HESABİ
HEYBƏTAMİZ
OBASTAN VİKİ
Heybət
Heybət (Qaradağ) — Azərbaycanın Qaradağ rayonunda Şubanı qəsəbə inzibati ərazi vahidində qəsəbə. Heybət-i Süfla (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. ‎Heybət-i Ülya (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Bibi-Heybət
Bibiheybət, Xanlar (1936–1992) — Bakının Səbail rayonunda şəhər tipli qəsəbə. Bakının qədim kəndlərindən biri. == Tarixi == XX əsrin əvvəllərinə qədər Şıx, 1936-cı ildə Xanlar adı verilmiş və qəsəbə statusu almışdır. 1992-ci il 29 aprel tarixində Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının qərarı ilə Bakı şəhəri Səbail rayonu Xanlar qəsəbəsinin adı dəyişdirilərək Bibiheybət qəsəbəsi adlandırılmışdır. Əhalisi əsasən sənaye müəssisələrində və xidmət sahələrində çalışır. Qəsəbə uzun müddət neft hasilatı ilə tanınmışdır. Sosial obyektləri, idman kompleksləri, istirahət zonası, Bibiheybət məscidi var. Səbail Rayon İcra Hakimiyyəti başçısının Bibiheybət Qəsəbə Nümayəndəliyinin 2012-ci ilin yekunlarına həsr olunan yığıncağında Hesabat məruzəsi ilə çıxış edən Bibiheybət qəsəbə icra nümayəndəsi Anar Həsənli bildirmişdir ki, burada hazırda 2200 nəfər əhali yaşayır, 365 nəfər məcburi köçkün məskunlaşmışdır. == Mədəniyyəti == Burada XIII əsrdə tikilmiş Bibiheybət məscidi yerləşir.
Heybət (Qaradağ)
Heybət — Azərbaycanın Qaradağ rayonunda Şubanı qəsəbə inzibati ərazi vahidində qəsəbə. Yaşayış məntəqəsi adını ərazidəki Bibiheybət məscidinin adından almışdır.
Heybət Heybətov
Heybət Atamoğlan oğlu Heybətov və ya Vladimir Pavloviç Zyuvanov — milliyətcə azərbaycanlı olan sovet hərbçisi, general-mayor. == Həyatı == 1898-ci ildə Maştağa qəsəbəsində çoxuşaqlı ailədə anadan olmuşdur. Heybət Heybətov 1912-ci ildə rus-tatar məktəbini, 1916-ci ildə isə üçsinifli Bakı Alekseyev mexanika-inşaat orta məktəbini bitirmişdir. Məktəbi bitirdikdən sonra o faytonçu köməkçisi, Rabinoviçin təkər mazı zavodunda usta işləmişdir. 1918-ci il mart soyqırımı zamanı atasını itirmişdir. 1918-ci il mayından 1920-ci il oktyabrınadək "Abneto" Əmrcan-Biləcəri neftsənaye cəmiyyətində çilingər işləmişdir. 1920-ci ildə Heybət, Zyuvanov soyadlı rus zabiti tərəfindən anasından tərbiyə olunmaq üçün alınmış və sonradan Zyuvanov tərəfindən oğulluğa götürülmüşdür. 1920-ci ilin oktyabr ayında orduya çağırılan gənc Heybət Heybətov nümunəvi əsgər kimi xidmət edir. O, Bakıdakı Birləşmiş Azərbaycan Hərbi Məktəbinə təhsil almağa göndərilir, həmin hərbi məktəbin hərbi dəstəsinin tərkibində Qarabağda daşnaklarla döyüşlərdə iştirak etmişdir. 1922-ci il yanvarın 1-də məktəbi əla qiymətlərlə bitirir.
Heybət Hörmət
Heybət Hörmət(Hörmət Heybət Qüdrət oğlu.) — Azərbaycanın tanınmış teatr və kino aktyoru, rejissoru. Şair-tənqidçi, "Qızıl qələm" mükafatı laureatı, "Ümid press" qəzetinin baş redaktoru. == Həyatı == Heybət Hörmət 1946-cı il dekabr ayının 20-də Şamaxı şəhərində doğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 20 il M. Davudova adına Mingəçevir Dövlət Dram Teatrının aparıcı aktyorlarından olub. Mingəçevir Teatrında işləyə-işləyə 1974-cü ildə Ə. B. Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrına dəvət alıb. Bu teatrda bir neçə obrazlar yaratdıqdan sonra yenidən Mingəçevir teatrına, öz doğma səhnəsinə qayıdıb. (1974-cü ilin sonu). Daha sonra Mədəniyyət Nazirliyinin təyinatı ilə H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərilib. (1989–1995).
