EYNULLA

Allahın gözü, Tanrının gözü.
EYNİŞ
EYNUR
OBASTAN VİKİ
Eynulla Ağayev
Ağayev Eynulla Xankişi oğlu – nasir, 1955-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Eynulla Ağayev 1907-ci il dekabrın 31-də Bakının Ramana kəndində, neftçi ailəsində doğulmuşdur. İbtidai təhsilini kənd məktəbində almışdır. 1926-cı ildə Sabir adına 23 saylı ikinci dərəcəli məktəbdə təhsilini davam etdirmişdir. Hərbi xidmət illərində Nuxa və Dağlıq Qarabağda cinayətkarlara qarşı mübarizədə iştirak etmişdir. Sonra Suraxanı neft mədənlərində fəhləlik etmişdir. Hələ orta məktəbdə oxuduğu vaxtdan ədəbiyyata güclü meyl göstərirdi. İlk şerlərini, məqalə və qeydlərini "Gənc işçi", "Kommunist", "Yeni yol" qəzeti redaksiyalarına göndərirdi. İlk hekayəsi "Balıqçı Kamil" 1928-ci ildə Tiflisdə buraxılan "Qızıl şəfəq" jurnalının 12-ci sayında çap olunmuşdur. Bundan sonra o ədəbi dərnəklərdə müntəzəm iştirak etmiş, 1931-ci ilin noyabnnda "Kommunist" qəzetinin partiya şöbəsinə ədəbi işçi qəbul olunmuşdur.
Eynulla Cəbrayılov
Eynulla Eynulla oğlu Cəbrayılov (8 aprel 1935–14 sentyabr 1992) — xanəndə. == Həyatı == E.Cəbrayılov 1952-ci ildən ömrünün sonuna kimi Kürdəmir rayonu Mədəniyyət İdarəsində çalışmış, eyni zamanda, respublikanın musiqi həyatında yaxından iştirak etmişdir. 1956 və 1957-ci illərdə Azərbaycan gənclərinin birinci və ikinci festivallarının laureatı olmuşdur. == Yaradıcılığı == Şirvan musiqi mühitində yetişən Eynulla Cəbrayılov bu bölgənin ustad sənətkarlarının ənənələrindən bəhrələnir, muğam və aşıq sənətinin sirlərinə yiyələnir. O, ifaçılığında bu iki sənətin xüsusiyyətlərini qovuşdurmağa nail olur. Gənc yaşlarından peşəkar xanəndə kimi respublikada tanınan E.Cəbrayılovun Aşıq Şakir və nəfəs alətləri ifaçısı Həsrət Hüseynovla birgə çıxışları xüsusilə əlamətdar olmuşdur. E.Cəbrayılov aşıq havalarını ("Nazlana-nazlana", "Bala nərgiz", "Kimə yalvarım" və s.) böyük şövqlə oxuyan xanəndə kimi məşhurlaşmışdır. Bu havalar bu gün xanəndələrin repertuarında kök salmışdır. E.Cəbrayılov geniş diapazonlu, rəngarəng tembrli güclü səsə malik xanəndə olmuşdur. Onun ifasında "Rast", "Segah-Zabul", "Mirzə Hüseyn Segahı", "Çahargah" və başqa muğamlar AzRT Fondunda saxlanılır.
