HÖVL

is. [ ər. ] Qorxu, dəhşət, vahimə.
[Şahmar] hövl içində həyət qapısına doğru addımladı. B.Bayramov.

□ Hövl eləmək (etmək) – qorxmaq, dəhşətə gəlmək, dəhşətlənmək, vahimə basmaq. Təklikdən hövl etmək.
– Xəyalı dərinlərə işləyən qoca birdən hövl edib tərpəndi. B.Bayramov.

Hövl götürmək dan. – bax hövl eləmək (etmək).
Sübhanverdizadə əlilə Kosanın sözünü kəsdi, onu hövl götürdü, … başı gicəlləndi, otaq başına fırlandı. S.Rəhimov.
Qar basmış və artıq gecə qaranlığı çökmüş düzənlikdə Cumanı bu səsdən hövl götürdü. Ə.Əbülhəsən.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HÖVL hövl bax qorxu
HÖVKƏLƏMƏK
HÖVLƏKİ

Digər lüğətlərdə