Heybət Mehdiyev
Heydət Mehdiyev (azərb. Mehdiyev Heybət Cənnətalı oğlu‎) — Azərbaycanlı alim, ictimai xadim == Həyatı == Heybət Cənnətalı oğlu Mehdiyev 1937-ci ildə Kürdəmir rayonunun Xırdapay kəndində anadan olmuşdur. 1954-cü ildə orta məktəbi bitirmişdir. Həmin il Azərbaycan Tibb İnstitutunun Stomotologiya fakültəsinə daxil olmuş, 1959-cu ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1961-ci ildən Kürdəmir rayon xəstəxanasının poliklinikasında həkim stomotoloq vəzifəsində çalışmışdır. 1968-ci ildə Ali dərəcəli həkim-stomotoloq adına layiq görülmüşdür. H.Mehdiyev 1972-ci ildə tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 22 elmi məqalənin, 4 monoqrafiyanın, 4 kitabın müəllifi olmuşdur. O, 1992-ci ildən respublika “Şəfqət və Sağlamlıq” fondu Kürdəmir rayon şöbəsinin sədri olmuşdur. === Təltif və mükafatları === Müxtəlif vaxtlarda fəxri fərmanlarla, ”Əmək veteranı” medalı, SSRİ Səhiyyə Nazirliyinin “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunmuşdur.
Heybət qəsəbəsi
Heybət (Qaradağ) — Azərbaycanın Qaradağ rayonunda Şubanı qəsəbə inzibati ərazi vahidində qəsəbə. Heybət-i Süfla (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. ‎Heybət-i Ülya (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Hacı Heybət məscidi
Hacı Heybət məscidi (İçərişəhər) — İçərişəhərdə yerləşən və yerli əhəmiyyətli abidə olan məscid. Hacı Heybət məscidi (Fatmayı) — Fatmayıda yerləşən və yerli əhəmiyyətli abidə olan məscid.
Mirzə Heybət Axundzadə
Mirzə Heybət Axundzadə — Azərbaycan şairi Gülüstan ədəbi məclisinin üvlərindən biri, Səkinə Axundzadənin atası. Mirzə Heybət Axundzadə "Fəda" təxəllüsü ilə şeirlər yazan şair olub.
Hacı Heybət məscidi (Fatmayı)
Hacı Heybət məscidi — Abşeron rayonu Fatmayı kəndinin mərkəzində yerləşir. == Tikili == XVII əsrdə Hacı Heybət adlı bir şəxs tərəfindən tikilib. Məscidin sahəsi 236 m²-dir. Məsciddə eyni vaxtda 110 nəfər nəfər namaz qıla bilər. Tikili L hərfi formasına malikdir. Həyətində yardımcı tikililər vardır.
Hacı Heybət məscidi (İçərişəhər)
Hacı Heybət məscidi — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid. Sovet işğalından sonra məsciddə ibadət dayandırılıb. Hazırda yaşayış evi kimi istifadə olunur. == Tarixi == Hicri tarixi ilə 1206-cı ildə (1791-ci il) memаr Hаcı Heybət Əmirəli оğlu tərəfindən tikilmişdir. == Haqqında == Kiçik оlub yаşаyış məhəllələrinin cərgəsinə dахildir. Plаndа dördbucаq şəklindədi. Kvаdrаt fоrmаlı vestibüldən, xidməti оtаqdаn və tахçаlı ibаdət zаlındаn ibаrətdir. Məscidin memаrlıq-kоnstruktiv quruluşu yerli üslublаrın sаrsılmаzlığını qоruyаrаq və оnlаrа sаdiq qаlаrаq dаş qübbələrdən və çаtmа fоrmаlı tаğlаrdаn ibаrətdir. Sаdə ifаdə оlunmuş tаclı giriş və "Qurаn" məzmunlu, eləcə də memаr hаqqındа məlumat verən epiqrаfik yazı məscidin yüksək dəyərini göstərir. İbаdət zаlının interyerində, künclərin birində memаrın və onun həyаt yоldаşının məzаrı yerləşir.
Heybət-i Cahanxanımlı (Biləsuvar)
Heybət-i Cahanxanımlı (fars. هيبت جهان خانملو‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 112 nəfər yaşayır (23 ailə).
Heybət-i Süfla (Germi)
Heybət-i Süfla (fars. هيبت سفلي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 33 nəfər yaşayır (8 ailə).
