1. Duz və çörək.
Ağsaqqal-cavan, qoca-qarı, gəlin-qız hamı əllərində duz-çörək altdan-yuxarı çıxmağa başladı.
2. məc. Yaşama vəsaiti, dolanacaq üçün zəruri olan şeylər; çörək, yemək-içmək.
◊ Duz-çörək basmaq – dostluğa zidd iş görmək, dostluğa xəyanət etmək, sədaqəti pozmaq.
Duz-çörək gözündən gəlsin! – qarğış ifadəsi.
[Sənəm:] Əlimlə sənə verdiyim duz-çörək sənin gözündən gəlsin!
Duz-çörək haqqı – and ifadəsi.
Duz-çörək itirmək – edilən yaxşılıq qarşısında pislik etmək, yaxşılığı yaddan çıxarmaq, vəfasızlıq etmək.
Duz-çörək kəsmək (bəzən “bir yerdə”, “bir süfrədə” sözləri ilə) – dostluq etmək.
Atan Hacı Cəfər ilə duz-çörək kəsmişəm, özü də çox dindar bir kişidir.
Onlar … bir süfrədə oturub duzçörək kəsmişdilər.
[Ballı:] Biz Alxanla … duz-çörək kəsmişik.
Duz-çörək tökmək – bax duz-çörək itirmək.
[Hafizə xanım:] Mən duz-çörək tökən adamı saxlamaram.
Duz-çörək yemək – bax duz-çörək kəsmək.