DURNAGÖZLÜ

sif. şair.
1. Gözəl, aydın gözləri olan.
[Gülsənəm:] Kəndimizdəki durnagözlü qızları ürkütməklə saymaq olmur. M.Hüseyn.

2. məc. Təmiz, saf, dumduru mənasında.
Çox keçmişəm bu dağlardan; Durnagözlü bulaqlardan. S.Vurğun.
Cənub tərəfdə durnagözlü duru və soyuq bulaqların şırıltısı insanı valeh edirdi. Ə.Vəliyev.

DURNAGÖZ
DURU

Digər lüğətlərdə