HƏZİ

həzi gəlmeg:
(Dərbənd)
xoşu gəlmək. – Bu uşağdan həzim gələdi
HƏZƏRPAŞA
HIÇA
OBASTAN VİKİ
Həzi Aslanov
Həzi Əhəd oğlu Aslanov (22 yanvar (4 fevral) 1910, Lənkəran, Lənkəran qəzası – 25 yanvar 1945, Priekuli volostu[d], Tsesis qəzası[d]) — sovet-Azərbaycan hərbçisi, general-mayor. 2 dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş yeganə azərbaycanlı. 8-ci çağırış Bakı Sovetinin üzvü olub. 1937-ci ildə Ukrayna SSR-ın Obruç şəhər sovetinin deputatı seçilib. İkinci dünya müharibəsinə qədər, Sovet Ordusunda, vzvod komandiri, tank rotasının komandiri, əlahiddə tank batalyonu məktəbinin rəisi, batalyon komandirinin tədris-atıclıq hissə üzrə köməkçisi, batalyon komandiri, 10-cu tank-mühəndis diviziyası komandirinin texniki hissə üzrə köməkçisi hərbi vəzifələrində çalışıb. 1940-cı ilin noyabrında vaxtından əvvəl mayor rütbəsi verilib. 1941-ci ildə Donbas ətrafında düşmən hücumlarını beş ay dəf etdiyindən və onu ağır tələfata uğratdığından sonra Moskvaya çağırılıb və Krıma 55-ci əlahiddə tank briqadasında, briqada komandirinin müavini vəzifəsinə təyin edilib. == Həyatı == === Uşaqlığı və gəncliyi === Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olub. İbtidai təhsilini Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində alıb. 1923-cü ildə atası Əhəd kişi Kərbəla ziyarətində olarkən həlak olub və orada da dəfn edilib.
Həzi Həsənli
Həzi Həsənov
Həzi Həsənov - Laçın rayonunun sosial-iqtisadi həyatının fəal iştirakçısı, İkinci dünya müharibəsi iştirakçısı, kapitan. == Həyatı == Həsənov Həzi Cəfər oğlu 1913-cü ildə Laçın rayonunun Qızılca kəndində anadan olub. İbtidai və səkkizillik təhsil aldıqdan sonra təhsilini davam etdirmək üçün rayon mərkəzinə gəlmiş, tam orta təhsilini burda başa vurmuşdur. 1937-ci ildə Laçın rayonunda komsomol işinə başlayan Həzi Həsənov sonralar rayon komsomol komitəsində şöbə müdiri, katib və II katib vəzifələrinə irəli çəkilmişdir. 1937-ci ildə Qızılca kənd sakini Meyxanım Əkbərova ilə ailə qurmuşdur. Bu ailənin dörd övladı olmuş və onlar da rayonun müxtəlif işlərində çalışmışlar. Həzi Həsənov müharibə başlayarkən rayon komsomol komitəsinin katibi kimi könüllü olaraq cəbhəyə getmişdir. Tiflis şəhərində 6 aylıq zabit kursunu bitirdikdən sonra 416-cı milli atıcı diviziyanın tərkibində Mazdokdan Vyanaya qədər çox şərəfli döyüş yolu keçmişdir. 1946-cı ildə kapitan kimi ehtiyata buraxılmışdır. O, döyüşdə 6 dəfə müxtəlif yaralar almış və ömrünün sonuna kimi II qrup müharibə əlili statusa ilə partiya və digər işlərdə çalışmışdı.
Seymur Həzi
Seymur Həzi (1982, Dünyamalılar, Jdanov rayonu) — Azərbaycan siyasətçisi, jurnalist. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini (2015-ci ildən). 1982-ci ildə Beyləqan rayonunun Dünyamalılar kəndində doğulub. 1999-cu ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil oldu. 2003-cü ildə bakalavr, 2005-ci ildə magistr dərəcəsi aldı. Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturasında təhsil alıb. Seymur Həzi 29 avqust 2014-cu ildə saxlanılmış, 29 yanvar 2015-ci ildə məhkəməsi keçirilmiş və 5 il müddətinə həbs edilmişdir. 29 avqust 2019-cu ildə həbs müddətini başa çatdıraraq azadlığa çıxmışdır. Seymur Həzi 2000-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvüdür. Həmçinin o, partiyanın sədr müavinidir.
Həzi Aslanov (II)
Həzi Arif oğlu Aslanov (1965, Bakı) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə baş İdarəsinin rəisi, polis general-mayoru == Həyatı == Həzi Aslanov 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1986–1988-ci illərdə SSRI Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmət keçmişdir. 1989-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1989-cu ildən Azərbaycan Respublikası Daxili işlər orqanlarında xidmət edir. 1993–2003-cü illərdə Bakı şəhəri Yasamal rayon polis idarəsinin İstintaq şöbəsinin rəisi, 2003–2005-ci illərdə Bakı şəhər Baş Polis İdarəsinin Təşkilati-İnspektor İdarəsinin rəisi vəzifələrində çalışmışdır. 2005-ci ilin sentyabr ayından Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsindədir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2006-cı il tarixli 1546 nömrəli Sərəncam ilə "polis general-mayoru" xüsusi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1 iyun 2008-ci il tarixli 2912 nömrəli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2018-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur. Hüquq elmləri üzrə fəlsəfə doktorudur.
Həzi Aslanov (dəqiqləşdirmə)
Həzi Aslanov — Sovet İttifaqı Qəhrəmanı olmuş azərbaycanlı. Həzi Aslanov (polis) — İnsan Alverinə Qarşı Mübarizə baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov metrostansiyası — Bakıda metrostansiyası. Həzi Aslanov (qəsəbə, Ağstafa) — Ağstafa rayonunun inzibati ərazi vahidində qəsəbə. Həzi Aslanovun heykəli (Bakı, 1949) — Həzi Aslanovun qəbir üstü abidəsi. Həzi Aslanov (qəsəbə, Xətai) — Xətai rayonunda yaşayış massivi.
Həzi Aslanov (polis)

