HİL

I
(Lənkəran, Şəki)
bax hel II
II
(Salyan)
topağac oyununda istifadə olunan kiçik taxta. – Hili elə at mətiyə düşsün
III
(Şəki)
kələk
◊ Hil gəlmax – kələk gəlmək. – Olar bir-birinə hil gəlifdi; – İstədi maηa hil gəlsin
HİJMNƏN
HİLBİÇİ
OBASTAN VİKİ
Bizvari hil
Bizvari hil (lat. Amomum subulatum) — bitkilər aləminin zəncəfilçiçəklilər dəstəsinin zəncəfilkimilər fəsiləsinin hil cinsinə aid bitki növü.
Con Hil
Con Hill (ing. John Hill, 1716[…], Piterboro[d], Kembricşir qraflığı[d] – 21 noyabr 1775, London) — ingilis botaniki və yazıçısı. == Botanika üzrə elmi əsərləri == The useful family herbal (1755). Thoughts concerning God and Nature (1755). The British Herbal, (1756–1757). Outlines of a System of vegetable generation (1758). The virtues of honey in preventing many of the worst disorders (1759). The Vegetable System (26 volumes) (1759–1775). The construction of timber from its early growth (1770). Virtues of British herbs (1771).
Hil
Hil — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1800-cü ildə yaradılmışdır. == Toponimikası == Hil oyk., sadə. Qusar r-nunun eyniadlı i.ə.v-də kənd. Qusar maili düzənliyindədir. Bəzi tədqiqatçılara görə, oykonim özündə qədim Qafqaz Albaniyasında yaşamış gel tayfasının adını əks etdirir. XIX əsrdə Hiloba, Tulab, Köçərqaş, Tumalar, Tamuskən, Survanbəy, Xıdırbəy qazmaları, Gileykək, Əttək və s. obaların əraziləri bu kəndə məxsus olmuşdur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 5023 nəfər əhali yaşayır. == Tanınmış şəxsiyyətləri == Kərim Kərimov (riyaziyyatçı) — Qusar rayonunun Hil kəndində tam orta məktəbi professor Kərim Kərimov adını daşıyır.
Hil-hil oyunu
Hil-hil oyunu — Azərbaycanda əsasən uşaq və gənclər arasında geniş yayılmış ən qədim oyunlardan biridir. == Ümumi məlumat == Hazırda unudulub aradan çıxmaqda olan maraqlı oyunlardan biri də hil-hildir. Hil-hil oyunu bəlkə də müqəddəs ocağı yad təsirlərindən, özgələrdən qorumaq üçün icra edilən bir mərasimin qalığı olub, sonradan oyuna çevrilmişdir. Bu barədə dəqiq fikir demək çətindir. Hər halda, oyunu xüsusiyyətləri onun uzaq keşmilərə aid olduğunu göstərir. == Oyunun qaydaları == Bu oyunda üç və daha çox adam iştirak edə bilər. Oyunda kiminsə qələbəsi şərt deyil. Ancaq bu heç də o demək deyildir ki, oyunda hamı bərabər vəziyyətdə olsun. Əksinə, burada oyunçulardan daha çox çeviklik göstərməzsə, o daha çox "işləməli" olacaqdır. Oyun, adətən, yazqabağı və yaz aylarında keçirilir.
Girdə hil
Hil (bitki)
Hil (lat. Amomum) — bitkilər aləminin zəncəfilçiçəklilər dəstəsinin zəncəfilkimilər fəsiləsinə aid bitki cinsi. == Arealı == Vətəni Hindistandır. Ancaq Hindistanla yanaşı, Şri-Lankada, Çində, Afrikada və Amerikada da becərilir. Hilin istifadə edilən əsas hissəsi onun toxumudur. == Botaniki xarakteristikası == Hilin gövdəsinin uzunluğu 4-5 metr, meyvəsinin uzunluğu isə 1-4 santimetrdir. Qabığının rəngi sarımtıl yaşıl, toxumunun rəngi qırmızımtıl-qəhvəyidir. İyi kəskin, dadı yandırıcıdır. Qurudulmuş meyvənin 20-53 %-ni qabığı, 47-80 %-ni toxumu təşkil edir. Hilin toxumları qabığından ayrıldıqdan sonra ətrini tez itirdiyi üçün qabığı ilə bir yerdə yığılır.
