FƏRARİ

is. [ ər. ] Hərbi xidmətdən boyun qaçırmaq məqsədilə hərbi hissədən özbaşına gedən, fərar edən əsgər.
[Nazir Ağagülə:] Bundan sonra fərariləri gizlədən bütün dağ kəndləri topa tutulacaq. Ə.Məmmədxanlı.

// Sif. mənasında. Fərari əsgər.
// məc. Öz vətəndaşlıq borcunu, xidməti və ya ictimai vəzifələrini yerinə yetirməkdən boyun qaçıran adam.
[Fikrət:] Mən hələ fərarilərin ucbatından nə qədər əziyyət çəkdiyimizi demirəm. M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • FƏRARİ FƏRARİ (əsgərlikdən və s.-dən qaçan) [Nazir:] Bundan sonra fərariləri gizlədən bütün dağ kəndləri topa tutulacaq! (Ə
  • FƏRARİ qaçaq — qaçqın
FƏRAR
FƏRARİLİK

Digər lüğətlərdə