HEPATOLITH
HERALD
OBASTAN VİKİ
Her Loss
Her Loss — Dreyk və 21 Savage tərəfindən birlikdə hazırlanmış studiya albomu. 4 noyabr 2022-ci ildə OVO Sound və Republic Records tərəfindən buraxılıb. == Trek siyahısı == 01. Rich Flex 02. Major Distribution 03. On BS4 04. BackOutsideBoyz (performed by Drake) 05. Privileged Rappers 06. Spin Bout U 07. Hours in Silence 08.
Planet Her
Planet Her — ABŞ repçi və müğənnisi Doja Cat-ın üçüncü studiya albomu. 25 iyun 2021-ci ildə Kemosabe Records və RCA Records tərəfindən buraxılıb.
She and Her Cat
She and Her Cat və ya Yaponiyada tanınan adı ilə Kanojo to Kanojo no Neko (彼女と彼女の猫, azərb. O və onun pişiyi‎) – Makoto Şinkay tərəfindən çəkilmiş və 1999-cu ildə buraxılmış tək seriyalıq anime OVA-sı. Their standing points (azərb. Onların ayaqda durma nöqtələri‎) altbaşlığı ilə buraxılmışdır. 5 dəqiqəlik OVA bir pişik ilə onun qadın sahibi münasibət haqqındadır və hekayə pişiyin baxış bucağından nəql olunur. Şinkay animeni sevgi bəslədiyi birinin çətin situasiyanın öhdəsindən gəlməsinə kömək etmək üçün yaratmışdır və onun balaca mənzildə yaşamaı hekayəni məüyyən etmişdir. Şinkay anime üçün öz çəkdiyi çizimlərdən istifadə etmiş, 3D görüntüləri Adobe After Effects proqramı ilə yerinə yetirmişdir. Şinkay pişiyi də səsləndirmiş və sadəcə 3 şəxslə əməkdaşlıq etmişdir. Əsəri tamamladıqdan sonra Şinkay animeni CD-R formatında və elektron poçt yolu ilə buraxmış və anime tədbirlərində 5000 nüsxə satmışdır. Şinkayın bu işi yaxşı qiymətləndirilmişdir.
Can't Let Her Get Away
Can't Let Her Get Away — Maykl Ceksonun mahnısı.
China In Her Eyes (Modern Talking)
China In Her Eyes (azərb. Çin onun gözlərindədir‎) - Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Ernst Herzfeld
Ernst Emil Herzfeld (23 iyul 1879[…] – 21 yanvar 1948, Bazel) — alman arxeoloq, memar və sənət tarixçisi. İslam mədəniyyəti, xüsusən İran sənəti ilə bağlı tədqiqatları ilə tanınmışdır. Herzfeld ayrıca Silifke yaxınlığındakı Aya Tekla xristian həcc mərkəzindəki tədqiqatlarda iştirak etmiş və rəsmlərini Samuel Guyerin şərhləri ilə birlikdə nəşr etdirmişdir. == Həyatı == Münhen və Berlin universitetlərində memarlıq təhsili almış, ilk dəfə 1903-cü ildə Orta Şərqə getmiş, Mesopotamiyadakı Assuriya şəhərlərindən birində aparılan qazıntılarda memar kimi işləmiş, İraqdakı qədim Samarra şəhərini gördükdən sonra İslam mədəniyyəti ilə maraqlanmağa başlamışdır. Burada həyata keçirmiş olduğu ilk işlərini daha sonra 1907-ci ildə Samarra, Aufnahmen und Untersuchungenzur islamichen Archeologie (Səmarra, İslam Arxeologiya üzrə Ölçülər və Tədqiqatlar) adı altında çap etmişdir. Assuriya qazıntılarından ölkəsinə 1906-cı ildə qayıdarkən, İran yolundan istifadə etmiş və burada Pasarqad və Persepolisə səyahət etmişdir. Növbəti il bu iki şəhər əsasında hazırladığı tədqiqat işi ilə Berlin Universitetində doktorluq adı almışdır. 1908-ci ildə İstanbul və Suriyadan keçməklə Hindistana səyahət etmişdir. Sənət tarixçisi Friedrich Sarre ilə birlikdə Mesopotamiyada Fərat və Dəclə çayları vadilərində gəzərək bir çox arxeoloji sahəni müəyyən etdilər. Bu tədqiqatlarının nəticələrini 1911-1920 arasında Archeologische Reise im Euphrat ung Tignis Gebiet (Fərat və Dəclə Regionunda Arxeoloji Səyahət) adlı dörd cildlik əsərlərində yaydılar.
