FÖVZ
FUADİ
OBASTAN VİKİ
Fuad
Fuad (ərəb. فؤاد‎) — ərəb dilində "ürək" mənasını verən kişi adı. Bu adı olan tanınmış şəxslər Fuad Poladov — Azərbaycan aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcılsənətkarlarından biri Fuad Aslanov — azərbaycanlı boksçu. Fuad Əliyev Fuad Əliyev (siyasətçi) — siyasətçi Fuad Əliyev (akademik) — kimya elmləri doktoru, professor, 2014-cü ildən AMEA-nın həqiqi üzvü (akademik).
Esmira Fuad
Esmira Fuad (tam adı: Esmira Seyfəl qızı Fuad; d. 3 fevral 1958, Xaçmaz) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru. == Həyatı == Esmira Seyfəl qızı Fuad Quba əsillidir. 1958-ci ildə Xaçmaz rayonunun Xudat qəsəbəsində doğulub. 1975-ci ildə Göyçay rayon Qarabaqqal kənd orta məktəbini, 1983-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini müvəffəqiyyətlə bitirib. == Elmi fəaliyyəti == Bir müddət Göyçay rayon Nizami adına narçılıq sovxozunda fəhlə, sonra Azad Komsomol Komitə katibi, daha sonra Bakı Dövlət Universiteti nəşriyyatında redaktor, Ali Diplomatiya Kollecində elmi metodist, "Azərbaycan diplomatiyası" jurnalında baş redaktorun I müavini, "Respublika" qəzetində uzun illər humanitar elmlər redaksiyasının müdiri işləyən Esmira Fuad 1999-cu il 4 aprel tarixindən AMEA Nizami adına Ədəbiyyat İnstitutu ilə elmi fəaliyyətə başlayıb. Hazırda Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisidir. O, "Mirzə İbrahimov adına Kitab Fondu"nu yaradıb. Filologiya elmləri üzrə fəlsəfə doktorudur. "Yeni tərcüman" qəzetinin təsisçisi və baş redaktoru olan Esmira Fuad 100-dək elmi-ədəbi məqaləsi, onlarla publisistik yazısı dövri mətbuatda nəşr olunub.
Fuad Abbasov
Fuad Abbasov (15 dekabr 1976, Bakı) — Azərbaycan jurnalisti. == Həyatı == Fuad Abbasov 1976-cı il dekabr ayının 15-də Bakı şəhərində doğulub. 1990-cı illərdə İstanbul Universitetinin jurnalistika fakultetini bitirib. Geniş ictimaiyyət Fuad Abbasovu 2015-ci ildə Suriyada Rusiyanın Su-24 təyyarəsinin vurulması zamanı tanıyıb. Onda Türkiyə Rusiya təyyarəsinin onun sərhədini pozduğunu iddia etmiş, Rusiya isə bunu inkar etmişdi. Həmin vaxt Rusiya ilə Türkiyə arasında gərgin münasibət yaranmışdı. Rusiya televiziyalarında tez-tez bu məsələ müzakirə edilir, Türkiyənin də mövqeyini çatdırmaqdan ötrü ora, əsasən, jurnalist Fuad Abbasov dəvət olunurdu. Fuad Abbasov Rusiya televiziyalarında tək Türkiyənin yox, elə Azərbaycanın mövqeyindən də dəfələrlə çıxış edib. === Rusiyadan deportasiyası === Fuad Abbasov 2019-cu il mayın 16-da Moskva vilayətinin Ximki şəhərində saxlanılıb. Moskva Şəhər Məhkəməsi Rusiya Federal Təhlükəsizlik Xidmətinin iddiası əsasında Fuad Abbasovun Rusiyada müvəqqəti yaşamaqdan ötrü icazəsini ləğv edib.
Fuad Aslanov
Fuad Alxan oğlu Aslanov (28 iyun 1976; Sumqayıt, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən boksçu və referi. 1995-2004-cü illərdə Azərbaycan yığmasının heyətində çıxış edib. Fuad Aslanov 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarının bürünc medalına sahib olub. Fuad Aslanov Azərbaycan idmanında xidmətlərinə görə 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilib. == Həyatı == Fuad Aslanov 1976-cı il iyunun 28-də Sumqayıt şəhərində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ali təhsil alıb. == Karyerası == === 1995-1996-cı illər: Dünya və Avropa Çempionatlarında uğursuzluqlar === Fuad Aslanovun birinci beynəlxalq turniri 1995-ci ilin 6-14 mayında Almaniyanın Berlin şəhərində baş tutan Dünya Çempionatı oldu. Fuad Aslanovun turnirin 1/16 final mərhələsində rəqibi Çexiya nümayəndəsi Qabriel Hencz oldu. Həmin görüşdə 18 yaşlı Fuad Aslanov rəqibinə 2:12 hesabı ilə məğlub oldu və Dünya Çempionatında mübarizəsini başa vurdu. Fuad Aslanovun növbəti turniri 1996-cı ilin 30 mart-6 aprelində Danimarkanın Vejle şəhərində baş tutan Avropa Çempionatı oldu.
