FƏRƏCULLA

Allahın təsəllisi, Tanrının təskinliyi.
FƏRƏCƏLİ
FƏRƏMƏZ
OBASTAN VİKİ
Fərəculla Helu
Fərəculla Helu (1906-26 iyun 1959) — Livan kommunisti, LKP-nın baş katibi. == Həyatı == Fərəculla Helu 1906-cı ildə yoxsul kəndli ailəsində anadan olmuşdur. O zaman Livanın sadə adamlarının həyatı dözülməz dərəcədə ağır idi. Ölkə Osmanlı imperiyasının əyaləti idi. Xalq öz əməyinin bəhrəsini yerli feodallara və türk canişinlərinə verərdi. Minlərlə livanlı yurdundan didərgin düşüb, okeanın o tayına xoşbəxtlik axtarmağa gedərdi. Fərəcullanın iki böyük qardaşı da anaları ilə bərabər o taya gedir. Üç yaşlı Fərəculla böyük bacısının nəzarəti altında böyüyür. Coşqun hadisələr ölkəni lərzəyə gətirir. Livan xalqı suriyalı qardaşları ilə ələlə verib, türk zülmünə qarşı mübarizə aparır.
Fərəculla bəy Uğurlubəyov
Fərəculla bəy Uğurlu bəy oğlu Uğurlubəyov (12 avqust 1801, Şuşa – 1871) — Qarabağ bəylərindən, Mehdiqulu xanın əyanı, hərbi xadim,çar ordusunun polkovniki. == Həyatı == Fərəculla bəy Uğurlu bəy oğlu 1801-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Bir müddət Mеhdiqulu xanın baş cəlladı olmuşdu. Xanla birgə Qacar imperiyasına qaçmaq istəyərkən yaxalanmışdı. Həbsdə yatdıqdan sonra atasının xahişi ilə dustaqlıqdan azad olunmuşdu. Ailəsi Şuşa şəhərindən olan əsilzadə ailələrdən biri olmuşdur. Fərəculla bəyin atası Uğurlu bəy Qarabağ xanı Mehdiqulu xanın yanında xidmət edən sərkərdələrdən biri olmuşdur. Fərəculla bəyin qardaşı Rəhim bəy mayor, İbrahim bəy və Həsən bəy praporşik kimi Çar ordusunda xidmət etmişdirlər. Fərəculla bəy hərbi xidmətə Birinci Süvari Müsəlman Alayında başlamışdır.
Fərəculla xan Ağevli
Fərəculla xan Əmənulla xan oğlu Ağevli (12 iyul 1887, İsfahan – 15 sentyabr 1974, Tehran) — İran hərbçisi, İran Əncümən-e Ətər-e Millinin (ƏƏM), (The National Monuments Council of Iran) direktoru. == Həyatı == Fərəculla xan Əmənulla xan oğlu 1887-ci ildə İsfahan şəhərində anadan olmuşdu. Əsədulla xanın nəvəsidir. O, hərbi məktəb bitirmişdi. Qardaşı kolonel Fəzlullah xanın himayəsində hərbi işə qatılmışdı. Jandarmeriyada xidmət etmişdi. Fərəculla xan Ağevli 1921-ci ildə polkovnik rütbəsi almışdı.1925-ci ildə briqadir-general rütbəsinə layiq görülmüşdü. Xuzistan əyalətinə vali göndərilmişdi. Fərəculla xan Ağevli Məhəmmədrza şah Pəhləvinin hakimiyyəti dönəmində Şahənşah ordusunun komandanı olmuşdu. Fərəculla xan Ağevli 1974-cü ildə vəfat etmişdi.
Hacı Fərəculla hamamı
Hacı Fərəculla hamamı — Azərbaycanın paytaxtı, Bakı şəhərində mövcud olmuş və yerli əhəmiyyətli tarixi abidə olmuş hamam. 2016-cı ilə qədər hamam Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin balansında olmuş və Azərbaycan Dövlət Yuğ Teatrı tərəfindən istifadə edilmişdir. Hamam 2016-cı ilə qədər tarixi abidə kimi 3700 inventar nömrəsi ilə müvafiq qanunun “Yerli əhəmiyyətli tarix və mədəniyyət abidələrinin siyahısı”nda olmuşdur. 18 may 2016-cı ildə hamamın adı tarixi abidələrin siyahısından çıxarılmış və bir müddət sonra sökülmüşdür.