Euphorbia herman-schwartzii
Euphorbia herman-schwartzii (lat. Euphorbia herman-schwartzii) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Yayılması == Madaqaskar üçün endemik növdür.
Filipp (Pfals-Noyburq hersoqu)
Davakar Filip (alm. Philipp der Streitbare‎) (12 noyabr 1503, Heydelberq – 4 iyul 1548, Heydelberq) — Vittelsbax sülaləsindən, 1505–1541-ci illərdə Pfals-Noyburq hersoqu olmuş alman zadəgan. == İlk dövrləri == O, 12 noyabr 1503-cü ildə, Heydelberq şəhərində, Frayzinq yepiskopu Ruprextin oğlu (Pfals kürfürstü Səmimi Filippin üçüncü oğlu) və Landsxutlu Elizabetanın (Bavariya-Landsxut hersoqu I Georqun qızı) ailəsində doğulmuşdu. Özündən böyük Otto Henri adlı bir qardaşı da vardı. Atasını itirəndə Filippin hələ 1 yaşı vardı, növbəti il isə Landsxut varislik müharibələri başladı. Müharibənin başlanmasına səbəb İmperiya qanunları və Bavariya-Münhen hersoqları ilə imzaladığı miras müqaviləsi ilə ziddiyyət təşkil edən babası Georqun torpaqlarını qızı Elizabetə vəsiyyət etməsinə cəhdi idi. Elizabet və Rupert 1504-cü ilin payızında bir-birinin ardınca vəfat etdi. Müharibəni uduzan Pfals kürfürstlüyündə 1505-ci ildə Köln hökmündən (alm. Kölner Spruch‎) sonra Dunaydan şimalda yerləşən ərazilərdən Otto Henri və qardaşı Filipp üçün Pfals-Noyburq hersoqluğu yaradıldı. Onlar hələ yetkinlik yaşına çatmadığı ikən babaları Filipp 1508-ci ildə ölümünə qədər hersoqluğu onların yerinə idarə etdi, sonra isə onu oğlu II Fridrix əvəz etdi.
Filipp Lüdviq (Pfals-Neyburq hersoqu)
Filipp Lüdviq (alm. Philipp Ludwig‎; 2 oktyabr 1547, Çvaybrükgen – 22 avqust 1614, Noyburq an der Donau, Şvabiya dairəsi) — 1569–1614-cü illərdə Pfals-Noyburq hersoqu idi. == Həyatı == Filipp Lüdviq 1547-ci ildə Çvaybrükgendə Çvaybrükgen hersoqu Volfqanq və Hesseli Annanın ailəsində doğulub. Ailənin ən böyük oğlu idi. 1569-cu ildə atasının ölümündən sonra onun torpaqları Filip Lüdviq və dörd qardaşı arasında bölündü — Filip Lüdviq Noyburq hersoqluğunu aldı. O, 1574-cü ildə Yülix-Kleve-Berqin hakimi hersoq IV Vilhelmin qızı Anna (1552–1632) ilə evləndi və bu nikahdan Brandenburq Markqraflığına qarşı vərəsəlik mübahisəsində istifadə etdi. Tezliklə Vilhelmin yeganə oğlu İohann Vilhelm varissiz öldü. 1613-cü ildə Filipp Lüdviqin böyük oğlu katolikliyi qəbul etdi və İspaniya və Alman Katolik liqasının dəstəyini qazandı, Brandenburq isə Niderlandın dəstəyini aldı. Lakin Filipp bu torpaqları tam olaraq ələ keçirə bilmədən 1614-cü ildə öldü. == Ailəsi == 27 sentyabr 1574-cü ildə Yülix-Kleve-Berqin hersoqu IV Vilhelmin qızı Anna (1552–1632) ilə evlənmişdi.
