EDİL

İtil, Ədil (Volqa) çayının adından yayılmışdır.
DÜZGÜN
EFİQ
OBASTAN VİKİ
Edil Eyvazov
Edil Əli oğlu Eyvazov (9 avqust 1940, Tarovlu, Qubadlı, Azərbaycan SSR) — Azərbaycan alimi, fizik, yarımkeçiricilər fizikası və bərk cisimlər fizikasına dair bir sıra kitabların müəllifi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Mexanika və Molekulyar fizika kafedrasının müdiri. 9 avqust 1940-cı ildə Qubadlı rayonunun Tarovlu kəndində, müəllim ailəsində anadan olmuşdur. 1957-ci ildə Qubadlı orta məktəbini, 1963-cü ildə isə “Aşağı temperaturlar fizikası” ixtisası üzrə Xarkov Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. Edil Eyvazov 1963-67-ci illərdə həmin universitetin kristallar fizikası kafedrasının aspirantı olmuş, 1967-ci ildə dielektriklər və yarımkeçiricilər fizikası üzrə namizədlik, 1985-ci ildə isə Xarkov Dövlət Universitetinin ixtisaslaşdırılmış müdafiə şurasında bərk cisimlər fizikası sahəsində doktorluq dissertasiyası müdafiə etmişdir. 1968-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışır. Professor Edil Eyvazovun elmi araşdırmaları əsasən bərk cisimlərdə makroskopik və quruluş deffektlərinin, maqnit yarımkeçiricilərdə kinetik və maqnito-rezonans hadisələrin tədqiqinə həsr olunmuşdur. O, xarici qüvvə sahələrinin təsiri ilə ion kristallarında dislokasiya zonalarının yaranma effektini aşkar edən müəlliflərdən biridir. Bu effekt dislokasiya nəzəriyyəsi və radiasiya materialşünaslığı üçün xüsusilə əhəmiyyətlidir. O, ilk olaraq maqnit keçid temperaturu otaq temperaturuna yaxın olan maqnitnizamlı materialların alınmasının kristallofiziki prinsipini müəyyən etmiş, onun rəhbərliyi altında bir sıra yeni maqnit materialları sintez edilmiş, bu maddələrdə maqnito-rezonans və kinetik hadisələr müfəssəl öyrənilmişdir. Bu qəbildən, onun ferromaqnit xrom halkoşpinellərin maqnit faza keçidi zamanı kinetik parametrlərin dəyişməsi, bu maddələrdə maqnit nizamının formalaşmasında altqəfəslərarası və altqəfəslərdaxili mübadilə qarşılıqlı təsirlərinin rolu və maqnit nizamlığının energetik spektrə təsirinə həsr olunmuş tədqiqatları xüsusi əhəmiyyət kəsb edir.
Kurullu Edil
Kurilli Edil — Qədim Romada dövlət məmuru titulu, Adi Edildən fərqli olaraq daha çox hüquqa (bazar mübahisələri və müəyyən polis məsələlərində qərar vermək hüququna) malikdir. Bu baxımdan kurul kətilinə — (lat. sella curulis) malik olduğu üçün onu kurului Edil adlandırırdılar.
