DƏRDLƏŞMƏK qarş. Dərdlərini birbirinə söyləmək; ümumiyyətlə, baş-başa verib söhbət etmək. [Soltan bəy:] Daha bundan gözəl nə olmuş ola. Əcəb söhbət eyləyirik. Sən dul, mən dul, gəl dərdləşək də! Ü.Hacıbəyov. Qoy götürüm ələ mən sədəfli saz; Sonra da dərdləşək səninlə bir az. Ə.Cavad.