Heybət-i Ülya (Germi)
Heybət-i Ülya (fars. هيبت عليا‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 38 nəfər yaşayır (8 ailə).
Heybət dəmir yolu stansiyası
Heybət dəmir yolu stansiyası — Bakı şəhərinin Qaradağ rayonunun ərazisində yerləşmiş yolu stansiyası. Azərbaycan Respublikasının Prezidenti 6 iyun 2018-ci il tarixli Sərəncamı ilə ləğv edilmişdir. Buna səbəb Heybət dəmir yolu stansiyasına bitişik hissədə inşa edilmiş Abşeron dəmir yolu stansiyası olmuşdur. Stansiya Meyvəli bazarının yaxınlığında yerləşirdi.
Bibi-Heybət bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Anar Heybətov
Anar Mithət oğlu Heybətov (25 sentyabr 1976, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2017). == Həyatı == Heybətov Anar Mithət oğlu 25 sentyabr 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983-cü ildə Bülbül adına orta ixtisas musiqi məktəbinin 1-ci sinfinə gedib. 1994-cü ildə xalq çalğı alətləri şöbəsinin tar sinfini bitirib. 1995–1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Tələbəlik illərində müxtəlif televiziya verilişlərində iştirak edib. Azər Paşa Nemətovun kursunu bitirib və onun dəvəti ilə Akademik Milli Dram Teatrına gəlib.2001-ci ildən Akademik Milli Dram Teatrında müxtəlif səpgili rollar oynayıb. Səhnədə ilk rolu "Mənim Ərim Dəlidir" tamaşasındakı cangüdən rolu olub. 9 mart 2017-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür. 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Ağaəmi Heybətov
Haşım bəy Heybətbəyov
Haşımbəy Saqib (5 dekabr 1870, Buzovna, Bakı qəzası – 1931, Bakı) — Azərbaycanlı şair, publisist, xeyriyyəçi. == Həyatı == Dövrünün ziyalı, zəkalı şairi, həmçinin sözü mərdanə, üzə kişi kimi deməyə bacaran klassik şairimiz Haşım bəy Saqibin adı heç birdərslikdə, müntəxabatda, ədəbiyyət tarixi ilə bağlı kitablarda yoxdur. Bolşevizmin, "sosializm quruluşu"-nun siyasətini ifşa edən əsərlərin müəllifini heç bir naşir, vəzifəsi xatirinə nəşr edə bilməzdi! 1920-ci ilə qədər Bakıda, o cümlədən Azərbaycanda məşhurlaşan Haşım bəy Saqibin bir çox şeiri, xüsusilə "Kim-kimədir", "Hər kəs öz keyfindədir", Necə ah eyləməyim" şeirləri, növhələri geniş yayılmışdır. Həmin şeir və növhələri yaşlı bakılılar, həmçinin din xadimləri, ruhanilər yaxşı xatırlayır, hətta əzbər bilirlər. Şairin qızı Nuriyyə xanım deyirdi ki, bu şeirlərə görə Haşım bəy Saqibə çoxlu təzyiqlər olmuş, lakin şair öz əqidəsinə sabiq qalmış, zəmanəsinin və xalqın dərdlərinə əsərlərində yer verməkdə davam etmişdir. Haşım bəy Saqib haqda ətraflı məlumatı Azərbaycan teatrı və kinosunun parlaq ulduzlarından biri, Xalq artisti Nəcibə Məlikovada verib. O demişdir ki özümə söz vermişəm ki haçansa gün gələr, mən atamın şeirlərini bir yerə yığar, nəşr və təbliğ edər, bəlkə bununla da böyük, müqtədir söz ustadının ruhunu şad etmiş olaram. Birdə ona inanıram ki, vaxt gələr, dərsliklərin, ədəbiyyat müntəxəbatlarınin, salnaməların nəşri ilə məşğul olacaq müəlliflər haşirlər öz əsərləridə həmişəyaşar, cavidan şairimiz haqda məlumatlar verəcəklər. Haşım bəy Hacı bəy oğlu Heybətbəyov (Saqib) 1870-ci ildə Bakının Buzovna kəndində nufuzlu ruhani, ziyalı və tacir ailəsində doğulmuşdur.
Heybətbəyli (Vərziqan)
Heybətbəyli (fars. هيبت بيگلو‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 130 nəfər yaşayır (28 ailə).