Filipp Lüdviq (Pfals-Noyburq hersoqu)
Filipp Lüdviq (alm. Philipp Ludwig‎; 2 oktyabr 1547, Çvaybrükgen – 22 avqust 1614, Noyburq an der Donau, Şvabiya dairəsi) — 1569–1614-cü illərdə Pfals-Noyburq hersoqu idi. == Həyatı == Filipp Lüdviq 1547-ci ildə Çvaybrükgendə Çvaybrükgen hersoqu Volfqanq və Hesseli Annanın ailəsində doğulub. Ailənin ən böyük oğlu idi. 1569-cu ildə atasının ölümündən sonra onun torpaqları Filip Lüdviq və dörd qardaşı arasında bölündü — Filip Lüdviq Noyburq hersoqluğunu aldı. O, 1574-cü ildə Yülix-Kleve-Berqin hakimi hersoq IV Vilhelmin qızı Anna (1552–1632) ilə evləndi və bu nikahdan Brandenburq Markqraflığına qarşı vərəsəlik mübahisəsində istifadə etdi. Tezliklə Vilhelmin yeganə oğlu İohann Vilhelm varissiz öldü. 1613-cü ildə Filipp Lüdviqin böyük oğlu katolikliyi qəbul etdi və İspaniya və Alman Katolik liqasının dəstəyini qazandı, Brandenburq isə Niderlandın dəstəyini aldı. Lakin Filipp bu torpaqları tam olaraq ələ keçirə bilmədən 1614-cü ildə öldü. == Ailəsi == 27 sentyabr 1574-cü ildə Yülix-Kleve-Berqin hersoqu IV Vilhelmin qızı Anna (1552–1632) ilə evlənmişdi.
Finlandiya böyük hersoqluğu
Finlandiya knyazlığı (fin Suomen suuriruhtinaskunta; isv. Storfurstendömet Finland ; rus. Великое княжество Финляндское) - Finlandiya ərazisində 1809-1917-ci illər aralığında mövcud olmuş knyazlıq. Finlandiya knyazlığı Rusiya imperiyasının nəzarəti altında fəaliyyət göstərmişdir. Çar I Aleksandrdan sonuncu Çar II Nikolaya qədər olan Rusiya imperiyasının imperatorları Finlandiya knyazı fəxri titulunu daşıyırıdılar.
Gildir (Heris)
Gildir (fars. گيلدير‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 809 nəfər yaşayır (187 ailə).
Guerrillero Heroico
Guerrillero Heroico — marksizm inqilabçısı Çe Qevaranın təsvir olunduğu əlamətdar fotoqrafiya, müəllifi Alberto Kordadı. Foto 1960-cı il martın 5-də Havanada keçirilən "La Coubre" teploxodunun partlayış qurbanlarının xatirəsinə olan mitinqdə çəkilib. Foto Leica M2 fotoaparatı ilə Kodak şirkətinə məxsus olan lentə çəkilib. 1960-cı illərin sonlarında Çe Gevara inqilabi fəaliyyətini dəyandırdı və edamı edildi, onun gördüyü işlərlə birlikdə şəkil Çe Qevaranın xarizmatik və ziddiyyətli obrazını "Mədəni ikona"ya çevirdi. Sonralar Korda deyirdi ki, Çe Qevaranın şəkildəki üz mimikası onun "qəti barışmazlığı" və möhkəm xarakterini ifadə edir. == Tarixi == "La Coubre" yük gəmisi 4 mart 1960-cı ildə Havana limanında boşaldılması zamanı partlamışdır. Partlayış zamanı yüzdən çox insan həlak oldu və daha iki yüzü xəsarət aldı. O vaxt sənaye naziri olan Ernesto Qevara partlayış zamanı aqrar islahatlar milli institutunda idi, hadisə baş verən kimi dərhal limana gəldi və bir neçə saat ərzində yaralılara tibbi yardım göstərərək xilasetmə əməliyyatında iştirak etdi. Ertəsi gün, martın 5-də Kuba inqilabının lideri Fidel Kastro MKİ-ni partlayış törətməkdə ittiham etdi. Terror aktı qurbanlarının xatirəsinə matəm mitinqi və sonrakı Malekon bulvarından Kolon qəbiristanlığına olan marş zamanı Fidel nitqində sonradan məşhur olacaq "Vətən ya ölüm" (isp.