Hil rayonu
Qusar rayonu (ləzg. КцIарин кIватIал)— Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Qusar şəhəridir. Böyük Qafqaz dağlarının ətəyində yerləşir. Dünyada Ləzgilərin kompakt yaşadığı ən böyük rayon və eyni zamanda Azərbaycanda sayıca üstünlük təşkil etdiyi yeganə rayon. Ümumi ərazisi 1 542 km² . Əhalinin ümumi sayı 101 687 nəfər. Kəndlərin sayı 92 . Bakı şəhərindən məsafəsi 180 km-dir. == Tarixi == === Rusiya imperiyası ilə müharibə === 1837–1839-cu illərdə Qusarın ərazisində İmam Qazi Muhamməd Xuluqvi və Abrek Əli Hilivi rəhbərliyi ilə Rus çarına qarşı üsyanlar baş verdi.
Napoleon Hil
Napoleon Hil (ing. Napoleon Hill; 26 oktyabr 1883, Vayz[d], Virciniya – 8 noyabr 1970, Cənubi Karolina) — amerikalı yazıçı və müasir fərdi-müvəffəqiyyət nəşr növünün ilk yazıçılarındandır. Ən məşhur əsəri "Düşün və zənginləş" (ing. Think and Grow Rich) bütün zamanların ən çox satılan kitablarından biridir. O, geniş şəkildə müvəffəqiyyət haqqında yazan böyük yazıçılardan biri hesab olunur. Napoleon Hill (26 oktyabr 1883 – 8 noyabr 1970), Amerikalı yazıçı və müasir şəxsi-inkişaf haqqında növün ilk yazıçılarındandır. Ən məşhur əsəri "Think and Grow Rich" (Fikirləş və Zənginləş) bütün dövrlərin ən çox satılan kitablarından biridir. Həyat hekayəsini qeydə alanlara görə Napoleon, Vircinya Vays Kauntinin Paund qəsəbəsində 2 otaqlı bir daxmada kasıb ailədə dünyaya gəlib. Anası Napoleon 10 yaşında ikən vəfat edib, atası iki il sonra yenidən evlənib. 13 yaşında olarkən qəsəbə qəzeti "Mountain Reporter"də məqalə yazmağa başlayır.
Nottinq-Hil
Nottinq-Hil (ing. Notting Hill) — London şəhərinin rayonu. Kosmopolitan olan rayonda hər il Avropanın ən böyük küçə karnavalı olan Nottinq-Hil karnavalı keçirilir. == Tarixi == Rayon Londonun 19-cu əsrdə qərbə genişlənməsinə qədər kənd kimi qalmışdır. 19-cu əsrin əvvəllərində Ledbrok ailəsi memar Tomas Elloma Nottinq-Hili Belqravia kimi nüfuzlu rayona çevirməyi sifariş verdi. == Mədəniyyəti == 1965-ci ildən rayonda hər ilin Avqustu Nottinq-Hil küçə karnavalı keçirilir. Karnaval 1950-ci illərdən yaşayan Karib əsilli əhali tərəfindən təşkil olunur.
Saylent Hil
Silent Hill (yap. サイレントヒル) — Keiichiro Toyama tərəfindən hazırlanan və "Konami" tərəfindən yayımlanan survival horror janrında olan oyun seriyası. İlk epizodu 31 yanvar 1999-cu ildə satışa buraxılmışdır. 2006-cı ildə oyun kinoekranizasiyası çəkilmişdir. Əsasən PlayStation platforması üçün buraxılan oyunun personal kompüter üçün emulyasiyasını da tapmaq mümkündür.
Əsl hil
Ətirli hil
Nottinq Hil karnavalı
Nottinq Hil karnavalı (ing. Notting Hill Carnival) — Böyük Britaniyanın paytaxtı Londonda hər il təşkil olunan əyləncəli mərasim. == Tarixi == Bu karnaval 1964-ci ildən təşkil edilir. Braziliyada keçirilən Rio karnavalından sonra dünyada ən böyük küçə şənliyidir.
Saylent Hil 2
Silent Hill 2 — "Team Silent" tərəfindən hazırlanan və "Konami" tərəfindən buraxılan qorxu oyunu. Oyun 2001-ci ildə PlayStation 2 oyun platformasında, daha sonra isə Windows və Xbox üçün də çıxmışdır. Məşhur oyunlar seriyasından sayca 2-ci olan bu oyunda oyunun baş qəhrəmanı Ceyms adlı şəxsdir. Son vaxtlar o 3 il əvvəl ölmüş arvadından məktublar almağa başlayır. Arvadı onu "Silent Hill" adlı dumanlı şəhərciyə gəlməyini istəyir. Lakin Ceyms şəhərə gəldikdə hər şeyin dəyişdiyini anlayır. Qəribə məxluqlar, qatı duman və itmiş insanlar...