Eynulla Fətullayev
Fətullayev Eynulla Emin oğlu (25 sentyabr 1976, Bakı) — tanınmış azərbaycanlı jurnalist, "haqqın.az" və "virtualaz.org" saytlarının baş redaktoru,"Gündəlik Azərbaycan" qəzetinin (2005–2007) baş redaktoru. Tənqidi yazılarına görə Azərbaycan hökuməti tərəfindən təqib olunmuşdur. Azərbaycan Respublikasının əməkdar jurnalisti. == Həyatı == Eynulla Fətullayev 1976-cı il sentyabrın 25-də Bakıda anadan olub. Jurnalistikaya gənc sosial demokrat, "İstiqlal" qəzetinin yazarı kimi gəlmişdir. 1990-cı illərin ortalarında Yeni Azərbaycan Partiyasına üzv olub, bir müddət əmək və əhalinin sosial müdafiəsi nazirinin köməkçisi işləyib. YAP-dan istefa verəndən sonra müstəqil yazarlığa başlayıb. Azərbaycan Silahlı Qüvvələrində xidmət edənədək bir müddət ANS televiziyasında analitik proqramların aparıcısı olan E. Fətullayev sonradan Elmar Hüseynovun nəşr etdiyi "Monitor" jurnalında çalışıb. 2005-ci ildə E. Hüseynovun qətlindən sonra "Monitor" bağlananda E. Fətullayev "Realnı Azerbaydjan", "Gündəlik Azərbaycan" qəzetlərini və "Azerbaydjan v mire" jurnallarını yaradıb. 2006-cı ilin oktyabrında o, davamlı təzyiqləri əsas gətirərək nəşrlərini bağladığını elan edib.
Eynulla Lətifov
Eynulla Mədətli
Eynulla Mədətli (tam adı: Eynulla Yadulla oğlu Mədətli; 18 aprel 1954, Naxçıvan) — 1990–1995-ci illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı. Azərbaycanın İran İslam Respublikasının Təbriz şəhərində Baş konsulu və Azərbaycan səfirliyinin müşaviri (Tehran,1996–2001). Azərbaycan Xarici İşlər Nazirliyinin müşaviri (2001–2002). Azərbaycanın Pakistan İslam Respublikasında və Əfqanıstanda (iqamətqahı İslamabad olmaqla) Fövqəladə və Səlahiyyətli səfiri (2002–2010). Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri (2010–2015). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda aparıcı elmi işçi (2016–2017), 2017-ci ildən Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru. == Həyatı == == Elmi əsərlər == Azərbaycan həqiqətləri İran tarixşünaslığında. Bakı, 2011, XX əsrin əvvəllərində Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında. Bakı, 2017, İranda Azərbaycan tarixi məsələləri. Bakı, 2020, Bir millət-iki dövlət: fəlsəfi-tarixi təhlili.
Eynulla Əliyev
Eynulla Əliyev (tam adı: Əliyev Eynulla Dadaş oğlu; d. 1937, Bilgəh, Bakı, Azərbaycan SSR, SSRİ – ö. 2001, Özbəkistan) — Azərbaycan əsilli Özbəkistan rəssamı və heykəltaraşı. == Həyatı == Eynulla Əliyev 1937-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərinin Bilgəh kəndində anadan olmuşdur. Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində oxumuş, xalq rəssamı Tokay Məmmədovun sinfində təhsil almışdır. Daha sonra Daşkəndə getmiş və ali təhsilini 1960-1966-cı illərdə A.N.Ostrovski adına Daşkənd Teatr İncəsənəti İnstitutunda almış, Heykəltaraşlıq fakültəsini bitirmişdir. Təyinatla Səmərqənd şəhərində işləməyə göndərilmiş, ömrünün sonunadək burada yaşamış və yaratmışdır. 2001-ci ildə Özbəkistan Respublikasında vəfat etmişdir. == Yaradıcılığı == Eynulla Əliyev Özbəkistanda keçirilmiş bir sıra sərgilərdə fəal iştirak emiş, 1968-ci ildə Özbəkistan Rəssamlar İttifaqının üzvü, 1969-cu ildə isə Özbəkistan Rəssamlar İttifaqının Səmərqənd filialının sədri seçilmiş və 1986-cı ilə qədər ona rəhbərlik etmişdir. Heykəltaraş Eynulla Əliyev daş, mis, bürünc və ağacdan bir sıra unikal heykəllər yaratmışdır.
Eynullahkəndi (Meşkinşəhr)
Eynullahkəndi (fars. عين الله كندي‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 161 nəfər yaşayır (29 ailə).
