ERTƏ

zərf
1. Sübhdən, tezdən, səhər tezdən, erkən, erkəndən. Ertə durmaq. Səhər ertədən işləmək.
– Sübh çox ertə oyanardı qarı; Durğuzar idi hamı xidmətkarı. A.Səhhət.
Qurbanqulu çox işsevən bir cavan idi.
Sübh hamı qonşularından ertə durub oduna, biçinə, alağa, xıra, bağa gedərdi. T.Ş.Simurq.

2. Hazırkı gündən sonra gələn gün, dal gün, o birisi gün. Ertəyə qalan, arxaya qalar. ( Ata. sözü ).
3. Daha tez, daha erkən. Bu gün ertə durdu.
// Tez, qabaq, vaxtından əvvəl.
Şəhərə bir azca ertə çatmaq üçün; Tələsirdi qabaqca satmaq üçün. A.Səhhət.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ERTƏ sübhdən — tezdən

Antonimlər (əks mənalı sözlər)

  • ERTƏ ERTƏ – AXŞAM Sübh çox ertə oyanardı qarı; Durquzar idi hamı xidmətkarı (A.Səhhət); Axşam kənddə əl-ayaq yığılan vaxt Qədir oyandı (Ə

Etimologiya

  • ERTƏ 1. Sözün etimonu ir kəlməsidir və tez deməkdir. Anadolu türkləri nəyi isə sonrakı günə (aya...) saxlamağı bəyan edərkən ertələ sözünü işlədirlər
ERÓZİYA
ERTƏDƏN

Digər lüğətlərdə