Cuğa nekropolunun məhv edilməsi iddiası
Cuğa nekropolu (erm. Ջուղայի գերեզմանատուն) — Culfa rayonunun Gülüstan kəndi ərazisindəki qədim Cuğa şəhər yerində 2000-ci illərin əvvəllərinə kimi mövcud olmuş XII–XVII əsrlərə aid nekropol. Kompleks Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. Qəbirsanlıqda orta əsrlərdən modern dövrə kimi müxtəlif tarixi mərhələləri əhatə edən xaç daşlar və xaçkarlar, həmçinin Qaraqoyunlular və Ağqoyunlular dövrlərinə aid zoomorf qəbir daşları olmuşdur. Ümumilikdə nekropolda 10.000-ə qədər abidə olmuşdur. Erməni və Beynəlxalq təşkilatlar tərəfindən bu kompaniyanı dayandırması üçün Azərbaycan hökumətinə dəfələrlə müraciətlər edilmiş və müxtəlif beynəlxalq təşkilatlara bu fəaliyyətini dayandırması üçün Azərbaycana təsirlər edilməsi haqqında müraciətlər olunmuşdur. 2006-cı ildə Azərbaycan Avropa Parlamenti nümayəndələrinin iddia olunan abidələrin məhv edilməsi məsələsini araşdırmaq üçün Azərbaycana gəlmələrini təklif etmiş, hadisəyə göstərilən beynəlxalq münasibətin "ikili yanaşma və isterik" olduğunu bəyan etmiş, eyni zamanda Ermənistanın nəzarətində olan ərazilərdəki Azərbaycan abidələrinin də araşdırılmasını və araşdırma qrupunun Azərbaycan ərazisində keçərək Ermənistan nəzarətində olan əraziyə getməsini tələb etmişdi. 2006-cı ilin yazında iddia edilən abidələrin yerləşdiyi əraziyə səfər etmiş Hərb və Sülh İnstitutunun reportyoru ərazidə qəbiristanlığı xatırladacaq hər hansı bir əlamətin olmadığını bildirmişdi. Eyni ildə İran tərəfindən iddia edilən qəbiristanlığın hərbçilər tərəfindən dağıdılmasını göstərən video və fotolar çəkilərək yayımlanmışdır. Culfanın 2003, 2009 və 2010-cu ilin dekabrında peykdən çəkilmiş fotolarını tədqiq edən Amerika Elmi Araşdırmalar Assosiasiyası qəbiristanlığın tamamilə məhv edildiyi qənaətinə gəlmişdir.
Cəbrayılın azad edilməsi
Cəbrayıl uğrunda döyüşlər — 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmiş Cəbrayıl rayonunun azad edilməsi məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci il sentyabrın 27-də başladılan hərbi əməliyyatlar. Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. 1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. 2016-cı il Aprel Döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi. Saat 07:30-da Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutması, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Füzuli rayonun Mirzənağılı, Qazaxlar, Əhmədalılar və Horadiz şəhəri də daxil olmaqla yaşayış məntəqələrinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında ölən və yaralananların olduğu bildirildi. Bir saat sonra Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən verilən açıqlamada isə Füzuli-Cəbrayıl istiqamətində Ermənistan Silahlı Qüvvələrinin atəş nöqtələrinin susdurulduğu və onların döyüş fəaliyyətinin qarşısının alındığı bildirildi. Həmin gün saat 14:00-da baş tutan brifinq zamanı isə Azərbaycanın Müdafiə Nazirliyinin rəsmisi Anar Eyvazov Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri də daxil olmaqla altı yaşayış məntəqəsinin işğaldan azad edildiyini bildirdi. Sentyabrın 28-də saat 18:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini açdığı atəşə tutması nəticəsində 2006-cı il təvəllüdlü H. İ. Həziyev baş nahiyəsindən qəlpə yarası alaraq xəstəxanaya yerləşdirildi. Sentyabrın 29-da saat 17:00–18:00 radələrində isə Azərbaycanın Müdafiə Nazirliyi cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Azərbaycan Ordusu tərəfindən Ermənistan Ordusunun daha 4 tankının məhv edildiyini bildirdi.
Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi (Azərbaycan)
Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi — Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatına verilmiş funksiyalar agentlik vasitəsilə həyata keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyev Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Fərmanda Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin yaradılacağı qeyd edilib. Fərmanla Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi haqqında Əsasnamə təsdiq edilib. Fərmanda bildirilib: Azərfoto Səyahət agentliyi Prezident yeni agentlik yaratdı Yeni Dövlət Agentliyi yaradıldı.