Kamil Eynullayev
Kamil Müzəffər oğlu Eynullayev (12 dekabr 1932, Bakı – 1 may 1988, Bakı) — hücumçu mövqeyində çıxış etmiş sovet futbolçusu. == Həyatı == Kamil Eynullayev 12 dekabr 1932-ci ildə Bakı şəhərində 6 uşaqlı ailədə anadan olmuşdur. Onu "Neftyanik"də köməkçi məşqçi işləyən İsay Abramaşvili kəşf edib. Yüksək sürətə və yaxşı zərbələrə sahib olan Kamil, 1957-ci ildə "Neftyanik"in əsas heyətinə götürülüb. Həmin mövsüm çempionatın B qrupunda 24 oyun keçirib, 4 qol vurub. Növbəti mövsümü Moskvanın "Lokomotiv" komandasında keçirən futbolçu, A qrupunda 6 oyun, SSRi Kubokunda isə 2 oyun keçirib. 1959-cu ildə, bir illik aradan sonra yenidən "Neftyanik"ə qayıdıb. 1959-1962-ci illər aralığında Bakı təmsilçisinin heyətində 90 oyun keçirib, 9 qol vurub. Kamil futbolçu karyerasını 1964-cü ildə Riqanın "Dauqava RVZ" komandasında başa vurub. Şəkər xəstəliyindən əziyyət çəkən Kamil Eynullayev, 1 may 1988-ci ildə Bakı şəhərində dünyasını dəyişib.
Mətin Eynullayev
Mətin Balasən oğlu Eynullayev (22 mart 1975, Bakı) – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi (06 may 2021-ci il tarixindən), Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri (19 avqust, 2020-ci ildən), Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini və Xidmətin rəisi səlahiyyətlərinin icraçısı (13 may, 2020-ci il tarixindən), Azərbaycan Respublikasının vergilər nazirinin müavini (2018–2020), 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri (27 dekabr 2018), Azərbaycan Respublikasının təhsil nazirinin müavini (2017–2018), Azərbaycan Respublikasının Təhsil Nazirliyinin aparat rəhbəri (2013–2017) Mətin Eynullayev 1975-ci il 22 mart tarixində Bakı şəhərində anadan olub. Evlidir, 2 övladı var. 1992–1997-ci illər – Bakı Dövlət Universitetində təhsil alıb və hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1998–2002-ci illər – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial Müdafiə Fondunda baş hüquqşünas vəzifəsində çalışıb. 2002–2007-ci illər – Özəl sektorda çalışıb. 2007–2009-cu illər – Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi vəzifəsində çalışıb. 2009 – 2013-cü illər – Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifəsində çalışıb. 2013 – 2017-ci illər – Azərbaycan Respublikası Təhsil Nazirliyində Aparat rəhbərinin müavini, Aparat rəhbəri vəzifəsində çalışıb. 11 yanvar 2017-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilib. 17 yanvar 2018-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə vergilər nazirinin müavini vəzifəsinə təyin edilib.
Nadir Eynullayev
Nadir Müzəffər oğlu Eynullayev (20 sentyabr 1942, Bakı – 1993, Bakı) — hücumçu mövqeyində çıxış etmiş sovet futbolçusu. Nadir Eynullayev 20 sentyabr 1942-ci ildə Bakı şəhərində 6 uşaqlı ailədə anadan olub. Futbolçu karyerasını 1961-ci ildə "Neftyanik"də başlayıb. 1966 mövsümündə "Neftyanik"in heyətində A qrupunda bürünc medal qazanıb. 1967-ci ili "Şaxtyor Qarağandı"da, 1968-ci ili isə "Dinamo Kirovabad"da keçirib. Peşəkar karyerasını 1972-ci ildə "Neftçi"də başa vurub. Nadir Eynullayev 9 iyun 1965-ci ildə Bakıda gənclərdən ibarət Polşa yığmasına qarşı keçirilmiş yoldaşlıq oyununda gənclərdən ibarət SSRİ yığmasının heyətində debüt edib. O, görüşün ikinci hissənin əvvəlində Viktor Zabrodinin əvəzinə meydançaya daxil olub. Oyun SSRİ yığmasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Nadir Eynullayev futbolçu Kamil Eynullayevin qardaşı, şahmatçı Tatyana Zatulovskayanın isə bibisi oğludur.
