1. Səsini içinə alıb ağlarkən boğazdan çıxan qırıq-qırıq səslər; hıçqırtı.
Qaraş yerində donub iztirab dolu lal gözlərlə atasının dalınca baxdığı halda, bu biri otaqdan Mayanın hıçqırıqlarını eşitdi.
Sanki ürəklərdə qırıldı bir tel; Ağlaşma, hıçqırıq gəzdi arada.
2. Diafraqmanın əsəbdən sıxılması nəticəsində qırtlaqdan qeyri-ixtiyari olaraq çıxan qırıq səslər; gəyirmə.
[Çopo:] [Qocanın] başı yan tərəfə əyildi və bədənini də özü ilə çəkdi, son nəfəsini bir hıçqırıqla bəyan edərək söndü.