DOĞRUÇU

sif. Yalan sevməyən, həmişə düz danışan, düzlük sevən, düzünü deyən, həqiqətçi; həqiqət, düzgün iş tərəfdarı. Doğruçu adam.
– Dövlət o qədər diqqətli və qayğıkeş olmalıdır ki, onun məmurları məhkəmə işlərində fövqəladə ədalətli, doğruçu və haqq tərəfdarı olsunlar. M.F.Axundzadə.
“Dünyada səbəbsiz bir şey yoxdur”, – deyənlər nə qədər doğruçu, nə qədər alicənab şəxslər imiş. M.S.Ordubadi.

// Həqiqi; uydurma, yalançı olmayan.
Sitarə ilk dəfə dünyaya həqiqət nəzəri ilə baxdı: cavan qızın qabağında xəyali məşuqu əvəzində doğruçu əri durmuşdu. Çəmənzəminli.

Antonimlər (əks mənalı sözlər)

  • DOĞRUÇU DOĞRUÇU – YALANÇI Yalançının evi yandı, kimsə inanmadı (Ata. sözü); Deyənlər nə qədər doğruçu, nə qədər alicənab şəxslər imiş (M
DOĞRUCULLUQ
DOĞRUÇULUQ

Digər lüğətlərdə