Gəmənd (Heris)
Gəmənd (fars. گمند‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 924 nəfər yaşayır (182 ailə).
Gəvic (Heris)
Gəvic (fars. گويج‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 768 nəfər yaşayır (16 ailə).
HOME.TV (Bosniya və Herseqovina)
«HOME.TV» — «HT Mostar» şirkətinin sahibləndiyi Bosniya və Herseqovina IPTV provayderi. «HOME.TV» müxtəlif mövzulu HD keyfiyyətli telekanalların yayımını təmin edir. == Telekanal xətti == Hal-hazırda «HOME.TV» IPTV tərəfindən təklif olunan proqram paketinə əsasən (2016-cı ilin noyabr ayında), 130-dan çox (əsas təklifdə 67) televiziya kanalı yayımlanır.
Herakl (cizgi film, 1997)
Herakl - 1997-ci il məhsulu olan amerikan musiqili fantastik animasiya. Disney renessansı dövründə çəkilən 8-ci animasiyadır. Cizgi film yunan mifologiyasında mühüm yerə sahib olan Heraklın macəralarından bəhs edir. == Gedişat == Baş tanrı Zevs və onun arvadı Heranın Herakl adında bir oğlu olur. Digər tanrılar sevincliykən Zevsin narazı və paxıl qardaşı Aid Zevsi devirmək və Olimpi idarə etmək üçün planlar qurur. Yardım üçün gələcəyə baxan Aid 18 il içində planetlərin paradının titanları Olimpi fəth etmək üçün sərbəst bıraxacağını, ancaq Heraklın onları durduracağını öyrənir. Aid iblis nökərlərinə - Ağrı və Panikə Heraklı tanrı ölümsüzlüyündən məhrum edə biləcək şərbət verərək onları Heraklı öldürmələri üçün göndərir. İkili Heraklı qaçırdır və onu şərbətlə bəsləmək üçün vadiyə aparır. Amma Herakl şərbətin son damcısını içməmişdən əvvəl kəndli Amfitryon və arvadı Alkemen iblislərin yaxınından keçərək onları qorxudub əllərindəki şərbət qabını sırdırmalarına səbəb olurlar. Beləcə Herakl ölümsüzlükdən məhrum olur, amma tanrısal gücünü qoruyur.
Herakl Kalpe və Abula dağlarını ayırır
Herakl Kalpe və Abula dağlarını ayırır — 1634-cü ildə Françisko de Zurbaran tərəfindən yaradılmış, kətan üzərində yağlı boya ilə işlənmiş rəsm əsəridir. == Təsviri == Rəsm əsəri 136 sm × 167 sm ölçülərində çəkilmişdir. Rəsm əsərinin kolleksiyası Prado muzeyində saxlanılır. == Analizi == Tabloda Herakl təsvir olunmuşdur. Rəsm əsərində biz onun Herkules sütunları kimi də tanınan Kalpe və Abula dağlarını bir-birindən ayırdığını görə bilərik. Françisko de Zurbaranın Herakla həsr olunmuş 10 rəsm əsəri Buen Ritero Sarayının Şahzadələr Zalının IV Filipp üçün ayrılmış zalında nümayiş olunmuşdur. Hal-hazırda həmin seriya Prado muzeyində saxlanılır və nümayiş olunur. == İstinadlar == == Biblioqrafiya == Juan Antonio Gaya Nuño et Tiziana Frati, La obra pictórica de Zurbarán, éditions Planeta, Barcelone, 1988, ISBN 84-320-2866-5 p. 131-132.
