FİRNİ

is. Düyü unu və şəkərdən hazırlanan desert yeməyi.
Axşam azanı deyilən kimi, mömin müsəlman bilmir ki, nəyə əl uzatsın, çaymı içsin, firnimi yesin, halvadanmı dadsın. C.Məmmədquluzadə.
Orucluq ayının özünəməxsus süfrəsi vardı: firni, tərək, balhalvası, nazik yuxa, şorqoğalı və sairə. H.Sarabski.

Fİ́RMA
FİRÓN
OBASTAN VİKİ
Firni
Firni — düyü unu və şəkərdən hazırlanan desert. == Tərkibi: == 160 qr düyü unu, 800 qr süd, 40 qr şəkər, 40 qr yağ, darçın, 4 qr duz. == Hazırlanma qaydası: == Düyü unu hazırlamaq üçün düyü təmizlənib 1 saat suda isladılır. İslanmış düyü qurudulur və həvəngdəstədə əzilib un halına salınır. Qayanayan südə duz atılır, arasıkəsilmədən qarışdırılaraq düyü unu tökülür və şəkər tozu əlavə edilərəl bişirilir. Süfrəyə veriləndə üzərinə 1 tikə yağ qoyulub, darçın səpilir.

Digər lüğətlərdə