Məhəmməd Fərəculla Pişnamazzadə
Axund Məhəmməd Əli oğlu Pişnamazzadə (15 may 1853, Yelizavetpol, Tiflis quberniyası – 1938, Kirovabad) – Zaqafqaziya şeyxülislamı, axund. Məhəmməd Əli oğlu 1853-cü il may ayının 15-də Gəncə şəhərində ruhani ailəsində anadan olmuşdur. İlk təhsilini Gəncə mədrəsəsində almış, sonra isə ali ruhani təhsili almq üçün Təbrizə göndərilmişdir. 1883-cü ildə Təbrizdə təhsilini başa vurmuş və Tiflisə gələrək şəhadətnamə almışdır. 1892-ci ildə Gəncə cümə məscidinə axund təyin olunmuş, burada az müddət ərzində savadli və bacarıqlı ruhani kimi hörmət qazanmışdır. 1893-cü ildə Tiflis Vilayət Ruhani Məclisinin üzvü seçilmişdir. 1895-ci ildə Gəncə Vilayət Ruhani Məclisinin sədri təyin olunmuşdur. 1896-cı ildə "Məktəbül-Xeyriyyə"ni (Xeyriyyə məktəbi) təşkil etmişdi. "Məktəbül-Xeyriyyə" 1900-cü ilə kimi milli məktəb formasında fəaliyyət göstərib, sonra rus-müsəlman məktəbinə çevrilib. Məktəbin milli məktəb formasından çıxmasının səbəbi Axund Molla Məhəmməd Pişnamazzadənin həbs olunub, sürgünə göndərilməsi ilə bağlı idi.
Şeyxülislam Axund Məhəmməd Fərəculla Pişnamazzadə
Axund Məhəmməd Əli oğlu Pişnamazzadə (15 may 1853, Yelizavetpol, Tiflis quberniyası – 1938, Kirovabad) – Zaqafqaziya şeyxülislamı, axund. Məhəmməd Əli oğlu 1853-cü il may ayının 15-də Gəncə şəhərində ruhani ailəsində anadan olmuşdur. İlk təhsilini Gəncə mədrəsəsində almış, sonra isə ali ruhani təhsili almq üçün Təbrizə göndərilmişdir. 1883-cü ildə Təbrizdə təhsilini başa vurmuş və Tiflisə gələrək şəhadətnamə almışdır. 1892-ci ildə Gəncə cümə məscidinə axund təyin olunmuş, burada az müddət ərzində savadli və bacarıqlı ruhani kimi hörmət qazanmışdır. 1893-cü ildə Tiflis Vilayət Ruhani Məclisinin üzvü seçilmişdir. 1895-ci ildə Gəncə Vilayət Ruhani Məclisinin sədri təyin olunmuşdur. 1896-cı ildə "Məktəbül-Xeyriyyə"ni (Xeyriyyə məktəbi) təşkil etmişdi. "Məktəbül-Xeyriyyə" 1900-cü ilə kimi milli məktəb formasında fəaliyyət göstərib, sonra rus-müsəlman məktəbinə çevrilib. Məktəbin milli məktəb formasından çıxmasının səbəbi Axund Molla Məhəmməd Pişnamazzadənin həbs olunub, sürgünə göndərilməsi ilə bağlı idi.
Dilarə Fərəcullayeva
Dilarə Fərəcullayeva (tam adı: Dilarə Rəhim qızı Fərəcullayeva; 29 may 1957) — Azərbaycan kino və teatr aktrisası. == Həyatı == 1957-cu il sentyabrın 29-da Bakı şəhərində doğulub. 1979-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 1979-1987-ci illərdə H.Ərəblinski adına Sumqayıt Dövlət Dram, 1992-1997-ci illərdə Bakı Bələdiyyə Teatrlarında aktrisa vəzifəsində işləyib. 1997-ci ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır. == Teatr səhnəsindəki rolları == Vlasta - («Məktub», Panço Pançov) Zərnigar - («Arvadımın əri», Xuqayev) Müxbir - («Bütün şərq bilsin», Oqtay Məmmədov) Vera- («Polad əridənlər», Bokaryev) Vanda - («İtkin ər», Əli Əmirli) Qəmər - («Xoşbəxt gün», Əli Əmirli) Müxbir- («Varlı qadın», Əli Əmirli) Bikə - («Vida marşı», F.Mustafayev) Mariya - («Qara qutu», F.Mustafayev) Cadugər - («Makbet», V.Şekspir) Qadın - («Tədbirə qarşı tədbir», B.Şekspir) Savka Xala - («Nazirin xanımı», Nuşic) Şlyapa - («Aktyor və krall», Qorin) İnzibatçı - («Əbləhlərin toyu», R.Əlizadə) Həqiqət – («Məkirlərin vəkilləri», R.Əlizadə) Culiya – («Siçan və pişik», R.Əlizadə) Qaz – («Tülkü həccə gedir», R.Əlizadə) Gülbəri– («Təzə gəlin», Ü.Hacıbəyov) Məşədxanım – («Pasport», R.Abdullayev Zülhədcə – («Tənha qovaq ağacı», C.Nurəddin) Cadugar-«Uzunburun cırtdan», Qrin qardaşları) Aparıcı – («Yaxşı padşahın nağılı», Anar) Yasəmən – («İnan mənə», A.İdrisoğlu) Nailə – («Axırı sakitlik», E.Hüseynbəyli) Cavan qız – («Labirint», E.Hüseynbəyli) Valeriya – («Ördək ovu», A.Vampilov) Ana – («Anamın gəlinlik paltarı», Ə.Bərəkət) Lyuba – («Vicdanın hökmü», H.Mirələmov) Kəndli – («Hekayəti-xırs-quldurbasan», M.F.Axundov) Missis Beduin – («Oliver Tvistin macəraları» Ç.Dikkens) Zəhra – («Mənim ağ göyərçinim» T.Vəliyeva) Xeyransa – («Buzovna kəndinin əhvalatları» Elçin) Nuhun qövmü – («Əlincə qalası» Dilsuz) == Filmoqrafiya == Sirr (teleserial, 2012) Ögey ata (film, 2013) Həyat varsa...
