GAS-JET
GAS-METER
OBASTAN VİKİ
Castin Mask
Castin Mask (ing. Justine Musk; qızlıq soyadı: Uilson; 2 sentyabr 1972, Peterborouh, Ontario) kanadalı yazıçı. Sahibkar İlon Maskın birinci həyat yoldaşıdır. 6 əsəri ingilis dilində 17 dəfə nəşr olundu. Hal-hazırda 839 kitabxanada mövcuddur. == Karyerası == Castin Mask 2005-ci ildə ilk kitabı olan Blood Angel-i nəşr etdirdi. İkinci kitabı Uninvited 2007-ci ildə nəşr olundu. Ardınca 2008-ci ildə Blood Angel-in davamı olan Lord of Bones-i nəşr etdirdi. Mask yeni roman planı hazırlamaq üçün Pinterest kimi saytlardan istifadə edən ilk şəxslərdən biri oldu.Mask həmçinin davamlı olaraq TED Talks-da çıxış edir.
Elon Mask
İlon Riv Mask (ing. Elon Reeve Musk; 28 iyun 1971[…], Pretoriya, CAR) — Cənubi Afrika Respublikasında doğulmuş ABŞ sahibkar, mühəndis, investor və milyarderi. Mask SpaceX şirkətinin təsisçisi, informasiya texnologiyalarından cavabdeh rəhbəri və baş icraçı direktoru, Tesla-nın ilkin investoru, baş icraçı direktoru və məhsul dizayneri, The Boring Company-nin təsisçisi və Neuralink və OpenAI şirkətlərinin həmtəsisçisidir. 2022-ci ilin mart ayında xalis sərvəti 270 milyard ABŞ dolları olan Mask həm "Bloomberg milyarderlər siyahısı"na həm də "Forbes" jurnalının milyarderlər siyahısına görə dünyanın ən varlı adamıdır.Mask kanadalı ana və cənubi afrikalı atanın ailəsində dünyaya gəlib CAR-ın Pretoriya şəhərində böyümüşdür. Hərbi xidmətə çağırılmamaq üçün 17 yaşında Kanadaya köçməzdən əvvəl qısa müddət Pretoriya Universitetində təhsil almışdır. O, Kuens Universitetinə qəbul oldu və iki il sonra Pensilvaniya Universitetində təhsilini davam etdirib iqtisadiyyat və fizika ixtisası üzrə bakalavr dərəcəsi aldı. Təhsilini Stenford Universitetində davam etdirmək üçün 1995-ci ildə Kaliforniyaya köçdü, amma burada qardaşı Kimballa birlikdə veb-proqram təminatı şirkəti Zip2-ni quraraq biznes karyerasına başladı. Bu startap 1999-cu ildə Compaq tərəfindən 307 milyon dollara satın alındı. Elə həmin il Mask Confinity ilə birləşərək 2000-ci ildə indiki PayPal olan onlayn bank X.com-u təsis etdi. Şirkət 2002-ci ildə eBay tərəfindən 1,5 milyard dollara satın alındı.
Kimbal Mask
Kimbal Mask (ing. Kimbal Musk; 20 sentyabr 1972, Pretoriya, Cənubi Afrika) cənubi afrikalı restoran meneceri, baş aşpaz və sahibkardır. Bir çox filialı olan The Kitchen Restaurant Group-un sahibidir. Qeyri-kommersiya təşkilat olan Big Green-in həmtəsisçisi və prezidentidir. Həmçinin dizayn şirkəti Square Roots-un həmtəsisçisi və prezidentidir. Kimbal hal-hazırda Tesla Motors və SpaceX-in idarə heyətində yer alır. Milyarder sahibkar İlon Maskın kiçik qardaşı və Tesla-nın irihəcmli səhmdarıdır. 1995-ci ildə qardaşı İlon ilə birlikdə Zip2-ni qurmuşdular. == İlk illəri == Kimbal qardaşı İlon, bacısı Toska və bir neçə qohumu ilə birlikdə böyüdü. Anası Mey Mask diyetaloq və model, atası Errol Mask isə mühəndis idi.Cənubi Afrikada Respublikasında yerləşən Pretoriya məktəbindən məzun olduqdan sonra qardaşı ilə görüşmək üçün Kanadaya köçdü.
Mey Mask
Mey Mask (ing. Maye Musk, qız adı-Haldeman; 19 aprel 1948, Recayna[d]) — Kanada-Cənubi Afrika modeli və dietoloqu.Həmçinin İlon Mask, Kimbal Mask və Toska Maskın anası.50 il model olaraq Time jurnalı sağlamlıq nəşri, Qadınlar Günü və Vogue da daxil olmaqla məşhur jurnalların üz qabığında yer aldı.New York Post, öz-özünə şöhrət qazandığını bildirərək onun "öz başına bir ulduz" olduğunu elan etdi. == Erkən yaşları və ailəsi == Maye Haldeman 19 aprel 1948-ci ildə Kanadanın Saskaçevan vilayətinin Regina şəhərində əkiz və beş uşaqdan biri olaraq anadan olmuşdur. Ailəsi 1950-ci ildə Cənubi Afrikanın Pretoriya şəhərinə köçüb. Valideynləri Uinnifred Jozefin Fletşer və həkim-terapevt və həvəskar arxeoloq Dr. Joşua Norman Haldeman macəraçı idilər və ailə 1952-ci ildə dünya ətrafında uçdu. Ailəsi Kalaharinin itirilmiş şəhərini tapmaq üçün Kalahari səhrasında on ildən çox vaxt sərf etdi. Valideynləri Meyə slayd şoular göstərir və səyahətləri haqqında danışırdılar. Xanım Mask ailsi haqqında demişdir: "Valideynlərim çox məşhur idilər, lakin heç vaxt snob olmamışdılar". Haldeman 1969-cu il Miss Cənubi Afrika gözəllik müsabiqəsinin finalçısı olmuşdur.
