Dramatik konflikt
Dramatik konflikt, dramatik münaqişə, dramatik ziddiyət, dramatik təzad, dramatik fikir ayrılığı (İngilis dilində Conflict) – ədəbi mətnlərdə dramatik fikir ayrılığı və ya münaqişə. Bir hekayə daxilindəki qüvvələrin qarşıdurması və ya toqquşması nəticəsində formalaşır. Latın dilində conflictus olub, Latın dilindən tərcümədə münaqişə mənasını verən bu sözün tam olaraq mənası qarşıdurma, qarşı-qarşıya gəlmək, toqquşma deməkdir.
Ədəbiyyatşünas və yazıçı Artur Quiller Coça (Artur Quiller-Couch) görə, dramatik konfliktin yeddi əsas müddəası mövcuddur. Bunlar; insan ilə insan, insan ilə insanın öz təbiəti, insan ilə insanın özü, insan ilə təbiət, insan ilə cəmiyyət, arada qalmış insan və kişi ilə qadın arasındakı münaqişələrdirlər. Bu tərif bir çox oxşar siyahılara da ilham mənbəyi vermişdir.