FLY

fly1

n I 1. milçək; 2. həşərat, cücü; 3. tələ yemi, yem (heyvan, balıq və s. ovlamaq üçün); balıq tutmaq üçün qarmağa bağlanan lövhəcik (balıqcıq);

◊ Don’t let flies stick to your heels Tələs / Tələsin, vaxt itirmə / itirməyin

n II 1. d.d. uçuş, uçma; uçub gəlmə / getmə / keçmə (quşlar haq.); to have a ~in an aeroplane təyyarə ilə getmək / uçmaq

fly2

v (pt flew; pp flown) I 1. uçmaq , uçuşmaq; Birds are flying in the air Quşlar havada uçur / uçuşur; to ~ swiftly sürətlə uçmaq; to ~ across a desert səhranın üstündən uçmaq; 2. sürətlə getmək, uçmaq, tələsmək; A car flew past me Maşın yanımdan sürətlə ötüb getdi; to ~ into a room ildırım sürətilə otağa girmək; to ~ out of the room ildırım sürətilə otaqdan çıxmaq; How rumours do fly! Şayiələr necə də sürətlə yayılır! 3. yellənmək, dalğalanmaq; Flags flew from every mast Bütün bayraqlar dirəklərdə dalğalanırdı, 4. çıxmaq, qopmaq; Strange words flew from his lips Onun dilindən qəribə sözlər çıxdı

v (pt flew; pp flown) II 1. idarə etmək, sürmək (təyyarəni); He could fly any type of plane O hər cür təyyarəm idarə edə bilirdi; to ~ blind cihaz vasitəsilə idarə etmək; 2. av. təyyarə ilə daşımaq (sərnişinləri, yükləri və s.); to ~ passengers sərnişin daşımaq (təyyarə ilə); They flew me to Paris Onlar məni Parisə apardılar (təyyarə ilə);

◊ to ~ high / at high pitch / at high game şöhrətpərəst olmaq; to ~ in the face of / in the teeth of meydan oxumaq; to ~ a flag dən. bayraq altında üzmək; The ship flew the British flag Gəmi Britaniya bayrağı altında üzürdü; to ~ off the handle hirslənmək, qəzəblənmək, acıqlanmaq, özündən çıxmaq; to ~ to arms silaha sarılmaq

