DOMINANT

dominant1

n 1. dominant (əsas əlamət); 2. mus. dominant (diatonik qammanın beşinci pilləsi)

dominant2

adj əsas, başlıca, aparıcı, hakim, hökmran; ~ idea əsas / başlıca ideya; ~ party hökmran partiya

DOMESTICATION
DOMINATE
OBASTAN VİKİ
Dominant (ekologiya)
Dominant (lat. Dominans- hakimlik edən)- fitosenozların müxtəlif yaruslarında üstünlük təşkil edən bitki növləri. Biosenozun əsas qatlarında üstünlük təşkil edən, yəni dominantlıq edən bitki növləri dominant, ikinci dərəcəli qatlarda üstünlük təşkil edən növləri isə subdominantlar adlanır. Fitosenozun hakim yarusunda yalnız bir dominant varsa, ona monodominant, fitosenozda bir neçə dominant iştirak edərsə, polidominant fitosenoz adlanır. Dominant kütlənin miqdarı, yaxud proyektiv böyüklüyünə gösrə hesablanır. Dominantlar və subdominantlar fitosenozun əsas məhsulunu təşkil etdiyi üçün onlar mühityaradıcı rol oynayaraq çox mühüm əhəmiyyətə malikdir. Biosenozların hesablanmasında dominantlar mühüm əhəmiyyət kəsb edir. == Dominant növ == Dominant növ miqdarına və məhsuldarlığına görə yalnız özü və ya digər növlərlə birlikdə qruplaşmanın əsasını formalaşdıran növdür. Dominantlıq aşağıdakı düsturla hesablanır:D1=n1Nˑ100 Düsturda n1-növün sayı, N biosenozda fərdlərin ümumi sayı. == Dominantın arealı == Dominantın arealı dominantlıq edən növün tutduğu areal deməkdir.

Digər lüğətlərdə