DURUŞ

is.
1. Durma tərzi, durma vəziyyəti, özünü tutma tərzi.
…Başında göy araxçın, duruşunda əzəmət; Üzündə qəm izləri, gözlərində məhəbbət. B.Vahabzadə.
Zürafə boynuna bənzərdi boynu; Məğrur, ədalı bir duruşu vardı… H.Cavid.
Duruşun mənalı, baxışın dərin; Mən bu dərinlikdə tapdım baxtımı. M.Müşfiq.

2. Dayanacaq, duracaq. Duruş məntəqəsi.
– Tramvay duruşunda təyyarə bığlı bir gənc; Zilləyib gözlərini bir qapıya səhərdən. S.Rüstəm.

◊ Duruş gətirmək – səbir etmək, dözmək, davam gətirmək, dayanmaq.
178 və 179-cu atıcı polklar … gəncəlilərin qabağında duruş gətirməyib geriyə – öz əvvəlki mövqelərinə çəkildilər. İ.Şıxlı.

Duruş vermək – bax duruş gətirmək.
…Adam duruş verib bir yerdə dura bilmir. Ə.Əbülhəsən.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DURUŞ dayanacaq
  • DURUŞ 1. DURUŞ, DURMA, DURMA TƏRZİ 2. duruş bax dayanacaq

Antonimlər (əks mənalı sözlər)

  • DURUŞ DURUŞ – OTURUŞ Vardı bir əlçatmaz gənclik vüqarı; Qızın duruşunda, oturuşunda (Ə.Cəmil). DURUŞ – YATIŞ Baxışım, duruşum dəyişdi tamam (Ə
DURUMSUZLUQ
DURUŞ-OTURUŞ

Digər lüğətlərdə