Edam edilmiş İntibah
Edam edilmiş İntibah (ukr. Розстріляне відродження, Rozstrilyane vidrodjennya) ifadəsi 1920–1930-cu illərdə Ukrayna Sovet Sosialist Respublikasında yaşayıb-yaratmış və Stalinin totalitar rejimi tərəfindən edam və ya repressiya edilmiş yazıçı və rəssamlar dövrünü təsvir etmək üçün istifadə olunur. Termin ilk dəfə polyak publisist Eji Qedroys ukraynalı ədəbiyyat tədiqatçısı, sonralar bu termini o dövrki nəslin ən möhtəşəm əsərlərinin toplusuna başlıq olaraq seçən Yuri Lavrinenkoya yazdığı məktubda istifadə etmişdir. Birinci Dünya müharibəsindən sonra Rusiya imperiyasının süquta doğru getməsi, imperiya senzurasının ləğv edilməsi, müstəqil Ukrayna dövlətinin qurulması və 1920-ci illərdə Sovet rejiminin nisbi yumşaqlığı, bunlar hamısı Ukraynada mədəni aktivliyin və ədəbiyyat intibahının çiçəklənməsinə səbəb oldu. Yeni ortaya çıxan şair və yazıçılar və çox sayıda peyda olan ədəbi qruplar Ukrayna ədəbiyyatının simasını dəyişmişdi. Bu prosesslər yerliləşdirmə, Yeni İqtisadi Siyasət və likbez tərəfindən dəstəklənirdi. "Edam edilmiş İntibah" bənzətməsi Eji Qedroysa məxsusdur. O, ilk dəfə bu ifadəni Yuri Lavrinenkoya 13 avqust 1958-də yazdığı məktubda istifadə etmişdir. O, bu ifadəni 1917–1933-cü illər Ukrayna ədəbiyyatı antologiyası başlığı kimi qeyd etmişdir: "Ad haqqında. Buna daha ümumi ad vermək yaxşı olar: "Edam edilmiş İntibah.
Edilli
Edilli — Azərbaycan Respublikasının Xocavənd rayonunun Edilli kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 15 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Edilli kəndi 15 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Etnotoponimdir. Toponim qırğızların edilli tayfa adını özündə əks etdirir. Xəzərlərin üç paytaxt şəhərindən birinin adı İdil, Edil (Volqa) çayının keçmış adlarından biri İtil olmuşdur. Hazırda Türkiyənin Qars əyalətində Edilli adlanan kənd mövcuddur. Edilli kəndinin başqa adı Eqdillu kimidir. Bu adın mənbəyi haqqında iki fikir ola bilər. Birincisi Xəzər xaqanlığının İtil şəhərindən çıxmış ailələrin məskunlaşması nəticəsində yarandığına görə "İtil" adından fonetik formadır.
Ermənilər tərəfindən işğalı edilmiş Qazax rayonun kəndləri
Qazax rayonunun Ermənistan tərəfindən işğal edilmiş kəndləri — Qazax rayonu 7 kəndi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Qazax rayonunun işğal altında olan anklav kəndləri: Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndləridir. Qazax rayonunun işğaldan azad olunan kəndləri: Bağanıs Ayrım, Qızılhacılı, Aşağı Əskipara və Xeyrımlı kəndləridir. Kənd 8 iyun 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. Kənd ərazisində çoxlu tarixi abidələr var: Şəkər qalası, Qatır körpüsü, Kazım körpüsü və s. Barxudarlı və Sofulu kəndlərinə ermənilərin hücumu 1992-ci ilin aprelin 23-dən başlayıb və çətinliklə də olsa onlar bu kəndləri aprelin 27-də işğal ediblər. Bir neçə gün davam edən döyüşlərdə kənd sakinləri Barxudarlıda 11, Sofuluda 9 post quraraq ermənilərə qarşı döyüşüblər. Qazax rayonundan köməyə gələn olmasın deyə, bura gələn dəmir yolu xəttidə ermənilər tərəfindən partladılıb. Sofulu və Barxudarlı yalnız 4 gün mühasirədə saxlanıldıqdan sonra çətinliklə işğal edilib. Hadisələrin şahidi Barxudarlı kənd sakin Əhmədin dedikləri: Hadisələr zamanı 7 nəfər kənd sakini şəhid olur, 3 nəfər ağır yaralanır.