Oqtay Eynullayev
Rövşən Eynullayev
Sənan Eynullayev
Sənan Eynullayev 1956-cı ildə Bakıda anadan olan rəssam-heykəltaraş Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini və İncəsənət Universitetini bitirib. O, 1992-ci ildən bəri İstanbulda yaşayır. Türkiyədə çalışan azərbaycanlı rəssam və heykəltaraş Sənan Eynullayev Türkiyənin dövlət adamları və siyasətçilərinin bal mumundan heykəllərini hazırlayıb. Heykəlləri hazırlanan siyasətçi və dövlət adamları arasında Baş nazir Rəcəb Tayyib Ərdoğan, İstanbul valisi Müəmmər Gülər, İstanbul əmniyyət müdiri (baş polis idarəsinin rəisi) Cəlaləddin Cərrah və başqaları var. Bal mumundan olan heykəllər İstanbul Əmniyyət Müdirliyinin şəhərin Mərtər səmtindəki Polis Mərkəzində nümayiş etdiriləcək. Türkiyədə buraxılan 2008-ci il təqvim-kataloquna azərbaycanlı rəssam Sənan Eynullayevin son illərdə çəkdiyi yağlı boya əsərləri də daxil edilib. Təqvim-kataloqun əsas sponsoru "Azərbaycan Hava Yolları" Dövlət Konserni, sifarişçiləri isə "Sontek inşaat", "Hamle petrol" şirkətləri və "APA Uniprint" nəşriyyatıdır. S. Eynullayev iri həcmli kitabının çapa hazırlandığını da bildirib: "Bir çox firma kitabımın çapına sponsorluq etmək üçün mənə müraciət etsə də, üstünlük kataloq-təqvimə sponsorluq etmiş şirkətlərə veriləcək". İstanbulun Əsənyurd bələdiyyəsinin "Türk böyükləri" mövzusunda heykəllər ucaldıllması üçün elan etdiyi tenderdə azərbaycanlı rəssam-heykəltaraş Sənan Eynullayev qalib gəlib.
Sənətulla Eynullayev
Eynullayev Sənətulla İbrahim oğlu (1881, Simbirsk quberniyasının Buin qəzası, Əski Yukal k., - ?, Bakı) - mətbuat xadimi, naşir, redaktor, publisist. Ev təhsili almış, orduda xidmət etmişdir. Yaradıcılığa Simbirskdə başlamış, 20 əsrin 10-cu illərində Bakıya köçərək, "Məlumat" (1911), "Yeni İrşad" (1911-12) qəzetlərinin redaksiyalarında işləmiş, "Səda" (1909-11), "Açıq söz" (1915-18) və s. qəzetlərdə məqalələr dərc etdirmişdir. Müstəqil jurnalistlik fəaliyyəti göstərmiş, 1912 il martın 6-da "İqbal" gündəlik qəzetinin nəşrinə başlamışdır. Qəzetin 459 nömrəsi çıxandan sonra hərbi qulluğa çağırılmış, naşirlik və mühərrirlik hüququnu Seyid Hüseynə vermişdir. Ordudan tərxis olunduqdan sonra Məhəmməd Əmin Rəsulzadə ilə "İqbal", "Yeni iqbal" və "Açıq söz" qəzetlərində işləmiş və gündəlik redaktor vəzifəsini icra etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə "Azərbaycan" qəzetinin redaksiyasında işləmiş, qəzetin aparıcı müəlliflərindən biri olmuşdur. Əsasən publisistika sahəsində çalışmışdır. İmperialist ölkələrinin Balkan yarımadasında törətdikləri müharibələrin, Asiya və Afrika ölkələrini iqtisadi və siyasi asılılıqda saxlamaq cəhdinin, çarizmin köçürmə siyasətinin tənqidi, müsəlmanların iqtisadi və mədəni dirçəlişinin, ana dili, ədəbiyyat və maarifinin inkişafı uğrunda mübarizə Sənətulla Eynullayevin publisistik məqalələrinin əsas mövzuları idi.

Digər lüğətlərdə