1. Planet sisteminin işıq və istilik verən, közərmiş böyük şar şəklində olan mərkəzi göy cismi; gün. Günəş işığı. Günəş də batanda rəngi saralır.
□ Günəş saatı – günəş işığı vasitəsilə vaxtı təyin etmək üçün siferblatlı cihaz.
Günəş sistemi – Günəş və onun ətrafındakı planetlərdən ibarət göy cisimlərinin hamısı birlikdə.
2. Günəşin verdiyi işıq, istilik.
□ Günəş vannası – müalicə məqsədilə bədəni açıq havada, günəş şüaları altında saxlama.
3. məc. Klassik şeirdə və folklorda gözəlin sifəti günəşə bənzədilir (adətən tərkiblərdə işlədilir).
◊ Günəşi batmaq – süqut etmək, əvvəlki şan-şöhrətini itirmək; inkişafdan qalmaq.
Günəş gülmək (gülümsəmək) şair. – sevinmək, ruhlanmaq.
Günəşi salamlamaq şair. – günəş doğan zaman oyaq olmaq, günəşin çıxmasını görmək.
Günəşin altı – dünya, aləm.