Gymnadenia conopsea
Çılpaq dəmirsəhləb (lat. Gymnadenia conopsea) — dəmirsəhləb cinsinə aid bitki növü.
== Qısa morfoloji təsviri ==
Hündürlüyü 25-60 sm olan, çoxillik bitkidir. Kök yumruları 3-6 bölümlüdür.
=== Gövdə ===
əsasından qonur qına bürünmüşdür.
=== Yarpaq ===
Yarpaqları xətvari-neştərşəkilli, ucu sivriləşmiş, eni 2,5 sm-ə qədərdir, yuxarı yarpaqları xırdadır.
=== Çiçək ===
Çiçək qrupu silindrikdir çoxçiçəkli, uzunluğu 15 sm-ə qədər olan, sıx sünbülcükdür. Çiçək altlığı ellipsvarineştərşəkillidir, sivridir, yuxarıdakılar çiçəkdən qısa, aşağıdakılar isə uzundur. Çiçəkyanlığının yarpaqcıqları uzunsov və yaxud enliyumurtaşəkilli, bənövşəyi-çəhrayı və ya açıq bənövşəyi-qırmızıdır, gözəl ətri var.
=== Çiçəkləməsi ===
İyun
=== Meyvə verməsi ===
İyun-İyul
=== Azərbaycanda yayılması ===
BQ (Quba), BQ şərq, BQ qərb, Alazan-Əyriçay, KQ şimal, KQ cənub, KQ mərkəzi, Lənk.