Eroziyalı Yamaclardan İstifadə edilməsi (1983)
Eroziyalı yamaclardan istifadə edilməsi (film, 1983)
Füzulinin azad edilməsi
Füzuli əməliyyatı — 2020-ci ilin 27 sentyabrından başlamış 17 oktyabr tarixinə kimi davam edən, Azərbaycan Respublikasının Füzuli rayonu və Füzuli şəhəri uğrunda Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş verən döyüşlər, İkinci Qarabağ müharibəsində olan döyüşlərdən biri idi. Nəticədə, Füzuli rayonunun 18 kəndi, üstəlik Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan ordusu tərəfindən azad edilir. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Ermənistan Silahlı Qüvvələri tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli, Horadiz, Əhmədalılar, Qazaxlar və Mirzənağılı kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi 27 sentyabr 2020-ci il saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulmuşdur. Bunun nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar olub və mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Həmin gün Azərbaycan Silahlı Qüvvələrinə aid şəxsi heyət və tank bölmələrinin raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Dağlıq Qarabağ ətrafı təmas xəttinin əsasən şimal, şimal-şərq və cənub-şərq istiqamətində Ermənistan Silahlı Qüvvələrinin ön xəttdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası aşkar edilərək məhv edilmişdir. Aparılan hərbi əməliyyatlar zamanı Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilmişdir. 3 oktyabr tarixində Azərbaycan Ordusu tərəfindən həyata keçirilən əks-hücum əməliyatı cəbhənin cənub-şərq cəbhəsində Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzulinin isə Aşağı Əbdürrəhmanlı kəndini tamamilə işğaldan azad ediməsi ilə nəticələnir. Bununla belə əməliyyatların keçirildiyi ərazilər Azərbaycan ordusunun irəlləməsi ilə yüksək dağlıq ərazilərə keçməsi və düşmən tərəfindən Füzulinin təmas xəttində bir neçə müdafiə xətti qurması Füzuli şəhərinin azad edilməsini yubadırdı. Bu istiqamətdən irəliləməyin çətinliyi nəzərə alınaraq əməliyyatların istiqaməti dəyişdirilir.
Fəth edilməmiş (pyes)
Fəth edilməmiş (ing. The Unconquered) — Rusiya-ABŞ yazıçısı Ayn Rand tərəfindən yazılmış üç pərdəli pyes, onun 1936-cı ildə yazdığı "Yaşayan bizlər" romanının adaptasiyası. Pyesin süjeti 1920-ci illərdə Sovet İttifaqında yaşayan Kira Arqunova adlı gənc bir qadından bəhs edir. Onun sevgilisi Leo Kovalenski vərəm xəstəliyinə tutulur. O, Leonun müalicəsi üçün pul tapmaq məqsədilə vəzifəli kommunist Andrey Taqanov ilə yatır. Xəstəliyindən sağaldıqdan sonra Leo qara bazarda qida satmağa başlayır, Andrey isə bu məsələ üzərində tədqiqat aparır. Andrey Kiranın Leonu sevdiyini öyrənəndə o, polis təqibindən yayınması üçün rəqibinə kömək edir və daha sonra intihar edir. Leo ölkədən qaçaraq öz həyatını təhlükəyə atan Kiranı tərk edir. Rand prodüser Cerom Mayerə əsərinin adaptasiyası üçün lazım olan hüquqları satır və onun üçün ssenari yazır, ancaq Mayer pyesi səhnəyə çıxarda bilmir. Ssenarinin oxuduqdan sonra Rusiya əsilli aktrisa Yevgeni Leontoviç pyesi prodüser Corc Ebbotta tövsiyə edir.
Fəth edilməmiş (pyes, 1940)
Fəth edilməmiş (ing. The Unconquered) — Rusiya-ABŞ yazıçısı Ayn Rand tərəfindən yazılmış üç pərdəli pyes, onun 1936-cı ildə yazdığı "Yaşayan bizlər" romanının adaptasiyası. Pyesin süjeti 1920-ci illərdə Sovet İttifaqında yaşayan Kira Arqunova adlı gənc bir qadından bəhs edir. Onun sevgilisi Leo Kovalenski vərəm xəstəliyinə tutulur. O, Leonun müalicəsi üçün pul tapmaq məqsədilə vəzifəli kommunist Andrey Taqanov ilə yatır. Xəstəliyindən sağaldıqdan sonra Leo qara bazarda qida satmağa başlayır, Andrey isə bu məsələ üzərində tədqiqat aparır. Andrey Kiranın Leonu sevdiyini öyrənəndə o, polis təqibindən yayınması üçün rəqibinə kömək edir və daha sonra intihar edir. Leo ölkədən qaçaraq öz həyatını təhlükəyə atan Kiranı tərk edir. Rand prodüser Cerom Mayerə əsərinin adaptasiyası üçün lazım olan hüquqları satır və onun üçün ssenari yazır, ancaq Mayer pyesi səhnəyə çıxarda bilmir. Ssenarinin oxuduqdan sonra Rusiya əsilli aktrisa Yevgeni Leontoviç pyesi prodüser Corc Ebbotta tövsiyə edir.