Fuad Axundov
Fuad Axundov (bioloq) — biologiya elmləri namizədi. Fuad Axundov (tədqiqatçı) — Bakının tarixini tədqiq edən tədqiqatçı.
Fuad Babanlı
Fuad Babanlı (Babanlı Fuad Abdulla oğlu; 17 aprel 1945, Qazax – 17 mart 2020) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-dramaturq. Sərbəst güləş üzrə SSRİ idman ustası. == Həyatı == Fuad Babanlı 17 aprel 1945-ci ildə Qazax şəhərində müəllim ailəsində anadan olub. 1951 - 1961-ci illərdə Qazax şəhərində orta məktəbdə oxuyub. 1971-ci Azərbaycan Politexnik İnstitutunu bitirib. İxtisasca mühəndisdir. 1964 – 1967-ci illərdə Ordu sıralarında xidmətdə olub. Sərbəst güləş üzrə SSRİ idman ustasıdır. Müxtəlif vəzifələrdə çalışıb. Fuad Babanlı 17 mart 2020-ci ildə vəfat edib.
Fuad Babayev
Fuad Bağırov
Fuad Bulca
Əhməd Fuad Bulca (türk. Ahmet Fuat Bulca) (1881, Saloniki – 14 sentyabr 1962, İstanbul) — Türk əsgər və siyasətçi. == Hərbi fəaliyyəti == Hərbi məktəbi bitirmişdir. 3-cü tabor, 1-ci bölük komandiri, 3-cü ordu kiçik zabit məktəbində müəllim, Selanik kiçik zabit məktəbinin 1-ci bölük komandiri, Dərnə Şərq Şöbəsi komandiri, Trabzon Rədif tabor komandiri, Bəylərbəyi sarayı mühafizə bölük komandiri, 15-ci alayın 3-cü tabor komandiri, 24-cü alayın 3-cü tabor komandiri, 24-cü və 11-cü taborun tümən komandiri və Ankara hərbi hissəsinin komandiri olmuşdur. 4 iyul 1927-ci ildə ordudan təqaüdə çıxdı. == Siyasi fəaliyyəti == Hərbi xidmətdən sonra Türkiyə Hava Qüvvələri Cəmiyyətinin rəhbəri, Türkiyə Böyük Millət Məclisinin II, III və IV dövrlərində Rizə, V dövrlərində Çoruhun millər vəkili olmuş və II dövründə Divân-ı Riyâset İdarə əmirliyində fəaliyyət göstərmişdir. Qırmızı lentli "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) ilə təltif edilmişdir. 14 sentyabr 1962-ci ildə yol qəzasında vəfat etmişdir. Onun cəsədi 1988-ci ildə Türkiyə Dövlət məzarlığına gətirilərək orada dəfn edildi. == Həmçinin bax == İtaliya-Osmanlı müharibəsi Balkan müharibələri Birinci Dünya müharibəsi Türkiyə İstiqlaliyyət müharibəsi == İstinadlar == == Mənbə == T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s.
Fuad Cəfərov
Fuad Cəfərov (3 mart 1955, Bakı – 14 noyabr 2004, Bakı) – Azərbərbaycan idmançısı. Şahmat üzrə əməkdar məşqçi (1994), beynəlxalq dərəcəli hakim (1994). Azərbaycan Dövlət Universitetini bitirmişdir (1981). Respublika şahmat mərkəzinin direkturu olmuşdur. == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 255.
Fuad Hacıyev
Fuad Hacıyev (rejisor) — Azərbaycanın Əməkdar incəsənət xadimi, təhsil işçisi və rejissor. Fuad Hacıyev (rektor) — Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru.