Heybətqulu Məmmədbəyli
Heybətqulu Həbibulla oğlu Məmmədbəyov və ya Heybətqulu bəy Məmmədbəyov (1879, Şağan, Bakı qəzası – 16 dekabr 1937, Şağan) — Azərbaycan Xalq Cümhuriyyətinin dövlət nəzarəti naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü. == Həyatı == Heybətqulu Həbibulla oğlu Məmmədbəyov 1879-cu ildə Bakının Şağan kəndində anadan olub. 1892-ci ildə rus-tatar məktəbində oxumuşdur. 1896-cı ildə təhsilini tamamladıqdan sonra Mixaylovsk məktəbinə daxil olmuşdur. 1902-ci ildə həmin məktəbin mühasib kursunu bitirmişdir. Sonradan o, Şəmsi Əsədullayevin idarəsində 1905-ci ilə qədər müqavilə ilə çalışmışdır. 1905-ci ildə Hacı Zeynalabdin Tağıyevin yanında, 6 aydan sonra isə Miraslanov qardaşlarının kontorunda mühasib olaraq 1917-ci ilə qədər burada çalışmışdır. === Repressiya === Heybətqulu Məmmədbəyov 1923-cü ilin iyun ayında doğulduğu Şağan kəndinə getdi. Heybətqulu Məmmədbəyov 1923-cü ilin iyunun 15-də Azərbaycan Fövqəladə Komissiyası tərəfindən həbs edildi. 1923-cü ilin noyabrına qədər həbsdə saxlanıldıqdan sonra sərbəst buraxıldı.
Heybətqulu Məmmədbəyov
Heybətqulu Həbibulla oğlu Məmmədbəyov və ya Heybətqulu bəy Məmmədbəyov (1879, Şağan, Bakı qəzası – 16 dekabr 1937, Şağan) — Azərbaycan Xalq Cümhuriyyətinin dövlət nəzarəti naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü. == Həyatı == Heybətqulu Həbibulla oğlu Məmmədbəyov 1879-cu ildə Bakının Şağan kəndində anadan olub. 1892-ci ildə rus-tatar məktəbində oxumuşdur. 1896-cı ildə təhsilini tamamladıqdan sonra Mixaylovsk məktəbinə daxil olmuşdur. 1902-ci ildə həmin məktəbin mühasib kursunu bitirmişdir. Sonradan o, Şəmsi Əsədullayevin idarəsində 1905-ci ilə qədər müqavilə ilə çalışmışdır. 1905-ci ildə Hacı Zeynalabdin Tağıyevin yanında, 6 aydan sonra isə Miraslanov qardaşlarının kontorunda mühasib olaraq 1917-ci ilə qədər burada çalışmışdır. === Repressiya === Heybətqulu Məmmədbəyov 1923-cü ilin iyun ayında doğulduğu Şağan kəndinə getdi. Heybətqulu Məmmədbəyov 1923-cü ilin iyunun 15-də Azərbaycan Fövqəladə Komissiyası tərəfindən həbs edildi. 1923-cü ilin noyabrına qədər həbsdə saxlanıldıqdan sonra sərbəst buraxıldı.
Heybətqulu bəy Məmmədbəyli
Heybətqulu Həbibulla oğlu Məmmədbəyov və ya Heybətqulu bəy Məmmədbəyov (1879, Şağan, Bakı qəzası – 16 dekabr 1937, Şağan) — Azərbaycan Xalq Cümhuriyyətinin dövlət nəzarəti naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü. == Həyatı == Heybətqulu Həbibulla oğlu Məmmədbəyov 1879-cu ildə Bakının Şağan kəndində anadan olub. 1892-ci ildə rus-tatar məktəbində oxumuşdur. 1896-cı ildə təhsilini tamamladıqdan sonra Mixaylovsk məktəbinə daxil olmuşdur. 1902-ci ildə həmin məktəbin mühasib kursunu bitirmişdir. Sonradan o, Şəmsi Əsədullayevin idarəsində 1905-ci ilə qədər müqavilə ilə çalışmışdır. 1905-ci ildə Hacı Zeynalabdin Tağıyevin yanında, 6 aydan sonra isə Miraslanov qardaşlarının kontorunda mühasib olaraq 1917-ci ilə qədər burada çalışmışdır. === Repressiya === Heybətqulu Məmmədbəyov 1923-cü ilin iyun ayında doğulduğu Şağan kəndinə getdi. Heybətqulu Məmmədbəyov 1923-cü ilin iyunun 15-də Azərbaycan Fövqəladə Komissiyası tərəfindən həbs edildi. 1923-cü ilin noyabrına qədər həbsdə saxlanıldıqdan sonra sərbəst buraxıldı.