Herakl Nyu-Yorkda (film, 1969)
Herakl Nyu-Yorkda (ing. Hercules in New York) — 1969-cu ildə Artur Allan Seydelman tərəfindən çəkilmiş ABŞ filmidir.
Herakl krateri (Ay)
Herkul ― Ayın şimal-şərq hissəsində, Atlas kraterinin qərbində yerləşən bir krater. Soyuq dənizdən cənuba doğru və şərq kənarı boyunca uzanır. Qərbdə tərəfində Bürq krateri, cənubunda isə Uilyams krateri var. Herkulun daxili divarları çoxsaylı terraslara malikdir və kiçik bir müdafiə divarı var. Kraterin döşəməsi keçmişdə lava tərəfindən su altında qaldığından dolayı bir neçə kiçik albedo sahəni özündə cəmləşdirir. Orta zirvəsi yerin altına doğru sıxılıb, kraterin mərkəzi yaxınlığında yalnız kiçik bir təpə qalıb. Peyk krateri Herkul G isə mərkəzin cənubunda yerləşir. Kiçik Herkul E krateri isə Herkulun cənub kənarı boyunca uzanır.
Herakl mağaraları
Herakl mağaraları (ərəb. مغارة هرقل‎) — Mərakeşin Tanca-Titvan regionunda yerləşən mağara. == Təsviri == Karst tipli olan Herakl mağaraları Tanjer şəhərindən 14 kilometr qərbdə yerləşir. Herakl mağarlarının biri quruya, biri dənizə olan 2 çıxışı var. Ehtimal var ki, dənizə olan çıxışı Finikiyalılar yaradıb. Maraqlıdır ki dənizə olan çıxış Afrika qitəsinin formasını xatırladır, ona görə də mağaranın başqa adı "Afrika Mağarası"dı. Təbii yaranan Herakl mağaralarını Berberlər xeyli genişləndirdilər, onlar zeytun yağının istehsalı üçün istifadə edilən dəyirman daşılarını düzəltmək üçün mağaranın divarlarından daşlar götürürdülər == Tarixi == E.ə. 6000-cü il — neolit dövrünün yaşayış məskəni 1878-ci il — mağara yenidən aşkar edildi 1900-cu illər — mağara fahişəxana kimi istifadə olunub 1920-ci il — mağara publika üçün açıldı 1952=ci il — Milli irs obyekti elan edildi 1982-ci il — elektrik fənərlər quraşdırıldı 1995-ci il oktyabrın 23-ü — Britaniyanın Def Leppard rok qrupu mağarada konsert verdi. Həmin gün London və Vankuverdə də çıxış etməklə Def Leppard qrupu bir gün ərzində üç qitədə üç konsert verən dünyanın ilk rok qrupu oldu və Ginnesin Rekordlar Kitabına daxil edildi. 2003-cü il dekabrın 20-si — bir sıra tikinti işlərinin yaratdığı daş sürüşməsindən sonra publika üçün bağlandı 2004-cü il yanvar ayı — mağara yenidənqurma işləri ilə əlaqədar bağlandı 2015-ci il sentyabr ayı — Mərakeş kralı VI Mohamedin 2 illik bərpaedilmə işlərindən sonra yenidən açıldı == Əfsanələr == Maöara uzun müddət "dibsiz" sayılırdı.