Fuad Hacızadə
Fuad Mahmud oğlu Hacızadə (19 iyun 1952, Siyəzən) —Azərbaycanda aerokosmik tədqiqatlar sahəsində birinci elmlər doktoru, professor, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü. Fuad Mahmud oğlu Hacızadə 19 iyun 1952-ci ildə Siyəzən şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1974-cü ildə Leninqrad Dövlət Universitetinin riyaziyyat-mexanika fakültəsini biitirmişdir. Həmin ildən Azərbaycan Milli Aerokosmik Agentliyində əmək fəaliyyətinə başlamış, burada adi mühəndislikdən baş direktorun birinci müavini vəzifəsinədək yüksəlmişdir. 1991–2007-ci illərdə agentliyin Ekologiya İnstitutunun direktoru olmuşdur. 2008–2009-cu illərdə Azərbaycan MEA Geologiya İnstitutunda baş elmi işçi, 2009–2011-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında rəis müavini vəzifələrində çalışmışdır. == Elmi fəaliyyəti == F. Hacızadə Azərbaycanda aerokosmik tədqiqatları sahəsinin yaradıcılarından hesab edilir. O 1983-cü ildə SSRİ Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunda "Yerin "Meteor-28" süni peykindən alınan infraqırmızı spektrlər əsasında atmosferin kiçik qaz komponentlərinin həcminin təyini" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. Fuad Hacızadə apardığı nadir aerokosmik tədqiqatların nəticələri ilə dəfələrlə Azərbaycanda və xaricdə bu mövzulara həsr edilən seminar, konfrans və simpoziumlarda çıxış etmişdir. O, 1994-cü ildə Bakıda keçirilən "Ekologiyanın müasir problemləri" adlı beynəlxalq konfransın təşkilatçılarından biri olmuşdur.
Fuad Haşımov
I Fuad
I Fuad və ya Əhməd Fuad Paşa (d. 26 mart 1868 — ö. 28 aprel 1936) — Misirin son sultanı və ilk kralı. == Həyatı == === İlk illəri === 26 mart 1868-ci ildə Qahirədəki Cizə sarayında dünyaya gəldi. Atası Misir xədivi İsmayıl Paşa, anası isə onun xanımlarından Fəryal Qadınəfəndidir. İlk təhsilini Qahirədə alan Əhməd Fuad atasının vəzifədən alınaraq sürgünə göndərilməsinin ardından təhsilinə Avropada, daha çox Cenevrə və Torinoda davam etdi. 1885-ci ildə İtalya Hərb Akademiyasına daxil oldu və 1887-ci ildə Romada kral ordusunda xidmət etməyə başladı. Ardından Vyanadakı Osmanlı səfirliyində hərbi xidmətdə olan Əhməd Fuad, daha sonra İstanbula gələrək Sultan Əbdülhəmidin fəxri yavərliyinə təyin olundu. 1892-ci ildə Qahirəyə döndü. 1908–1913-cü illərdə Qahirə Universitetinin ilk rektoru olaraq fəaliyyət göstərdi və bu müddət ərzində Misir xədivi II Abbas Hilminin 3 ilə yaxın baş yavəri oldu.
Fuad Hümbətov
Hümbətov Fuad Dursun oğlu, 10 sentyabr, 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. == Təhsili == 1986-cı ildə Bakı şəhərindəki 39 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra həmin ildə Azərbaycan Dövlət Universitetinin (BDU) Mexanika-Riyaziyyat fakültəsinə qəbul olunmuşdur. 1991-ci ildə Məhəmməd Əmin Rəsulzadə adına BDU-nu fərqlənmə diplomu ilə bitirmiş və təyinatla Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda elmi işçi kimi fəaliyyətə başlamışdır. 1991-ci ilin dekabr ayında adı çəkilən İnstitutun nəzdində Aspitanturanın əyani şöbəsinə qəbul olunmuşdur. 1994-cü ilin mayında isə Aspitanturanı əla qiymətlərlə vaxtından əvvəl bitirərək 26.05.1994 tarixində namizədlik disserasiyasını müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 17.07.98 tarixində Ali Attestasiya Komissiyası tərəfindən baş elmi işçi, dosent elmi adına alyiq görülmüşdür. 1994–1999-cu illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində qiyabi təhsil almış, həmin fakültəni də fərqlənmə diplomu ilə bitirmişdir. O, 1998-ci ildə Heydər Əliyevin 75 illik Yubileyinə həsr edilmiş Ümumrespublika Gənc Alimlər Müsabiqəsinin hüquq sahəsi üzrə qalibi olmuşdur. İngilis, fransız, türk və rus dillərində yüksək səviyyədə, alman dilini isə orta səviyyədə bilir. F.Hümbətov 2001-ci ildə ABŞ Dövlət Departamenti tərəfindən Bakı şəhərində təşkil edilmiş "Sərhəd Təhlükəsizliyi" mövzusunda təşkil edilmiş treninqin iştirakçısı olmuş, 2003–2006-cı illərdə Belçikanın Brüssel Azad Universiteti nəzdindəki fransız dili üzrə tam kursu müvəffəqiyyətlə bitirmiş, habelə 2005–2006-cı illərdə Belçikanın Brüssel və Valloniya regional hökuməti nəzdindəki ali fransız dili kursunun "Upper-intermediate" səviyyəsini bitirmişdir.