Saylent Hil 3
Silent Hill 3 — "Team Silent" tərəfindən hazırlanmış və "Konami" tərəfindən yayımlanmış 2003-cü il qorxu oyunu. Oyun "Silent Hill 2" kimi böyük uğur qazanmasa da, bir çox gamer tərəfindən müsbət qiymətləndirilmişdir.
Saylent Hil 4
Silent Hill 4: The Room — 2004-cü ildə "Team Silent" tərəfindən hazırlanmış və "Konami" tərəfindən satışa çıxarılmış survival horror janrında olan videooyun. == Məzmun == Bu oyun digər Silent Hill oyunlarından fərqlənir. Ən əsas fərqlərdən biri hadisələrin Silent Hill şəhərində yox, Eşfild şəhərində cərəyan etməsidir. Oyunun baş qəhrəmanı Henri Touşland adlı gəncdir. O, Eşfild şəhərinin cənubunda yerləşən sakit məhəlləyə köçür. Burada 302 nömrəli evdə yaşamağa başlayır. İlk günlər hər şey qaydasında getsə də, bir anda vəziyyət dəyişir. Bir gün Henri yuxudan ayılanda evdə baş verən qəribəliklərdən şübhələnir. Evin bayır qapısı açılmır, onun üzərində qanla yazılmış çölə çıxma! yazısını gördükdən sonra durumun ciddi olduğunu anlayır.
"Hillsboro" faciəsi
== Məzmun == 15 aprel 1989-da 24,000 "Liverpul" azarkeşi bir futbol matçı izləməyə getdi. 96-sı heç vaxt geri qayıtmadı. İngiltərə futbol tarixində yaşanmış ən faciəli hadisələrdən biri də Hillsboro faciəsidir. 15 aprel 1989-cu ildə baş vermiş bu faciədə 96 nəfər azarkeş həlak olmuş, 766 nəfərsə müxtəlif dərəcəli xəsarət almışdır. Hadisə Şeffild qraflığında yerləşən "Hillsboro" stadionunda "Nottinhem Forest" və "Liverpul FK" komandaları arasında keçirilən yarımfinal qarşılaşması zamanı baş vermişdi. Ölkə kuboku uğrunda yarımfinal matçı saat 15.00-a təyin edilmişdi. Oyuna marağın böyük olacağını və turniketlərin buraxılış səviyyəsinin aşağı olduğunu nəzərə alan təşkilatçılar klubun azarkeşlərinə müraciət edərək, stadiona bir qədər tez gəlməyi xahiş etmişdi. Lakin bu çağırış da faciənin qarşısını ala bilməmişdi. Bundan başqa, oyuna 10 dəqiqə qalmış azarkeşlərlə yanaşı stadiona 4 minə yaxın biletsiz tamaşaçı da daxil olmağa cəhd göstərmişdi. Nəticədə turniketlərin qarşısında böyük sayda azarkeş cəmləşmişdi.
Aptek hili
Araz Hilalov
Araz Elburus oğlu Hilalov (1 aprel 1979, Bala Bəhmənli, Füzuli rayonu – 27 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Araz Hilalov 1979-cu il aprelində 1-də Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Araz Hilalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Araz Hilalov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Füzuli rayonunun Bala Bəhmənli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Araz Hilalov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Araz Hilalov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Araz Hilalov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ariana Hilborn
Ariana Hilborn (19 sentyabr 1980, Greendale, Vinkonsin, Amerika Birləşmiş Ştatları) — Latviyalı marafonçu. Ariana Hilborn Latviyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ariana Hilborn birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 50 dəqiqə 51 saniyəyə qət edərək 157 marafonçu sırasında 106-cı yeri tutdu.
Augustin Saint-Hilaire
Oqüsten Sent-İler (fr. Augustin François César Prouvençal de Saint-Hilaire; 4 oktyabr 1779, Orlean – 3 sentyabr 1853, Orlean) — Fransız botaniki və səyyahı. == Nəşr olunmuş əsas əsərləri == Flora Brasiliae Meridionalis (3 cilddə, 1825–1832), Adrien Anri Loran de Jüsse və Jak Kambessede ilə birlikdə. Histoire des plantes les plus remarquables du Brésil et de Paraguay (1824) Plantes usuelles des Brésiliens (1827–1828), Adrien Anri Loran de Jüsse və Jak Kambessede ilə birlikdə.