Girişi mandatlı idarə edilməsi
Girişi mandatlı idarə edilməsi (ing. Mandatory access control) − obyektlərə girişin idarə edilməsi üsulu. Obyektdə olan informasiyanın məxfilik dərəcəsinə və kritikliyinə, verilən kritiklik səviyyəsinə (xüsusi nişanlarla təsvir olunmuş) malik informasiyaya giriş zamanı subyektin səlahiyyətlərinin və hüquqlarının formal yoxlanılmasına əsaslanır İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Girişin idarə edilməsi mexanizmi
Girişin idarə edilməsi mexanizmi− avtomatlaşdırılmış sistemlərdə icazəsiz girişi aşkarlayan, onun qarşısını alan və qanuni girişə icazə verən avadanlıq və ya proqram təminatı, sistem proseduru, administrator proseduru və onların müxtəlif kombinasiyalarıdır. İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Gürcüstanın işğal edilmiş əraziləri
Gürcüstanın işğal edilmiş əraziləri (gürc. საქართველოს ოკუპირებული ტერიტორიები) 2008-ci il rus-gürcü müharibəsi zamanı Rusiya tərəfindən ələ keçirilən torpaqlardır. Torpaqların tərkibinə statusu beynəlxalq mübahisə olaraq qalan Abxaziya və Cənubi Osetiya daxildir. Müharibədən sonra işğal olunan ərazilərdə Rusiya hərbi qüvvələri yaradılır. Rusiya Avropa Birliyi Monitorinq Missiyasının həmin ərazilərə daxil olmasını izin vermir.
Hadrutun azad edilməsi
Hadrut döyüşləri — İkinci Qarabağ müharibəsi zamanı 2020-ci il oktyabrın əvvəlində Azərbaycanın Xocavənd rayonunda yerləşən və birinci Dağlıq Qarabağ müharibəsi zamanı Ermənistan qoşunları tərəfindən işğal edilmiş Hadrutda və ona bitişik kənd və yüksəkliklərdə baş verən döyüşlərdir. Ermənistan Birinci Qarabağ müharibəsi nəticəsində Azərbaycana məxsus keçmiş DQMV ərazisini və ətraf 7 rayonu işğal etmişdi. Keçmiş DQMV-nin cənubunda yerləşən Hadrutda işğaldan sonra Ermənistan geniş hərbi infrastruktur qurmağa başladı. Burada 9-cu, 1-ci, 2-ci və 3-cü olmaqla 4 alaydan ibarət Hadrut diviziyası yerləşirdi və Qarabağın cənub hissəsinin işğal olunmuş ərazilərinə nəzarət edirdi. 27 sentyabr 2020-ci ildə Azərbaycanla Ermənistan arasında İkinci Qarabağ müharibəsi başladı. 29 sentyabrda Azərbaycan qüvvələri Hadrutda ermənilərin komanda-müşahidə məntəqəsini məhv edir. Oktyabrın 1-də erməni tərəfi Hadrutun Azərbaycan artilleriyası tərəfindən atəşə tutulduğunu bildirdi. Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan qüvvələri Hadrutdakı hərbi obyektlərə, yəni 18-ci motoatıcı diviziyanın qərargahına, həmçinin adıçəkilən diviziyanın 1-ci motoatıcı alayının infrastrukturuna zərbələr endirib. Növbəti gün erməni tərəfi Hadrutun iki dəfə Smerç raket sistemi ilə atəşə tutulduğunu bildirdi. Oktyabrın 7-də Azərbaycan ordusu Hadrutun cənubunda yerləşən Cəbrayıl şəhərini işğaldan azad edərək Hadruta yaxınlaşmağa başladı.