FLUX
FLY-AWAY
OBASTAN VİKİ
Fly-by-wire
Uzaqdan idarəetmə sistemi və ya Fly-by-wire əl ilə idarə edilən uçuş idarəetmələrini elektron interfeyslə əvəzləyən inkişaf etmiş bir uçuşu idarəetmə sistemidir. Bu sistemdə, təyyarə pilotdan asılı olmayaraq sadə bir kompüter tərəfindən idarə olunan süni intellektə sahibdir. Bu missiya kompüteri sürət, hündürlük, hava, təyyarənin texniki məlumatları, çəki və rəqəmsal mühitdə bir çox vacib məlumatları (data) birləşdirərək təyyarəyə ən təhlükəsiz uçuşu təmin edir. Bu texnologiya, yeni nəsil təyyarələr adlanan və uçuşa nəzarət səthlərinin hərəkətinin side-stick adlanan qol ilə təmin olunduğu təyyarələrdə mövcuddur. == İşləmə sistemi == Fly By Wire sistemində 2 və ya daha çox kompüter var (Airbus a320 seriyasında 5 kompüter var, F22 Raptorda isə hər biri 180 mb olan 7 kompüter var). Konsoldakı joystick bir məlumat daxiletmə vasitəsidir. Belə ki; Joysticki yuxarı çəksək, yuxarı əmrini kompüterlərə veririk. Joystickdəki həssas sensorlar qolu sıxma nisbətinə görə rəqəmsal məlumatları sistemə göndərir. Sistem bir növ sinir sisteminə bənzəyən bir məlumat xəttinə (data line) malikdir. Pilot qolu yüzdə 25 nisbətində sıxdıqda; təyyarə təkbaşına bu əmri həyata keçirmir.
Fly With Me
Fly With Me (azərb. Mənimlə uç‎) — Ermənistanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.. Artsvik "Fly With Me" mahnısı ilə Ermənistanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir.
Boeing B-17 Flying Fortress
Boeing B-17 Flying Fortress (“Uçan Qala”), ABŞ Ordusu Hava Korpusu (US Army Air Corps - USAAC) üçün İkinci Dünya Müharibəsindən əvvəl inkişaf etdirilmiş dörd mühərrikli ağır bombardmançı təyyarəsidir. B-17-nin əsas vəzifəsi Almaniyanın sənaye və mülki hədəflərinə qarşı strateji gündüz nöqtə bombardmanı idi. Normandiya əməliyyatından əvvəl Əməliyyat nöqtəsində (Operation Pointblank) ABŞ-nin İngiltərədəki 8-ci Hava filosu və mərkəzi İtaliyada yerləşən 15-ci Hava Donanması, RAF Bombardman Komandanlığının gecə bombardmanında bir əlavə olaraq xidmət etmişdir. Bundan əlavə, B-17-lər aşağı səviyyədə də olsa Sakit okeandakı döyüşlərdə də istifadə edilmişdirlər. B-17-lər hər küncündə və yuxarı və aşağı qüllələrində olan 50 kalibrlik pulemyotları sayəsində Flying Fortress (“Uçan Qala”) adlandırılmışdırlar. USAAC B-17-ni müharibədən əvvəlki dizaynına uyğun olaraq strateji bir silah olaraq istifadə etdi: yüksəkdən uçan, uzun mənzilli, yüksək bombardmançı, lakin vurulması asan olmayan bir təyyarə. Müharibə zamanı aldığı ağır xəsarətlərinə baxmayaraq, bazasına geriyə qayıda bilməsi və gövdə enişləri qabiliyyəti ilə B-17-ni bir ikona çevirmişdi. B-24 Liberator ilə müqayisədə daha aşağı mənzilinə və bomba daşıma qabiliyyətinə baxmayaraq, tədqiqatlar pilotların B-17-dən daha çox məmnun olduqlarını göstərmişdi . B-17 İkinci Dünya Müharibəsi illərində ABŞ-nin digər təyyarələrindən daha çox bomba daşıyırdı. Məsələn, Almaniyaya atılan 1,5 milyon ton bombanın 500 min tonu B-17 ilə atılmışdır.
Flyriella
Flyriella (lat. Flyriella) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Flyriella harrimanii R.M.King & H.Rob. Flyriella leonensis (B.L.Rob.) R.M.King & H.Rob. Flyriella parryi (A.Gray) R.M.King & H.Rob. Flyriella stanfordii R.M.King & H.Rob.
Flyuktasiya
Flyuktasiya (lat. fluctuatio) — ekosistemin müxtəlif illərdə dəyişkənliyi. == Ümumi məlumat == Flyuktasiya zamanı növ populyasiyasının sıxlığı və onların miqdarca nisbəti dəyişir. Flyuktasiyanın səbəbi, bir qayda olaraq iqlimin tərəddüdü və ayrı-ayrı növlərin miqdarının partlayışı (hədsiz artması) sayılır.
P3 Flyers
P3 Flyers — Avropada Pilatus P-3 təyyarələri ilə aviaşiya şouları həyata keçirən mülki aviasiya komandasıdır. == Tarixi == Komanda 1996-cı ildə qurulmuşdur. İlk ictimai uçuşunu 2001-ci ildə 3 təyyarə ilə həyata keçirmişdir. 2004-cü ildə komandaya 4-cü təyyarə əlavə olundu. 2006-ci ildə 5-ci təyyarə əlavə olundu. 2007-ci ildən etibarən bütün təyyarələr tüstü sistemi ilə təmin olunub.
Boyayıcı flyuggeya
Boyayıcı flyuggeya (lat. Flueggea tinctoria) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin fillantkimilər fəsiləsinin flyuggeya cinsinə aid bitki növü. == Təbii yayılması == Avropa, Karpat, Balkan yarımadası, Moldovada rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 1-1,5 m olan, düz dayanan, şaxələnmiş budaqlı, cavan budaqları qonur, nazik tükcüklü, yarpaqları möhkəm, üstü tünd yaşıl, tutqun, alt tərəfi açıq yaşıl, kənarları nazik tükcüklü, uzunsov-əks-yumurtavaridən ellipsvari-ovaladək, uzunluğu 1,5-5 sm, eni 1,8-3 sm, oyuqvari-dişli, 2-3 yan damarcıqları ucunda birləşir. Meyvələri yetişmiş, qara və ya sarı, 2-3 (4) qabarcıq hissəli, uzunluğu 5-7 mm; toxumların uzunluğu 4-5 mm, qonur, tutqundur. Çiçəkləri ensiz-zəngvari, uzunluğu 4-5 mm, dəstələrdə 5-10 ədəddir. May-iyulda çiçəkləyir, sentyabr-oktyabrda meyvə verir. Toxumlarla çoxalır. == Ekologiyası == İşıqlı meşələrdə, çınqıllı, əhəngli yamaclarda, kolluqlarda bitir. == Azərbaycanda yayılması == Balakən-Zaqatalada bölgəsində aşağı dağ yamaclarında rast gəlinir.
Flyuggeya
Flyuggeya (lat. Flueggea) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin fillantkimilər fəsiləsinə aid bitki cinsi.
Yarımkol flyuggeya
Yarımkol flyuggeya (lat. Flueggea suffruticosa) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin fillantkimilər fəsiləsinin flyuggeya cinsinə aid bitki növü. == Təbii yayılması == Koreya, Mancuriya, Şimal-Şərqi Çin, Xabarovsk, Amur vilayətlərində bitir. == Botaniki təsviri == Hündürlüyü 1,5-3 m olan, şaxələnmiş, çoxsaylı düz, çılpaq budaqlı, yarpağını tökən koldur. Yaşlı budaqları açıq-sarı, cavan budaqları isə yaşıldır. Cavan zoğları nazik, açıq-yaşıl və ya açıqyaşılımtıl-sarıdır. Govdələrinin qabığı boz rəngdədir. Yarpaqları növbəli düzülüşlü, ellipsvari və ya yumurtavaridən yumurtavari-lansetşəkilliyə kimi dəyişir, çılpaqdır, 2-7 sm uzunluqda, 0,6-3,5 sm enində, üstdən tünd və ya sarımtıl yaşıl, altdan açıq rəngdədir. İyun-avqust aylarında çiçəkləyir. Çiçəkləri yaşılımtıl-ağ, yaxud yaşılımtıl-sarı olub, ləçəksizdir.