Aşağı rütbəli inzibati işçi. (“Koroğlu” dastanının lüğəti)
Dialektlərimizdə bu söz icraçı mənasında işlənməkdədir. Türkiyə türkcəsində muxtar anlayışına uyğun gəlir. Müasir Azərbaycan dilində dirilən sözlərdəndr, hazırda Azərbaycan Silahlı Qüvvələrində gizir kiçik komandir rütbəsidir.
Ərəb Reyhan! Mən Koroğluyam. Mən xotkarlardan, vəzirlərdən, gizirlərdən qorxmuram. (“Eyvazın Çənlibelə gətirilməyi”)
*
Giziroğlu Mustafa bəy, doğrudan da qoçaq, qolu qüvvətli bir adam idi. Atası keçmişdə gizir olmuşdu. (“Durna teli”)
*
Gizir Mustafa bəy Qacar öz on iki minlik qoşunu ilə qırx gün Koroğluya qonaq idi. Qonağın sayı çox olduğundan yemək, şərab qurtarmışdı. (Paris nüsxəsi, 7-ci məclis)