Fuad Həsənov
Fuad Köprülü
Mehmed Fuad Köprülü (5 dekabr 1890 və ya 4 dekabr 1890, Konstantinopol – 28 iyun 1966[…], İstanbul) — Türk siyasətçisi, tarixçisi, ədəbiyyatşünası, professoru == Həyatı == Mehmed Fuad Köprülü (1890–1966) Azərbaycan ədəbiyyatının tədqiqinə 1918-ci ildən başlamışdı. O, 1925-ci ildə Bakıda keçirilən Türkoloji Qurultayda iştirak edib. İstanbul Universitetinin professoru olaraq hələ 20-ci illərin əvvəllərindən dünya şöhrətli Türkoloq kimi tanınan Köprülü ədəbiyyata sosioloji metod prizmasından baxır, ümumTürk ədəbiyyatını Osmanlı, Azərbaycan və Orta Asiya bölgələri üzrə öyrənməyi təklif edirdi. O, dil faktorunu əsas götürür, Azərbaycan ədəbiyyatını Həsənoğludan başlamağı təklif edir, farsca yazan şairləri bu ədəbiyyata "qəbul etmirdi". Türkiyədə Azərbaycan ədəbiyyatının tanıdılmasında Əhməd Zəki Vəlidi Toğan, Mühiddin Birgen, Əhməd Cəfəroğlu, Səlim Rəfiq Rəfioğlu, Əbdülbaqi Gölpınarlı, Məhərrəm Ergin, Hüseyn Baykara, Əbdülvahab Yurdsevər kimi onun da töhfələri vardır. Özəlliklə də Əhməd Cəfəroğlunun "Azərbaycan Yurd Bilgisi" dərgisi səhifələrində sistemli təqdimatlar yer aldığı ayrıca qeyd edildi. Yavuz Akpınara görə, bu dərgidə çox ciddi məqalələr tapmaq olar. Yavuz Akpinar qeyd etdi ki, bu gün Türkiyənin özündə bir ayrıca "Azərbaycan ədəbiyyatı" var. Bu, heç də siyasi mühacirlərin yaratdığı ədəbiyyatla məhdudlaşmır. Qars ətrafı bölgələrdə "ikinci" bir Azərbaycan ədəbiyyatı, ağız ədəbiyyatı mövcuddur.
Fuad Muradov
Muradov Fuad Rauf oğlu (22 iyul 1979, Bakı) — Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının 4-cü sədri; Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V çağırış deputatı. Bitərəfdir. == Həyatı == Muradov Fuad Rauf oğlu 1979-cu il iyulun 22-də Bakı şəhərində anadan olmuşdur. Evlidir. == Təhsili == 1986–1996-cı illərdə Bakıdakı 6 saylı orta məktəbdə təhsil alıb. 2002-ci ildə TEMPUS proqramı çərçivəsində Azərbaycan Dövlət Neft Akademiyası, Fransanın Nitsa Universiteti, Parisin Neft və mühərriklər institutu, İtaliyanın Genuya Universiteti ilə birgə "Ətraf mühit və neft sənayesi" ixtisası üzrə birgə magistratura proqramını bitirmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun aspirantı və elmi işçisi olmuşdur. 2010-cu ildə "Neftin ilkin emalı zamanı ətraf mühitə atılan tullantıların tərkibində radionuklidlərin analizi və paylanma qanunauyğunluqları" mövzusunda dissertasiya işini müdafiə etmişdir, kimya elmləri üzrə fəlsəfə doktorudur. 10 elmi əsərin və monoqrafiyanın müəllifidir. İngilis, fransız və rus dillərini bilir.