Herakl yarımdası
Herakles yarımadası — Krım yarımadasının cənub-qərbində yerləşən, Qara dənizin daxilinə üçbucaq şəklində daxil olan yarımada. Hansı ki, Sevastopol buxtası ilə Balaklav buxtasını ayırlr. Yarımadanın sahəsi 100 km² təşkil edir. Yarəmadanın digər adı Traxeyskidir. XIX əsrdə həm də İrakliyski adı işlədilirdi. Yarımada Xersonesin kənd təsərrüfatı rayonu olmuşdur. Burada üzüm əkilir bağlar salınırdı. Yarımada öz növbəsində daşlı slçaq dağlıq ərazidən ibarətdir. Ən hündür zirvəsi Sapun dağıdır == İstinadlar == == Ədəbiyyat == Гриневецкий С. Р., Зонн И. С., Жильцов С. С. Черноморская энциклопедия. — М.: Международные отношения, 2006.
Herakleopol
Böyük Herakleopol (yun. Μεγάλη Ἡρακλέους πόλις) və ya Herakleopolis (yun. Ἡρακλεόπολις, Herakleópolis) - Qədim Misirdə şəhər. Bu ad yunanların verdikləri addır. Qədim Misirdə şəhər Henen-nesut kimi adlanırdı. == Etimalogiyası == Şəhərin Qədim Misirdə bilinən Henen-nesut, Nen-nesu, Hwt-nen-nesu adları "Firon oğlunun şəhəri" mənasını verir. Sonradan ərə dilinə Ahnās (ərəb. اهناس‎) şəklində keçib. Yunancadan olan Herakleopol ismi isə "Heraklın şəhəri" deməkdir. Onu digər eyni adlı şəhərlərdən fərqləndirmək üçün "böyük" ifadəsindən istifadə olunurdu.
Herakles yarımdası
Herakles yarımadası — Krım yarımadasının cənub-qərbində yerləşən, Qara dənizin daxilinə üçbucaq şəklində daxil olan yarımada. Hansı ki, Sevastopol buxtası ilə Balaklav buxtasını ayırlr. Yarımadanın sahəsi 100 km² təşkil edir. Yarəmadanın digər adı Traxeyskidir. XIX əsrdə həm də İrakliyski adı işlədilirdi. Yarımada Xersonesin kənd təsərrüfatı rayonu olmuşdur. Burada üzüm əkilir bağlar salınırdı. Yarımada öz növbəsində daşlı slçaq dağlıq ərazidən ibarətdir. Ən hündür zirvəsi Sapun dağıdır == İstinadlar == == Ədəbiyyat == Гриневецкий С. Р., Зонн И. С., Жильцов С. С. Черноморская энциклопедия. — М.: Международные отношения, 2006.
Heraklion
İraklion (həmçinin Heraklion, yun. Ηράκλειο, translit. İrakleio) — Yunanıstanın Krit adasının ən böyük şəhər və inzibati mərkəzi, Yunanıstanın ən böyük dördüncü şəhəri. 2011-ci ilin əhali siyahıyaalmasına əsasən şəhərin əhalisi 140.730 nəfər idi. == Tarixi == === Antik era === === Feodal dövrü === === Yeni dövr === === Müasir dövrü === == Coğrafiya == == Şəhərin dənizin dibinə çökməsi == == Arxeoloqların tədqiqatı == Parisdə yerləşən Avropa Sualtı Arxeologiya İnstitutunun təsisçisi Frenk Qoddionun rəhbərlik etdiyi arxeoloqlar qrupu dənizin dibində həmin şəhərin qalıqlarını tapmışlar. Suyun altında qalmış qədim şəhərin qalıqları içərisində məbəd və məbəddə qoyulmuş Yunan allahlarının qədim heykəllərinin qalıqları da aşkar edilmişdir. Qədim Heraklion şəhərinin qalıqları bir təsadüf nəticəsində aşkar edilib. Belə ki, sualtı arxeoloqlar 1798-ci ildə Britaniya hərbiçiləri tərəfindən vurulmuş Napoleonun Hərbi Dəniz Donanmasına məxsus gəminin qalıqlarını dənizin dibindən çıxardarkən şəhərin qalıqlarına rast gəlmişlər. Bu qədim şəhər bir göz qırpımında yoxa çıxmışdır. E.ə.