Benqal hili
Beverli-Hillz
Beverli-Hillz (ing. Beverly Hills) — ABŞ-nin Kaliforniya ștatında șəhər.
Beverli Hills
Beverli-Hillz (ing. Beverly Hills) — ABŞ-nin Kaliforniya ștatında șəhər.
Bidens hildebrandtii
Bidens hildebrandtii (lat. Bidens hildebrandtii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü.
Bidens hillebrandiana
Bidens hillebrandiana (lat. Bidens hillebrandiana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü.
Binqenli Hildeqard
Binqenli Hildeqard ( alm. Hildegard von Bingen‎ ; lat. Hildegardis Bingensis ; təq. 1098 – 17 Sentyabr 1179), həmçinin Müqəddəs Hildeqard və Reyn Sibli – Alman Benediktin başrahibəsi və polimatı idi, yazıçı, bəstəkar, filosof, mistik, peyğəmbər və Yüksək Orta Əsrlərdə tibb yazıçısı və praktiki olaraq fəal. O, müqəddəs monofoniyanın ən tanınmış bəstəkarlarından biri və həm də müasir tarixdə ən çox qeydə alınmış olandır. Alimlər onu Almaniyada elmi təbiət tarixinin banisi hesab edirlər. Hildegardın monastırı onu 1136-cı ildə magistra (Monastr anası) seçdi. 1150-ci ildə Rupertsberg və 1165-ci ildə Eybingen monastırlarını qurdu. Hildegard teoloji, botanika və dərman əsərləri , həmçinin liturgiya üçün məktublar, ilahilər və antifonlar yazdı. O, ilk əsəri Scivias -ın Rupertsberg əlyazmasında şeirlər yazdı və miniatür işıqlandırmalara nəzarət etdi. Hildegardın bütün orta əsrlərdəki hər hansı digər bəstəkardan daha çox sağ qalan mahnıları var və o, həm musiqini, həm də sözləri yazan azsaylı tanınmış bəstəkarlardan biridir.
Brayn Hill (futbolçu)
Brayn Hill (31 İyul 1941 – 27 Oktyabr 2016) — Müdafiəçi kimi çıxış etmiş İngiltərə futbolçusudur. Hill İngiltərə Futbol Liqasında Bristol Siti FK, Torkay Yunayted və Koventri Siti klublarında çıxış etmişdir.
Bruno Hildebrandt
Bruno Hildebrandt (alm. Bruno Hildebrand‎; 6 mart 1812[…] – 29 yanvar 1878[…], Yena, Saksen-Veymar-Eyzenax hersoqluğu[d]) — Almaniya iqtisadçısı və statistiki, Almaniyanın və İsveçrənin bir sıra universitetlərində siyasi iqtisad professoru.. == Həyatı == == Fəaliyyəti == Bruno Hildebrandt(1812–1898-ci illər)-alman iqtisadçısı və statistiki, Almaniyanın və İsveçrənin bir sıra universitetlərində siyasi iqtisad professoru. Əsas əsəri iqtisadi təzahürlərin tarixi tədqiqat metodunu irəli sürdüyü "İndinin və gələcəyin siyasi iqtisadı" əsəridir ki, bu kitab 1848-ci ildə nəşr olunub. 1864-cü ildə Hildebrandtın "Natural təsərrüfat, pul təsərrüfatı və kredit təsərrufatı" əsəri işıq üzü görür, burada o, millətin tarixinin aşağıdakı dövrlərə ayrılmasını göstərir: 1) orta əsrlərin təbii təsərrüfatı (natural təsərrüfat nəzərdə tutulur) 2) pul təsərrüfatı 3) kredit təsərrüfatını o, təsərrüfatın ali tipi hesab edirdi, belə ki, kredit kapitalı olmayan işgüzar adamlara sahibkar olmağa imkan verir. Hildebrandt krediti pulların və kapitalın hökmranlığına son qoymağa və müasir kapitalist dünyasını ədalət əsasında dəyişdirməyə qabil olan qüvvə hesab edirdi. Onun fikrincə, kredit təsərrüfatı pul təsərrüfatının antiporu deyil, yalnız gələcək inkişafıdır. Ona görə Hildebrandtın krediti pulların və kapitalın hökmranlığına son qoymağa, onun müasiri olan kapitalist dünyasını ədalət əsasında dəyişəcəyinə qadir olan hər hansı yaradıcı qüvvə kimi təqdim etməsi əsassızdır.