IX beynəlxalq gənclər gününün bayram edilməsi (film, 1923)
IX beynəlxalq gənclər gününün bayram edilməsi qısametrajlı sənədli filmi 1923-cü ildə çəkilmişdir. Film "AFKİ"də istehsal edilmişdir. Filmdə Bakıda keçirilən təntənəli bayram, idmançıların çıxışları, komsomolçuların paradı və s. barədə danışılır. Filmdə Bakıda keçirilən təntənəli bayram, idmançıların çıxışları, komsomolçuların paradı və s. barədə danışılır. "Xalq" qəzeti. 31 iyul 1996-cı il. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı
Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (ing. Organisation for the Prohibition of Chemical Weapons) — Mərkəzi Hollandiyanın Haaqa şəhərində yerləşən beynəlxalq təşkilat. Təşkilat, kimyəvi silahların istifadəsinə dair müqaviləyə imza atmış dövlətlərin qaydalara əməl etməsini və kimyəvi silahların istifadəsindən çəkindirilməsi ilə məşğuldur. Eyni zamanda təşkilat aktiv müharibə zonalarında mümkün kimyəvi silahlardan istifadə edilməsi hallarını araşdırır. Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının fəaliyyət prinsipləri kimyəvi silahların istifadəsinə dair müqavilə də göstərilmişdir. Əsas orqanın iclası illik keçirilir və bütün üzv dövlət bərabər səsvermə hüququna malikdir. Üzv dövlətlər təşkil edilən görüşlərdə bir nəfər olmaqla nümayəndə və ya Hollandiyada yerləşən səfirliklərinin əməkdaşları hesabına qatılırlar. Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının sədri vəzifəsini 2010-cu ildən etibarən Türkiyədən olan nümayəndə Əhməd Üzücü icra edir.
Madagizin azad edilməsi
Madagizin azad edilməsi (erm. Մատաղիսի ճակատամարտ) — 2020-ci ilin 27 sentyabrından başlamış 3 oktyabr tarixinə kimi davam edən, Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş verən döyüşlər, İkinci Qarabağ müharibəsində olan döyüşlərdən biri. Nəticədə Tərtər rayonunun Suqovuşan və Talış kəndləri Azərbaycan ordusu tərəfindən azad edilir. Suqovuşan döyüşü Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində şimal-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olmuşdur. Ermənistan Silahlı Qüvvələri tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndləri 27 sentyabr 2020-ci il saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulmuşdur. Bunun nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar olub və mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Elə həmin gün başlamış əks hücun əməliyyatı ilkin olaraq Qarabağın şimal, şimal-şərq və cənub-şərq cəbhəsi boyunca gedir. Azərbaycan ordusunun cənub-şərq və şimal-şərq cəbhəsi boyunca ilk həmləsi ilə Ermənistan ordusunun müdafiə istehkamları yarılır. Nəticədə azərbaycan ordusu cəbhə boyu istiqamətində irəliləməyə başlayır. 30 sentyabr səhər saatlarından etibarən Ermənistan hərbi birləşmələrinin cəbhənin bu istiqamətində növbəti dəfə ağır artilleriyadan Tərtər şəhərini intensiv atəşə tutması nəticəsində yaralanan 7 mülki vətəndaşdan ikisi vəfat etmişdir.
Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi
Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi — Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatına verilmiş funksiyalar agentlik vasitəsilə həyata keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyev Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Fərmanda Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin yaradılacağı qeyd edilib. Fərmanla Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi haqqında Əsasnamə təsdiq edilib. Fərmanda bildirilib: Azərfoto Səyahət agentliyi Prezident yeni agentlik yaratdı Yeni Dövlət Agentliyi yaradıldı.
