1. Müvəqqəti yaşayış yeri, müvəqqəti yurd, mənzil. Turist düşərgəsi.
// Köçün, karvanın və s.-nin istirahət üçün mənzil saldığı yer; duracaq, dayanacaq.
2. Kənddən uzaq əkin sahələrində adamların istirahət və yemək üçün toplandığı yer.
3. Qoşun hissələrinin məskun məntəqədən kənarda, açıq havada müvəqqəti mənzil saldığı yer; lager. Hərbi düşərgə. Əsgər düşərgəsi.
4. Məhbusların, hərbi əsirlərin saxlandığı yer; lager. Əmək-islah düşərgəsi. Alman-faşistlərinin dəhşətli ölüm düşərgələri.