Budapeşt Hill Qala funikulyoru
Budapeşt Hill Qala funikulyoru və ya Budavári Sikló — Macarıstanın Budapeşt şəhərində yerləşən bir funikulyor. Adam Klark Meydanı və çay səviyyəsindəki Zəncirli körpüsü yuxarıdakı Buda qalası ilə birləşdirir. Xətt 2 mart 1870-ci ildə açılır. Funikulyor 1920-ci ildən bəri bələdiyyə mülkiyyətindədir. İkinci Dünya müharibəsi zamanı tamamən məhv edilir. 4 iyun 1986-cı ildə isə yenidən açılır. Xəttin bir xüsusiyyəti, onu keçən iki piyada körpüsünün olmasıdır. Xəttin açılışında bu piyada körpüləri mövcud olur. Ancaq qala bağının genişləndirildiyi 1900-cü ildə bu körpülər ləğv edilir. 1983-cü ildə orijinal dizaynına əsasən bərpa edilirlər.
Bulbophyllum hildebrandtii
Bulbophyllum hildebrandtii (lat. Bulbophyllum hildebrandtii) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Bulbophyllum hiljeae
Bulbophyllum hiljeae (lat. Bulbophyllum hiljeae) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Bədrəddin Hilali
Bədrəddin Hilali (fars. بدرالدین هلالی‎; 1470, Qorqan – 1529, Herat) — türk əsilli farsdilli şair. O, Herat şəhərində Sultan Hüseyn Bayqaranın ədəbi dairəsinin üzvü olmuşdur və Əlişir Nəvai ilə yaxın idi. == Həyatı == Bədrəddin Hilali 1470-ci ildə Astarabad şəhərində (indiki İranın Gürgan şəhəri) anadan olmuşdur. O, mənşəcə çağataylar türklərindəndir. Hilali gəncliyini Astarabadda keçirmiş, 1491-ci ildə Herata gedərək Sultan Hüseyn Baykaranın ədəbi dairəsinin üzvü olmuşdur. İstedadı və erudisiyası sayəsində ona "kiçik Cami" ləqəbi verilmişdir. Hilali müxtəlif yerlərdə hakimlik etmiş, sonra Herata qayıtmış, burada 1529-cu ildə Şeybani Übeydullah xan tərəfindən kafirlik şübhəsi ilə edam edilmişdir. Müasir alimlərə görə, edamının arxasında dayanan əsas şiəlik ittihamı olmuşdu, baxmayaraq ki, Hilali sünni idi. Ehtimal olunur ki, onun ilk növbədə Səfəvi şahı Təhmasibə yönəlmiş olduğu güman edilən, lakin sonradan Übeydullah xana yönəldiyi aşkara çıxan şeirləri ola bilər.
Bərəkətli Hilal
Bərəkətli hilal (ing. Fertile Crescent) — Orta Şərqdə, Qərb və Orta Şərq sivilizasiyalarının beşiyi sayılan bölgə.Termini ilk dəfə ABŞ şərqşünası və arxeoloq Ceyms Henri Brested istifadə etmişdir. Bərəkətli Hilal, qışları yağışlı, yayları quraq keçən Aralıq dənizi iqliminin suveren olduğu, aypara formasında, olduqca bitək bir sahədən ibarətdir.Cənubda Ərəbistanı çölü ilə şimalda Şərqi Anadolu dağlıq bölgəsi arasında yer alır.Köhnə Babil torpaqları ilə dərhal yaxınındakı Elamdan (bu gün İranın cənub-qərbi) Dəclə və Fərat çayları ilə Assuriyatorpaqlarına qədər uzanır.Zaqros dağlarından, qərbdə Suriya üzərindən Aralıq dənizinə, cənub istiqamətində də Fələstinin cənubuna qədər olan torpaqları əhatə edir.Misirin Nil vadisini də bu bölgə içinə soxanlar vardır; çünki buradakı Sina çölü, Mesopotamiya və Suriyada davamlılığı pozan digər çöllərdən daha böyük deyildir.Bölgədə yaxşı məhsul ala bilmək, hətta əkinçilik edə bilmək üçün suvarma zəruridir.