Maraqların ifadə edilməsi
Maraqların ifadə edilməsi — Qabriel Almond tərəfindən elmi dövriyyəyə buraxılan və siyasi sistemin siyasi partiyalar tərəfindən cəmiyyətin subyektlərinin (fərdlər və sosial qruplar) mövcud siyasi sistemə olan tələblərini müəyyənləşdirməsindəki funksiyasını ifadə edən bir siyasi elm termini. Mənafelərin əsas ifadə formaları seçkilərdə səsvermə, vətəndaşların etiraz fəaliyyəti, qeyri-rəsmi birləşmələrin və ictimai hərəkatların kollektiv fəaliyyətidir. Maraqların cəmlənməsi Gabriel Almond. Interest Groups in the Political Process. 52 (American Political Science Review). 1958. (also published in Comparative Politics, pp. 128–156, ed. Macridis and Brown) Herbert Victor Wiseman. Political Systems.
Məcidiyyə ordeni ilə təltif edilənlərin siyahısı
Məcidiyə ordeni ilə təltif edilənlər Mehralı bəy Darvazlı Mirzə Fətəli Axundov Yusif İzzəddin Əfəndi II İsa Sultan Şahtaxtinski Üçüncü dərəcəli Hacı Zeynalabdin Tağıyev Nuru paşa1918-ci il 6 avqust birinci dərəcəli “Məcidiyyə” ordeni ilə (qılıncla birgə) təltif olunmuşdur.
Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniya
Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniya (ing. : International Campaign to Abolish Nuclear Weapons-ICAN), 2007-ci ildə Melbourne, Avstraliyada yaradılmış və Nüvə Silahlarının Qadağası Müqaviləsinin icrası üçün fəaliyyət göstərən beynəlxalq mülki koalisiya. ICAN 2007-ci ildə fəaliyyətə başlamış və 2019-cu ilə kimi 103 ölkədə 541 tərəfdaş təşkilatı özündə birləşdirmişdir.
Nəqliyyatda tələbin idarə edilməsi
Son illərdə dünyada şəhər nəqliyyat sektorunda ənənəvi, böyük investisiyalar tələb edən və geri dönüşü mümkün olmayan nəqliyyat sisteminin inkişaf etdirilməsi siyasəti yerinə, daha az sərmayə tələb edən və əldə olan qaynaqların daha ağıllı və məhsuldar istifadə etməklə inkişaf etdirilmiş nəqliyyat siyasəti tətbiq edilir. İctimai nəqliyyat vasitələrinə olan artan tələbatı təşviq etmək yerinə bu tələbi idarə etmək üçün inkişaf etdirilmiş bir "Nəqliyyatda tələbin idarə edilməsi" siyasəti həyata keçirilir. Nəqliyyat və tıxac planlaması baxımından tələbin idarə edilməsi (Təklifin tələb yaratması) - ( ing. ing.Induced demand ) Dünyanın bir çox ölkələrinin əhalisinin artması, nəqliyyat vasitələri sayında, sərnişin və yük daşımacılığnda və bunlara əlavə olaraq qloballaşmanın sürətlə artması səfərlərə olan tələbə təsir etməkdədir. Bütün bu hadisələr insanların ev ilə iş yerləri arasında seçim etdikləri nəqliyyat imkanları və yük daşımacılığı seçənəklərini də dəyişdirir. Nəqliyyat ilə əlaqədar problemlər çox vaxt iqtisadi baxımdan yüksək xərclərə səbəb olur. Səfərlərə olan tələbin ödənilməsi, nəqliyyat (çatdırılma) və bununla əlaqədar imkanları (xərcləri) artırılmadan səfərlərə (yolculuğa) olan tələbi azaldaraq və yaxud məhdudlaşdıraraq həll etməyi qarşısına məqsəd qoyan planlamadır. Nəqliyyat problemlərini və tıxacların həll edilməsində böyük həcmli investisiyalar qoymadan aradan qaldırılması səfər vərdişlərinin dəyişdirilməsini hədəfləməkdədir. Bununla bərabər bütün nəqliyyat problemlərini və nəqliyyat tıxanıqlığının aradan qaldırılmasında hər dərdə dərman olamasa da olduqca təsirli bir strateji planlaşdırma hesab olunur. Nəqliyyat xidmətlərində ənənəvi olaraq təklif yönümlü həll istiqamətlərinə daha çox yer verilir və bu istiqamətdə nəqliyyatın imkanlarını (tutumunu, həcmini) artıracaq işlər görülür.