FÖVT

is. [ ər. ]
1. Əldən çıxma, əldən çıxarma, əldən qaçırma. Fürsəti fövt etmək (fürsəti əldən qaçırmaq).
2. Ölmə, ölüm.
Kim, fövti-rəqib eşitsə aşiq; Gülmək gərək, ağlamaq nə layiq? Füzuli.

□ Fövt olmaq – ölmək, məhv olmaq.
…Bizim şüəra cismən ölüb fövt olublarsa da, ruhən və mənən həlak olmayıblar. F.Köçərli.
[Dərviş:] Ruqiyyə məhv oldu, fövt oldu. A.Divanbəyoğlu.

FÖVRƏN
FRAK

Digər lüğətlərdə