Fuad Musayev
Fuad Ənvər oğlu Musayev (11 yanvar 1938, Bakı – 16 iyun 2017, Moskva) — Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sənaye üzrə katibi, Azərbaycan SSR Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinin sədri, Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin tikinti işləri üzrə katibi, Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin birinci müavini, Azərbaycan SSR kənd tikintisi nazirinin müavini. == Həyatı == 1938-ci il yanvarın 11-də Bakı şəhərində anadan olub. Atası — Musayev Ənvər Yusif oğlu əslən Şuşa şəhərindən, anası — Əliyeva Elmira Cahangir qızı Gəncə şəhərindəndir. 1957-ci ildə Bakı şəhəri 6 saylı ümumtəhsil orta məktəbini, 1963-cü ildə isə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini inşaatçı-mühəndis ixtisası üzrə bitirib. Sonrakı illərdə Moskvada İctimai Elmlər Akademiyasını və SSRİ Xalq Təsərrüfatı Akademiyasını bitirib. Fuad Musayev 1973-cü ilə qədər Bakıda 1 saylı Ev Tikintisi Kombinatının (ETK) sıravi ustasından direktor müavininə qədər tikinti sahələrində çalışmış, Bakı şəhərində 8-ci Kilometr, Əhmədli, Bakıxanov, Günəşli, Xırdalan qəsəbələrində və 6, 7, 8 və 9-cu mikrorayonlarında yeni yaşayış massivlərinin salınmasında, eləcə də 1, 2 və 3 saylı ETK-nin yenidən qurulmasında iştirak etmişdir. == İdman kariyerası == Fuad Musayev 1952-ci ildə "Spartak" və "Medik" gənclərdən ibarət futbol və voleybol komandalarının üzvü, 1955-ci ildən Azərbaycan gənclərdən ibarət futbol və voleybol yığmalarının üzvü, Zaqafqaziya respublikalarının gənclərdən ibarət komandaları və Rusiya çempionu arasında ənənəvi voleybol turnirinin qalibi, "Spartak" Cəmiyyəti Mərkəzi Şurasının böyüklər komandaları arasında Ümumittifaq yarışlarının iştirakçısı olmuşdur. O, 1956-cı ildə gənclər komandaları arasında voleybol üzrə Azərbaycan çempionu; gənclər komandaları arasında voleybol üzrə SSRİ çempionu, gənclər komandaları arasında beynəlxalq turnirin qalibi olmuşdur. Fuad Musayev 1957–1962-ci illərdə Politexnik İnstitutunun və "Burevestnik" komandalarının tərkibində futbol və voleybol üzrə Azərbaycan çempionatlarının qalibi və mükafatçısı, universitetlər arasında futbol üzrə SSRİ çempionatının iştirakçısı, 1962–1965-ci illərdə futbol üzrə Bakı və Azərbaycan çempionatlarının qalibi, Dinamo Bakı komandasının tərkibində "B" dərəcəli ustalar arasında SSRİ çempionatının iştirakçısı, Dinamo Bakı komandasının rəisi olmuşdur. Fuad Musayev 1962-ci ildən "Neftçi" ustalardan ibarət ehtiyat komandasının oyunçusu olmuşdur.
Fuad Mustafayev
Fuad Seyfulla oğlu Mustafayev (16 avqust 1927, Bakı – 8 aprel 2019, Bakı) — ANS Şirkətlər Qrupunda Təsisçilər Şurasının Fəxri Sədri (1991–2016). == Həyatı == Mustafayev Fuad Seyfulla oğlu 1927-ci il 16 avqust tarixində Bakıda anadan olmuşdur. 1948-ci ildə Bakı Dəmiryol Texnikumunu, 1958-ci ildə Leninqrad Dövlət Hərbi Akademiyasını bitirmişdir. 1958–1964-cü illərdə hərbi qulluqda olmuşdur, hissə komandiri vəzifəsinədək yüksəlmişdir. 1965–1995-ci illərdə Tikinti Nazirliyində, Sənaye Tikinti Nazirliyində, Üzümçülük-Şərabçılıq komitəsində, Baş Kolxoz-sovxoz Tikinti Birliyində, Hidrometeorologiya İdarəsində rəhbər vəzifələrində işləmişdir. 1996–1999-cu illərdə ANS-Kommers şirkətinə rəhbərlik etmişdir. 1999-cu ildən 2016-cı ilədək Çingiz Mustafayev Fondunun Prezidenti idi. 1991-ci ildən 2016-cı ilədək ANS Şirkətlər Qrupunda Təsisçilər Şurasının Fəxri Sədri oldu. Fuad Mustafayev 8 aprel 2019-cu ildə 91 yaşında vəfat etmişdir. Çingiz Mustafayevin atasıdır.