Əşrəf Heybətov
Əşrəf Nəzir oğlu Heybətov (18 fevral 1951, Bakı) — YUNESKO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq "Sülh səfiri", Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, "Dünya xalqları incəsənəti". Azərbaycanın xalq rəssamı (2018), RDA beynəlxalq təşkilatının, YUNESKO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü. 18 fevral 1951-ci ildə Bakıda anadan olmuşdur. 1979-cu ildə Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Azərbaycanın xalq rəssamı, RDA beynəlxalq təşkilatının, YUNESKO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, Almaniyada "Bakı" Mədəniyyət Cəmiyyətinin sədridir. Rusiya Federasiyası Rəssamlıq Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının Əməkdar rəssamıdır. 1991-ci ildən YUNESKO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq "Sülh səfiri", Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, "Dünya xalqları incəsənəti" Beynəlxalq Assosiasiyasının mükafatı laureatıdır. Bundan başqa, Rusiya Federasiyası Rəssamlar İttifaqının və Rusiya Şərqşünaslıq Cəmiyyətinin üzvüdür. "Azərbaycan-Almaniya" Dostluq Cəmiyyəti İdarə Heyətində təmsil olunur. Çingiz Aytmatov adına Beynəlxalq Fondun Avropa ölkələri üzrə Kuratoru, Almaniya Rəssamlar Birliyi, Beynəlxalq PDA ("Platforma, Dialoq, Avrasiya") təşkilatının, Qərbi Avropa Elm və Mədəniyyət Akademiyasının üzvüdür.
Heybətulla Axundzadə
Heybətulla Axundzadə (dəri ھِبت الله اخوندزاده; puşt. ھِبت الله اخوندزاده; təq. 1960, Pənçvaiyə rayonu[d], Əfqanıstan krallığı[d]) — Əfqanıstanın siyasi və dini lideri, Əfqanıstan İslam Əmirliyinin rəhbəri. Axundzadə Talibanla bağlı verdiyi fətvalarla tanınır. O, Əfqanıstan İslam Əmirliyinin şəriət məhkəmələrində islam hakimi vəzifəsində çalışıb. Bir çox Taliban liderlərindən fərqli olaraq, o, hərbçi olmayıb. O, 2016-cı ilin mayında öncəki lider Axtar Mənsurun pilotsuz təyyarənin zərbəsi nəticəsində öldürülməsindən sonra Talibanın lideri seçilib. Əfqanıstan İslam Respublikasının süqutundan sonra Axundzadənin tezliklə yeni yaradılmış Əfqanıstan İslam Əmirliyi üzərində həm dini, həm də siyasi hakimiyyətin ali lideri elan ediləcəyi gözlənilir. == Həyatı == Axundzadə Əfqanıstan Krallığının Qəndəhar vilayətinin Pənçvaiyə rayonunda anadan olub. Puştun olan Axundzadə Nurzai qəbiləsinə mənsubdur.
Heybətulla Hacıəliyev
Heybətulla Hacıəliyev (30 iyun 1991, Dərbənd rayonu, Dağıstan) — Azərbaycanı təmsil edən boksçu. == Karyerası == 2010-cu ildə Heybətulla Hacıəliyev Azərbaycan vətəndaşlığını qəbul elədi və beynəlxalq turnirlərdə Azərbaycanı təmsil elədi. Heybətulla Hacıəliyev 2010-cu ilin iyununda Rusiyada baş tutan Avropa Çempionatında mübarizə apardı. Heybətulla Hacıəliyev turnirin 1/8 final mərhələsində Almaniya nümayəndəsi Denis Maharova 1:10 hesabı ilə məğlub oldu və Avropa Çempionatında mübarizəsini başa vurdu. Daha sonra Heybətulla Hacıəliyev 2011-ci ilin iyununda Ankara şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Heybətulla Hacıəliyev turnirin 1/16 final mərhələsində Latviya nümayəndəsi Arturs Əhmədova 22:12, 1/8 final mərhələsində isə Çexiya nümayəndəsi Zdene Çladeya 20:11 hesabları ilə qalib gəldi və Avropa Çempionatının 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi İsveç nümayəndəsi Antoni Yiğit oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Heybətulla Hacıəliyev rəqibi üzərində 18:14 hesabı ilə qələbə qazandı və Avropa Çempionatının yarım-final mərhələsinə adladı. Finala gedən yolda isə onun rəqibi İrlandiya nümayəndəsi Raymond Moylet oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Heybətulla Hacıəliyev rəqibinə 16:18 hesabı ilə məğlub oldu və Avropa Çempionatını bürünc medalla başa vurdu.

Digər lüğətlərdə