Heraklit
Efeslí Heraklít (q.yun. Ἡράκλειτος ὁ Ἐφέσιος; təq. e.ə. 535, Efes, Qədim Yunanıstan – təq. e. ə. 470-ci illər, Efes, Qədim Yunanıstan) — qədim yunan filosofu. Onun həyatı haqqında bilgilər çox azdır. O çağdaş Türkiyənin ərazisində yerləşən Efesdən idi. Dərin fikirliyinə görə və ifadəsinin sirrliliyinə görə Qaranlıq təxəllüsü almışdır.
Heraklın övladları
Herakl (yunanca Ἡρακλῆς, latınca Herculēs) qədim yunan mifologiyasında qəhrəman, tanrı Zevsin Alkmenadan olan oğludur. Bəzi mənbələr Heraklın 3 fərqli qadınla münasibəti olduğunu yazır. Heraklın həyat yoldaşı kimi Kreontun qızı Fivan şahzadəsi Meqara göstərilir. Herakl və Meqaranın 2, 4 və ya 8 övladı olub. Əfsanəyə əsasən, Herakl ağlını itirdiyi zaman Meqaradan olan bütün uşaqlarını öldürür, sonra isə Meqeranı İolaya ərə verir. Heraklın digər həyat yoldaşı Kalidon kralının qızı Deyanira olub. Əfsanələrə görə, Heraklın ölümündə Deyaniranın əli var idi. Deyaniradan bir oğlu və bir qızı olub. Oğlunun adı Heraklid (Hill), qızının adı isə Makariya idi. Makariya döyüşlərdən birində qələbə qazanmaq üçün özünü tanrılara qurban verir.
Herald adası
Herald afası — Çukot dənizi ərazisində, Vrangel adasından 70 km şərqdə yerləşir. Ada qranit-gneys suxurundan ibarətdir və yerin təkindən üzə çıxmışdır. Sahəsi 11.3 km² təşkil edir. Ən hündür nöqtəsi dəniz səviyyəsindən 364 metrdir. Ada Vrangel Dövlət Təbiət Qoruğu ərazisinin 0,05% təşkil edir. == İqlim == İqlimi sərtdir. İlin böyük qismi soyuq hava kütləlırinin təsiri dairəsindədir. Yayda Sakit okean istiqamətindən isti və rütubətli hava kütlələri adanın iqliminə təsir göstərir. Əsasən isə Sibirdən quru və isti hava kütlələri gəlir. Qütb gündüzləri — mayın ikinci yarısından iyulun 20-ə qədər, Qütb gecələri isə noyabrın ikinci yarısından yanvarın sonlarına qədər davam edir.
Herald zanbağı
Heraldik zanbaq və ya Fleur-de-lis / fleur-de-lys (fransız dilində fleur "çiçək", lis isə "zanbaq" deməkdir.) — Avropada orta əsrlərdə geniş yayılmış heraldik simvol. Bəzəkli bir dizayn və ya simvol olaraq istifadə olunur. Fransa tarixən katolik bir xalq olduğuna görə Herald zanbağı xüsusən də fransız heraldikasında eyni zamanda, dini, siyasi, sülalə, bədii, emblematik və simvolik oldu. Simvol fransız monarxlar və Fransanın katolik müqəddəslərini təmsil edərək tarix boyu istifadə edilmişdir. Xüsusilə Məryəm və Müqəddəs İosif Fleur-de-lis ilə təsvir edilmişdir. Fleur-de-lis müxtəlifnövlü simvollar blokundakı U + 269C (⚜) Unicode ilə təmsil olunur.
Heşmətabad (Heris)
Heşmətabad (fars. حشمت اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.

Digər lüğətlərdə