Fuad Mövludov
Fuad Məhərrəmli
Fuad Məhərrəmov
Fuad Məmmədov
Fuad Məmmədov (texnik) — Texnika elmler doktoru, dosent. Fuad Məmmədov (kulturoloq) — Kulturoloq, Tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı. Fuad Məmmədov (general-leytenant) — Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, 2018–2020-ci illərdə Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini — Maddi-Texniki Təminat Baş İdarəsinin sabiq rəisi. Fuad Məmmədov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2-ci Qarabağ müharibəsinin şəhidi.
Fuad Məsum
Fuad Məsum (tam adı: Məhəmməd Fuad Məsum Həvrami; kürdcə:فوئاد مەعسووم ; ərəb. محمد فؤاد معصوم‎; 1 yanvar 1938, Köysancaq, İraq Kürdüstanı) — Kürd əsilli İraq dövlət xadimi. İraq Respublikasının 7-ci Prezidenti. Milliyyətcə kürddür. == Gəncliyi və təhsili == Məhəmməd Fuad Məsum Həvrami 1 yanvar 1938-ci ildə İraqın Süleymaniyə əyalətinin Koya şəhərində anadan olmuşdur. Ailəsi kürd olan Fuad Məsum Kürdüstanın din məktəblərində təhsil alıb. Bağdad Universitetində hüquq və şəriət dərsləri alan Fuad, 1958-ci ildə Əl-Əzhər Universitetində magistr təhsilini davam etdirmək üçün Misirin paytaxtı Qahirə şəhərinə getdi. 1968-ci ildə Bəsrə Universitetində professor kimi işləməyə başladı. 1975-ci ildə Əl-Əzhər Universitetində islam fəlsəfəsi doktoru adını aldı. == Siyasi fəaliyyəti == 1962-ci ildə İraq Kommunist Partiyasına daxil oldu.
Fuad-Xan Talışinski
Fuad-Xan Talışinski Məmmədhəsən oğlu (1 yanvar 1896, Tiflis – 1943) — hərbi xadim, polkovnik, Azərbaycan Demokratik Respublikasında və Qırmızı Orduda müxtəlif hərbi vəzifələrdə çalışmış, repressiya qurbanı olmuşdur. Talışxanovlar nəslinin nümayəndəsi. == Həyatı == Fuad-Xan Talışinski 1896-cı il yanvar ayının 1-də Tiflis şəhərində Talış xanları nəslindən olan polkovnik Məmmədhəsən bəy Talışxanovun ailəsində anadan olmuşdur. Talış xanı Mir Mustafa xanın nəticəsidir. Atası Məmmədhəsən bəy Talışxanov cəbhədə həlak olduqdan sonra əmisi Mirkazım bəy Talışxanovun qəyyumluğuna keçmişdir. Tiflis Kadet Korpusunu fərqlənmə diplomu ilə bitirmişdir. Çar Rusiyası ordusunda rotministr rütbəsinə qədər yüksəlmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin ordusunda (1918-1919) əvvəlcə 1-ci piyada Cavanşir alayının batalyon komandiri olmuşdur. Sonra isə 1-ci piyada diviziyasının komandanı general-mayor Cavad bəy Şıxlinskinin adyutantı kimi xidmət etmişdir. Sovet dövründə (1920-1930) Qızıl Orduda müxtəlif hərbi vəzifələrində çalışmışdır: 01 iyun 1920 - Birinci Azərbaycan Fəhlə və Kəndli Atıcı alayının əks-kəşfiyyat qrupunun rəhbəri.
Fuad Axundov (alim)
Fuad Axundov (bioloq)
Fuad Axundov (tarixçi)
Fuad Hüseyn oğlu Axundov (21 aprel 1968, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı jurnalist, Bakı tarixi və memarlığı üzrə tədqiqatçı, bələdçi, teleaparıcı. == Həyatı == Fuad Axundov 1968-ci il aprelin 21-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1975–1985 — Bakı şəhəri 23 nömrəli orta məktəb şagirdi. 1985–1992 — Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində oxuyub, bakalavr dərəcəsi alıb. 1992-ci ildə Norveçin Oslo şəhərindəki yay məktəbində təhsil alıb. 2000–2001 — ABŞ-ın Harvard Universitetinin Dövlət idarəetmə məktəbində oxuyub (Master in public administration, KSG, Harvard), maqistr dərəcəsi alıb. 2008–2016 — Kanadada, Toronto Universitetinin Ontario təhsil araşdırmaları institutunda oxuyub (Master in arts in education. OISE/UofT), maqistr dərəcəsi alıb. == Fəaliyyəti == 1989–1990-cı illərdə Bakı şəhərində Respublika Narkoloji Dispanserində xəstəxana işçisi kimi çalışıb. 1992–1993-cü illərdə Bakıda 189 saylı məktəbdə rus dili və ədəbiyyatı, və ingilis dilini tədris etmişdir.
