GRUMPS
GRUNT
OBASTAN VİKİ
Grumpy Cat
Grumpy Cat (azərb. «Deyingən pişik»‎, əsl adı — Tardar Sauce (ing. Tardar Sousu) — qeyri-adi görünüşü nəticəsinə internet-memə çevrilmiş pişik. 2012-ci ilin sentyabr ayında pişiyin sahibəsinin qardaşı onun fotosunu Reddit saytında paylaşır. Sahibə Tabata Bundesenin dediyinə görə, belə görünüş anadangəlmə cırtdanlıq və dişlərlə bağlıdır. Pişiyin adı Tartar sousundan götürülmüşdür. Bu onunla bağlıdır ki, pişiyin tükü əvvəldən qara ləkələrlə örtülü idi. Tabatanın qızı Kristal bunu tartar sousuna bənzətdi. Tardar Sousu sözü səhv şəkildə yazılmışdı ("tartar" sözündə səhv), buna baxmayaraq onu dəyişməməyi qərara aldılar. == Məşhurluq == Pişiyin məşhurlaşmasından sonra onun sahibi Facebookda səhifə yaratdı.