Cahid Hilaloğlu
Cahid Hilaloğlu (1928, Ağdam, Ağdam qəzası – 30 may 1991, Ağdam) — rejissor. Sovet dövründə milli hərəkatçı, dissident. 1956-cı ildə Sovet hakimiyyətinə etiraz olaraq üçrəngli bayrağı Qız qalasının üzərində qaldırdığına görə, 4 il azadlıqdan məhrum edilmişdir. Aktrisa Naibə Allahverdiyevanın ögey atasıdır. == Həyatı == Cahid Hilal oğlu Şirinov 1928-ci ildə Azərbaycan SSR-in Ağdam şəhərində anadan olmuşdur. Kiçik yaşlarında ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Atası neft mədənlərində işləyir, Cahid isə 13 saylı məktəbdə oxuyurmuş. 1941-ci ilin avqustunda İranın Quzeyini işğal edən Sovet qoşun birləşmələrinə qoşulub valideynlərindən xəbərsiz Arazı keçən 13 yaşlı Cahid iki il Güney Azərbaycanda qaldıqdan və müxtəlif məşəqqətlərlə rastlaşdıqdan sonra yenidən Bakıya qayıdır. 1947-ci ildə Bakıdakı 1 saylı orta məktəbi bitirib Azərbaycan Teatr İnstitutunun rejissorluq fakültəsinə qəbul olunan Cahid Azərbaycanın iki yerə bölünməsilə, illər boyu ananın oğul, bacının qardaş üzünə həsrət qalmasıyla barışmırdı. O, fikirlərini bölüşməyə həmdərd axtarırdı.
Cattleya trianae var. hillii
Cattleya trianae (lat. Cattleya trianae) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin kattleya cinsinə aid bitki növü. 1936-cı ildən Kolumbiyanın milli gülü kimi seçilib. == Sinonimləri == Cattleya bogotensis Linden Cattleya kimballiana L.Linden & Rodigas Cattleya labiata var. ernestii Sander Cattleya labiata subsp. massangeana Rchb.f. Cattleya labiata var. trianae (Linden & Rchb.f.) Regel Cattleya trianae var. alba L.Linden & Rodigas Cattleya trianae f. alba (L.Linden & Rodigas) M.Wolff & O.Gruss Cattleya trianae var.
Con Hill
Con Hill (ing. John Hill, 1716[…], Piterboro[d], Kembricşir qraflığı[d] – 21 noyabr 1775, London) — ingilis botaniki və yazıçısı. == Botanika üzrə elmi əsərləri == The useful family herbal (1755). Thoughts concerning God and Nature (1755). The British Herbal, (1756–1757). Outlines of a System of vegetable generation (1758). The virtues of honey in preventing many of the worst disorders (1759). The Vegetable System (26 volumes) (1759–1775). The construction of timber from its early growth (1770). Virtues of British herbs (1771).
Corc Roy Hill
Corc Roy Hill (ing. George Roy Hill) (20 dekabr 1921, Minneapolis, Minnesota, ABŞ - 27 dekabr 2002, Nyu York, Nyu York, ABŞ) - amerikalı kinorejissor. == Filmoqrafiyası == Rejissor Prodüser The Great Waldo Pepper (1975): Producer The World According to Garp (1982): Producer Ssenari müəllifi The Great Waldo Pepper (1975): Story A Little Romance (1979): Dialogue (uncredited) Aktyor Walk East on Beacon!
Cozef Hild
Cozef Hild-(mac. Hild József, 8 dekabr 1789[…], Peşt[d], Peşt medyesi – 6 mart 1867[…], Peşt[d], Peşt medyesi) macar-alman əsilli memar. XIX əsrdə neoklassik üslubun ən güclü nümayəndələrindən, eləcə də Budapeşt şəhərinin foralaşmasında böyük pay sahibi olan memarlardan biridir. == Həyatı == Cozef Hild 1789-cu ilin dekabr ayının 8-də memar ailəsində anadan olmuşdur. Daha sonra Vyana akademiyasında təhsil almağa başlamış və bu müddət ərzində Esterxazi ailəsi ilə çalışmışdır. Bundan başqa o Çarlz de Murun rəhbərliyi ilə Kismarton və Vyanada müxtəlif layihələrdə işləmişdir. 1811-ci ildə atasının vəfatından sonra Cozef fəaliyyətinə bir müddət fasilə Verdi. Bir müddət sonra isə təhsilini davam etdirmək məqsədilə İtaliyaya yola düşdü. Burada Neapol, Roma, Florensiya və Milan şəhərlərində təhsil aldı. 1820-ci ildə Macarıstana qayıdarkən o ölkənin məşhur memarlarından biri kimi tanınırdı.

Digər lüğətlərdə