Taksedo Mask
Taksedo Mask (タキシード仮面, Takishīdo Kamen) — yapon manqaka Naoko Takeuçi tərəfindən yazılmış "Seylor Mun" manqa seriyasının əsas personajlarından biri. Əsl adı Mamoru Çibadır (地場 衛, Chiba Mamoru). Seylor döyüşçüləri komandası ilə birlikdə vuruşur. Şəxsiyyətini gizlətmək üçün Mamoru maska geyinir, düşmənlərə qarşı mübarizə aparır, Seylor döyüşçülərinə məsləhətlər verir və bəzən onlara döyüşdə kömək edir. Digər Seylor döyüşçüləri kimi Taksedo Maskın da gücləri vardır. Gücləri Yer planeti ilə əlaqələnir. Psixi güclərə də malikdir, psixometr və sağaltma güclərinə sahibdir və bu gücləri hekayənin gedişində təkmilləşmişdir. Gücləri manqada əhəmiyətli yer tutsa da, animedə bu belə deyil. Manqa seriyasının baş qəhrəmanı Usaqi Tsukino ilə arasında sevgi münasibətləri vardır. Çibiusa və Usaqi ona çox vaxt "Mamo-çan" deyə müraciət edirlər.
Toska Mask
Toska Mask (ing. Tosca Musk; 20 iyul 1974, Cənubi Afrika) — cənubi afrikalı və kanadlı film prodüseri. Toska sahibkar İlon və Kimbal Maskın bacısı, Mey Maskın isə qızıdır. == Şəxsi həyatı == Maskın ekiz uşaqları var.
İlon Mask
İlon Riv Mask (ing. Elon Reeve Musk; 28 iyun 1971[…], Pretoriya, CAR) — Cənubi Afrika Respublikasında doğulmuş ABŞ sahibkar, mühəndis, investor və milyarderi. Mask SpaceX şirkətinin təsisçisi, informasiya texnologiyalarından cavabdeh rəhbəri və baş icraçı direktoru, Tesla-nın ilkin investoru, baş icraçı direktoru və məhsul dizayneri, The Boring Company-nin təsisçisi və Neuralink və OpenAI şirkətlərinin həmtəsisçisidir. 2022-ci ilin mart ayında xalis sərvəti 270 milyard ABŞ dolları olan Mask həm "Bloomberg milyarderlər siyahısı"na həm də "Forbes" jurnalının milyarderlər siyahısına görə dünyanın ən varlı adamıdır.Mask kanadalı ana və cənubi afrikalı atanın ailəsində dünyaya gəlib CAR-ın Pretoriya şəhərində böyümüşdür. Hərbi xidmətə çağırılmamaq üçün 17 yaşında Kanadaya köçməzdən əvvəl qısa müddət Pretoriya Universitetində təhsil almışdır. O, Kuens Universitetinə qəbul oldu və iki il sonra Pensilvaniya Universitetində təhsilini davam etdirib iqtisadiyyat və fizika ixtisası üzrə bakalavr dərəcəsi aldı. Təhsilini Stenford Universitetində davam etdirmək üçün 1995-ci ildə Kaliforniyaya köçdü, amma burada qardaşı Kimballa birlikdə veb-proqram təminatı şirkəti Zip2-ni quraraq biznes karyerasına başladı. Bu startap 1999-cu ildə Compaq tərəfindən 307 milyon dollara satın alındı. Elə həmin il Mask Confinity ilə birləşərək 2000-ci ildə indiki PayPal olan onlayn bank X.com-u təsis etdi. Şirkət 2002-ci ildə eBay tərəfindən 1,5 milyard dollara satın alındı.
İlon Mask: Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə
İlon Mask: Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə (ing. Elon Musk: Tesla, SpaceX, and the Quest for a Fantastic Future) — 2015-ci ildə nəşr olunmuş, Eşli Vensin yazdığı İlon Maskın bioqrafiya kitabı. Mask kitabda heç bir şeyi dəyişdirməmişdir.Kitab New York Times-da bestseller, Azmazon-da İş dünyası/Sahibkarlıq mövzusunda bestseller və İlin ən yaxşı kitabı, Wall Street jurnalında İlin ən yaxşı iş dünyası kitabı adını qazanmışdır. == Rəylər == New York Times: "Kitabın sonlarına doğru oxucu Stiv Cobs ilə İlon Maskı müqayisə etməyə ehtiyac hiss edəcək. Maska fürsət verin. Kimsə onun kimi ola bilməz!" Riçard Brenson (Virgin Group-un təsisçisi): "İlon Maskla çox oxşar tərəflərimiz var: riskə gedən, uğursuzluqlardan qorxmayan və insanlığa parlaq gələcək vermək üçün daima çalışan biri. Eşli Vens Maskın mükəmməl həyat hekayəsini ulduzlarla dolu bir tərcümeyi-halla təqdim edir". Toni Fadel (iPod və iPhone-nun yaradıcısı, Nest Labs-ın baş icraçı direktoru): "Dəfələrlə çətin vəziyyətə düşmüş və köhnə düşüncəli adamlarla mübarizə aparmış, dünyanı dəyişdirməyə çalışan bir adama açıq bir baxış. Bu kitabı oxuyub baxışlarını bir az daha irəliyə yönəltməyən insanlara təəccüb edirəm".Bu rəylərdən əlavə, həmçinin The Washington Post, Wall Street jurnalı, The Guardian, Forbes, Don Qraham, Tayler Kauen, Kreiq Venter, Mark Andressen, Aron Levi də kitab haqda müsbət rəylər yazmışdır.