Fuad Babayev (20 Yanvar şəhidi)
Fuad Hacıyev (rejisor)
Fuad Rauf oğlu Hacıyev (22 iyul 1942 – 31 iyul 2023) — Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, təhsil işçisi və məşhur rejissor. == Həyatı == 1993-cü ildə Türkiyənin Selçuk Universitetinin rektoru Xəlil Cinin dəvəti ilə həyat yoldaşı Zaminə Hacıyeva ilə birlikdə Türkiyəyə gediblər. Orada teatr bölümünün əsasını qoyub. Konya Səlcuk Universitetinin Dilek Sabançı Dövlət Konservatoriyasında 25 ildən artıq müəllimlik edib. Bununla yanaşı Ankara Dövlət Teatrı, Antalya və Mersin Dövlət Opera və Balet Teatrında müxtəlif əsərləri səhnələşdirib. Ustad rejissor Türkiyədə yaşadığı illər ərzində 100-dən çox səhnə əsərinə quruluş verib. Hazırda Türkiyədə fəaliyyət göstərən teatrların böyük əksəriyyətində Fuad və Zəminə Hacıyevaların tələbələri rejissorluq edir. Qeyd edək ki, Fuad Hacıyev SSRİ Xalq artisti, dünya şöhrətli azərbaycanlı bəstəkar Rauf Hacıyevin oğludur. Rauf Hacıyev vəfat etdikdən sonra oğlu Fuad Hacıyev atasının adını özünə təxəllüs götürüb – Fuad Raufoğlu. Rauf Hacıyevi görkəmli maarifçi, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin qızı Qəribsoltan Məlikova böyüdüb, analıq edib.
Fuad Hacıyev (rejissor)
Fuad Rauf oğlu Hacıyev (22 iyul 1942 – 31 iyul 2023) — Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, təhsil işçisi və məşhur rejissor. == Həyatı == 1993-cü ildə Türkiyənin Selçuk Universitetinin rektoru Xəlil Cinin dəvəti ilə həyat yoldaşı Zaminə Hacıyeva ilə birlikdə Türkiyəyə gediblər. Orada teatr bölümünün əsasını qoyub. Konya Səlcuk Universitetinin Dilek Sabançı Dövlət Konservatoriyasında 25 ildən artıq müəllimlik edib. Bununla yanaşı Ankara Dövlət Teatrı, Antalya və Mersin Dövlət Opera və Balet Teatrında müxtəlif əsərləri səhnələşdirib. Ustad rejissor Türkiyədə yaşadığı illər ərzində 100-dən çox səhnə əsərinə quruluş verib. Hazırda Türkiyədə fəaliyyət göstərən teatrların böyük əksəriyyətində Fuad və Zəminə Hacıyevaların tələbələri rejissorluq edir. Qeyd edək ki, Fuad Hacıyev SSRİ Xalq artisti, dünya şöhrətli azərbaycanlı bəstəkar Rauf Hacıyevin oğludur. Rauf Hacıyev vəfat etdikdən sonra oğlu Fuad Hacıyev atasının adını özünə təxəllüs götürüb – Fuad Raufoğlu. Rauf Hacıyevi görkəmli maarifçi, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin qızı Qəribsoltan Məlikova böyüdüb, analıq edib.
