsvir edilir ki, bunun yalnız filmdə mümkün olacağını düşünürsən, lakin "Torpa" demək olar ki, düz yerə basmır — çox pis haldır ki, son səhnə bu qədər ümidsizlik ötürür: ssenaridə mövzuya aid elə faktlar verilir ki, sonda düşünürsən, nəyə görə finalda bu qədər mənəvi detallara yer verilir? Bütün bunlara baxmayaraq, Çasinin istək və homofobiyanı əks etdirən sərt draması xüsusi qeyd edilməyə və artxaus sevərlərin diqqətinə layiqdir.
Goranboy Tarix-Diyarşünaslıq Muzeyi
Goranboy Tarix-Diyarşünaslıq Muzeyi — Goranboy rayonunda yaradılmış muzey. Goranboy rayon Tarix-Diyarşünaslıq muzeyi 1981-ci ildən fəaliyyətə başlayıb. 2014-cü il dekabr ayında muzey yeni inzibati binaya köçürülmüşdür. Muzey Heydər Əliyev prospekti 5 ünvanında yerləşir. Muzey 1 mərtəbəli binadan ibarətdir: ekspozisiya zalı, fond otağı, işçi otağı və yardımcı otaq. Muzeyin ümumi sahəsi 954 kv.m-dir. Ekspozisiya sərgisinin sahəsi 167 kv.m, fond saxlama otağının sahəsi 56 kv.m-dir. Muzeydə keçmiş və müasir dövrümüzü əks etdirən 2658 ədəd eksponat qorunub saxlanılır. Eskpozisiya zalında 1600 çox eksponat nümayiş etdirilir. Muzey üç bölmədən ibarətdir: qədim, orta və müasir dövr.
Rusiya Kommunist (bolşeviklər) Partiyası Qafqaz Diyar Komitəsi
Qafqaz Diyar Komitəsi — Rusiya Kommunist (bolşeviklər) Partiyasının (RK(b)P) Cənubi və Şimali Qafqaz bolşevik təşkilatlarına rəhbərlik edən orqanı. Rusiya Sosial Demokrat Fəhlə (bolşevik) Partiyası Qafqaz təşkilatlarının 1-ci qurultayında (Tiflis, 1917, 2–7 (15–20) oktyabr) yaradılmışdı. Oktyabr çevrilişindən (1917) sonra Cənubi Qafqazın Rusiyadan ayrılması əleyhinə çıxış etmiş və Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) Xalq Komissarları Soveti hakimiyyətinin tanınması tələbini irəli sürmüşdü. Zaqafqaziya komissarlığını tanımaqdan və Zaqafqaziya seyminin işində iştirakdan imtina etmişdi. QDK Qafqazda sovet hakimiyyəti qurulmasına bilavasitə rəhbərlik edirdi. 1919-cu ilin mayında QDK tərəfindən hazırlanan və Bakıda keçirilən RK(b)P 2-ci cənubi Qafqaz konfransında "Müstəqil Sovet Azərbaycanı uğrunda" şüarı qəbul olunmamışdı. Lakin mayın sonunda QDK bu şüarla razılaşmışdı. Komitənin Bakı bürosu Azərbaycan Kommunist Partiyasının yaradılması təklifi ilə çıxış etmişdi. Məsələnin müzakirəsi RK(b)P Mərkəzi Komitəsinə verilmişdi. 1919-cu ilin avqustu-1920-ci ilin yanvarında RK(b)P MK siyasi bürosu və təşkilat bürosu, Lenin başda olmaqla, Qafqazda partiya və milli quruculuq məsələsini 8 dəfə müzakirə etmiş, QDK-nın rəhbərliyi ilə Azərbaycanın, Ermənistan və Gürcüstan kommunist partiyalarının yaradılmasına razılığını bildirmişdi.

Digər lüğətlərdə