Elşad Fərəcullayev
Fərəcullah Sələhşur
Fərəcullah Sələhşur (fars. فرج‌الله سلحشور‎) – İranlı rejissor, ssenarist və aktyordur. Bir sıra populyar dini film və teleseriallara rejissorluq etmişdir. Onlar arasında Həzrəti Yusif və Yatan 7 Adam əsasında olan Mağara Adamları daha çox məşhurluq əldə edib. Onun İslami kinoya xüsusi mühafizəkarlığı var idi. O, 27 fevral 2016-cı ildə müailicə aldığı xəstəxanada ağ ciyər xərçəngindən vəfat etdi.
Fərəcullalı
Fərəcullalı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Cəngan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Dağətəyi ərazidədir. Keçmişdə Lənkəran qəzasında maldarlıqla məşğul olmuş pirembel tayfasının 5-ci qoluna məxsus yeddi ailənin başçısı sahibkar Fərəculla olmuşdur. XIX əsrin axırlarında həmin ailələrin oturaqlaşması nəticəsində yaranmış yaşayış məntəqəsi Fərəcullanın adı ilə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 159 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Natiq Fərəcullazadə
Natiq Nadir oğlu Fərəcullazadə (d. 24 yanvar 1960, Bakı) — Azərbaycan boyakarı, heraldika ustası, Azərbaycanın əməkdar rəssamı (2018). Natiq Fərəcullazadə 24 yanvar 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1979-cu ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1984-cü ildə isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Natiq Fərəcullazadə əsasən rəngkarlıqla məşğul olur. O, bir müddət Türkiyədə fəaliyyət göstərmişdir. 2003-cü ildə Ankarada yaradılmış "Disney qəhrəmanları parkı"nın bədii kompozisiyasının müəlliflərindən biri və bu şəhərdə yerləşən "Şeraton" mehmanxanasının relyef dekorativ kompozisiyasının müəllifi olmuşdur. Natiq Fərəcullazadənin yaradıcılığında realizmdən modernizmə doğru yönəlmə mühüm yer tutur. Onun "Qırmızı çətirli qız", "Çəmənlikdə", "Yorğunluq", "Xəyallar", "Səhər", "Kitabxanaçı", "Hörüklü qız", "Əbədi payız", "Abşeron qadınları", "Ruhlara dua", "Sevgi", "Şəhid önündə", "Həyat və təbiət", "Uzaq sahillərdə", "Abşeron motivi", "Söhbət", "Yağışlı gün" və s.
Qışlaq-i Fərəcullahhacısərxan (Pərsabad)
Qışlaq-i Fərəcullahhacısərxan (fars. قشلاق فرج اله حاج سارخان‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 56 nəfər yaşayır (11 ailə).
Qışlaq-i Fərəcullahnimaz (Pərsabad)
Qışlaq-i Fərəcullahnimaz (fars. قشلاق فرج اله نماز‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 22 nəfər yaşayır (4 ailə).
Qışlaq-i Fərəcullahqədir (Pərsabad)
Qışlaq-i Fərəcullahqədir (fars. قشلاق فرج اله قدير‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 60 nəfər yaşayır (10 ailə).
Fərəcullah Pişnamazzadə
Axund Fərəcullah Pişnamazzadə (21 mart 1870, Nuxa – 11 aprel 1952, Bakı) — axund. == Həyatı == Molla Fərəcullah Molla Zeynalabdin oğlu Pişnamazzadə 1870-ci ilin mart ayında novruz bayramı günü Şəkidə anadan olmuşdur. Əslən Cənubi Azərbaycanın Xoy şəhərindəndir. Atası Axund Molla Zeynalabdin Molla Məhəmməd oğlu, anası Kafiyə xanım Mirməhəmməd qızı olmuşdur. Fərəcullanın 14 yaşı olanda atası vəfat etmiş, böyük qardaşı Molla Cabbarın himayəsində qalmışdır. İbtidai təhsilini Şəkidə aldıqdan sonra təhsilini Təbrizdə almışdır. 4 il Təbrizdə təhsil aldıqdan sonra o, İraqa gedərək Nəcəf və Kərbalada yüksək səviyyəli mədrəsə təhsili görmüşdür. Daha sonra Tehranda ali dini təhsilə yiyələnən Pişnamazzadə İran şahının sarayında çalışan Həsənxan adlı məmurun qızı Rübabə xanımla evlənmişdir.XIX əsrin sonu XX əsrin əvvəllərində bütün islam ölkələrində olduğu kimi Azərbaycanda da dinimiz mövhumat bataqlığında çabalayırdı. Məzhəblər arasında olan düşmənçilik gündən-günə dərinləşirdi. İstər çar hökuməti, istərsə də sovet hökuməti bu təfriqədən xalqı istismar etmək üçün istifadə edirdilər.