Fuad Hacıyev (rektor)
Fuad Hacıyev (tam adı: Fuad Hacı oğlu Hacıyev; 27 yanvar 1962, Daş Salahlı, Qazax rayonu) — Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru. == Həyatı == 27 yanvar 1962-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 1979-cu ildə 1 nömrəli kənd orta məktəbini bitirib. 1984-cü ildə M.V.Lomonosov adına Odessa Yeyinti Sənayesi Texnologiyası İnstitutunu fərqlənmə diplomu ilə bitirib və “Mühəndis-texnoloq” ixtisasına yiyələnib. 1994-cü ildə ali siyasi təhsil alıb – Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (hazırkı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) fərqlənmə diplomu ilə bitirib və “politoloq” ixtisasına yiyələnib. İdmanla məşğul olduğu müddətdə karate üzrə yaşıl kəmərə layiq görülüb. Karate üzrə SSRİ-nin mükafatçısı olub. Sərbəst güləş üzrə bir sıra uğurlar qazanıb. == Karyerası == Ali təhsilini başa çatdırdıqdan sonra istehsalatda mühəndis-texnoloq işləyib, Azərbaycan Komsomolunun Mərkəzi Komitəsində, müstəqillik dövründə Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətində məsul vəzifələrdə işləyib. 90-cı illərdə kommersiya ve sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
Fövziyyə bint Fuad
Fövziyyə bint Fuad (ərəb. فوزية بنت فؤاد‎; 5 noyabr 1921 – 2 iyul 2013, İsgəndəriyyə) — Misir şahzadəsi və Məhəmməd Rza Pəhləvinin birinci həyat yoldaşı olmuşdur. Şahdan boşanandan və İsmayıl Şirin ilə 1949-cu ildə nikah bağlayandan sonra Fövziyyə Şirin kimi də tanınırdı. == Həyatı == Şahzadə Fövziyyə Misir və Sudan sultanı I Fuadın qızı idi. Fövziyyənin anası Nazlı Səbri sultanın ikinci arvadı və Misrin keçmiş baş naziri türk əsilli Məhəmməd Şərif Paşanın nəvəsi idi. Şahzadə Fövziyyə təhsilini İsveçrədə almış, ərəb, ingilis və fransız dillərində sərbəst danışırdı. Şahzadə Fövziyyənin Məhəmməd Rza Pəhləvi ilə izdivacı Rza şahın səyləri nəticəsində baş tutmuşdu və ABŞ-nın Mərkəzi Araşdırmalar İdarəsinin hesabatına görə əsasən siyasi maraqları güdürdü. Onlar 1938-ci ilin may ayında nişanlanmış olsalar da, toy gününə qədər bir birilərini görmək imkanına malik olmamışdılar. Toy mərasimi Qahirədə Abdin Sarayında 15 mart 1939-cu ildə, daha sonra isə cavan ailənin yaşayacağı Tehranda Mərmər Sarayda keçirilmişdi. 1940-cı ildə onların yeganə övladı, şahzadə Şəhnaz dünyaya gəlmişdir.
Fövziyə bint Fuad
Fövziyyə bint Fuad (ərəb. فوزية بنت فؤاد‎; 5 noyabr 1921 – 2 iyul 2013, İsgəndəriyyə) — Misir şahzadəsi və Məhəmməd Rza Pəhləvinin birinci həyat yoldaşı olmuşdur. Şahdan boşanandan və İsmayıl Şirin ilə 1949-cu ildə nikah bağlayandan sonra Fövziyyə Şirin kimi də tanınırdı. == Həyatı == Şahzadə Fövziyyə Misir və Sudan sultanı I Fuadın qızı idi. Fövziyyənin anası Nazlı Səbri sultanın ikinci arvadı və Misrin keçmiş baş naziri türk əsilli Məhəmməd Şərif Paşanın nəvəsi idi. Şahzadə Fövziyyə təhsilini İsveçrədə almış, ərəb, ingilis və fransız dillərində sərbəst danışırdı. Şahzadə Fövziyyənin Məhəmməd Rza Pəhləvi ilə izdivacı Rza şahın səyləri nəticəsində baş tutmuşdu və ABŞ-nın Mərkəzi Araşdırmalar İdarəsinin hesabatına görə əsasən siyasi maraqları güdürdü. Onlar 1938-ci ilin may ayında nişanlanmış olsalar da, toy gününə qədər bir birilərini görmək imkanına malik olmamışdılar. Toy mərasimi Qahirədə Abdin Sarayında 15 mart 1939-cu ildə, daha sonra isə cavan ailənin yaşayacağı Tehranda Mərmər Sarayda keçirilmişdi. 1940-cı ildə onların yeganə övladı, şahzadə Şəhnaz dünyaya gəlmişdir.
Keçəcizadə Fuad Paşa
Fuad Paşa (türk. Keçecizade Mehmet Emin Fuat Paşa; 1814-1868) — XIX əsrin ikinci yarısında Türkiyənin dövlət xadimlərindən biri. Mirzə Fətəli Axundovun yeni əlifba layihəsi Türkiyədə müzakirə ediləndə, 1863-cü ildə o, əvvəlcə bu islahatı bəyənmiş, baş nazir olduqdan sonra isə M.F. Axundova kömək etməkdən boyun qaçırmışdır.

Digər lüğətlərdə