Həzi Aslanov metrostansiyası
Həzi Aslanov metrostansiyası — Bakı metrosunun Qırmızı xəttinin sonuncu stansiyasıdır. 2002-ci ildə istifadəyə verilmişdir. Bu stansiyaya keçid rolunu oynayacaq olan Məhəmməd Hadi stansiyasının tikintisi hal-hazırda davam edir. Stansiyaya daxil olan qatarlarda "Ay işığında" musiqisindən fraqment səslənir. 12 dekabr 2002-ci ildə istismara verilmişdir. Tikintisi Avropa Birliyi tərəfindən maliyyələşdirilmişdir. == Tarixi == Qırmızı xəttin bu günə qədər istifadəyə verilmiş sonuncu stansiyasıdır. Stansiya Azərbaycan xalqının şanlı oğlu, iki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun adını daşıyır. Stansiya iki dəfə açılış tarixi yaşaması ilə də tarixə düşüb. 2002-ci il dekabrın 10-da ilk sərnişinlərini qəbul edən stansiyanın rəsmi açılış mərasimi 2003-cü ilin iyul ayının 7-də keçirildi.
Həzi Aslanov qəsəbəsi
Həzi Aslanov — Sovet İttifaqı Qəhrəmanı olmuş azərbaycanlı. Həzi Aslanov (polis) — İnsan Alverinə Qarşı Mübarizə baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov metrostansiyası — Bakıda metrostansiyası. Həzi Aslanov (qəsəbə, Ağstafa) — Ağstafa rayonunun inzibati ərazi vahidində qəsəbə. Həzi Aslanovun heykəli (Bakı, 1949) — Həzi Aslanovun qəbir üstü abidəsi. Həzi Aslanov (qəsəbə, Xətai) — Xətai rayonunda yaşayış massivi.
General Həzi Aslanov (1945)
== Məzmun == Xüsusi buraxılışdır. Filmdə Azərbaycan xalqının qəhrəman oğlu Həzi Aslanovun dəfn mərasimi, xalqımızın bu igid sərkərdəyə olan dərin məhəbbət və ehtiramı öz əksini tapmışdır. Filmdə onun cənazəsinin təyyarə limanına gətirilməsi, Bakı Zabitlər Evində şəhər ictimaiyyətinin generalla son dəfə vidalaşması, dağüstü parkda dəfn prosesi, izdihamlı mitinq göstərilmişdir. Kinolentdə Həzi Aslanovun cəbhədə vuruşması anlarını canlandıran xronikadan da istifadə edilmişdir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Niyazi Bədəlov Ssenari müəllifi: Niyazi Bədəlov Operator: Seyfulla Bədəlov, Əlibala Ələkbərov == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр.
Həzi Aslanov (Ağstafada qəsəbə)
Həzi Aslanov — Azərbaycan Respublikasının Ağstafa rayonunun Qarayazı qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Meyvə tingliyi sovxozu yanında salınmışdır. Tank qoşunları qvardiya general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun (1910-45) şərəfinə adlandırılmışdır. Memorial toponimdir. == Təhsil == 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 230 000 manat vəsait ayrılmışdır.
Həzi Aslanov (qəsəbə, Ağstafa)

Həzi Aslanov (qəsəbə, Xətai)
Həzi Aslanov — Bakı şəhərinin Xətai rayonunda qəsəbə. Girişdə Həzi Aslanovun heykəli var.
Həzi Aslanovun Ev-Muzeyi
Həzi Aslanovun ev muzeyi — iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general mayoru, Həzi Aslanovun ev-muzeyi. == Muzey binası == 2 otaqdan ibarət olan muzeyin sahəsi 35 kv/m əhatə edir. Muzeyin binası açıq eyvanlı bir mərtəbəli həyət evidir. Geniş yaşıllıqlı həyətyanı sahəsi vardır. Muzey eksponatlarının ümumi sayı 2012 ədəddir. Xatirə əşyalarından generalın hərbi geyimi, yorğança sırıqlı şalvarı, əl dəsmalı, 2 boşqab,, süfrə, fincan, üzqırxan dəsti, bıçaq, qaşıq, məişət əşyaları, hərbi çanta, çaynik, qəndqabı, yağqabı, stolüstü saat,2 ədəd teleqram 1 ədəd məktub, və s. qorunub saxlanılır. H. Aslanovun ev muzeyi 38 ildir ki, fəaliyyət göstərir. Bu illər ərzində muzeyi 650 mindən artıq tamaşaçı ziyarət etmişdir. Muzeyə dünyanın bir çox yerlərindən Amerika, Norvec, Latviya, Kanada, Fransa, Litva, Bolqarıstan, Rusiya, Polşa, Türkiyyə, Kuba, Ukrayna və s.
Həzi Aslanov-2 metrostansiyası
Həzi Aslanov-2 metrostansiyası — Bakı metrosunun ikinci (Yaşıl) xəttində olan stansiyası. Layihə adı — Y-17. "Həzi Aslanov metrostansiyasına" (qırmızı xətt) birbaşa keçidi olacaqdır. XIX əsrin sonu XX əsrin əvvəllərində yaşamış, Azərbaycan romantizminin tanınmış nümayəndələrindən biri, şair Məhəmməd Hadinin şərəfinə adlandırılmışdır. Planda bu stansiyadan tunelin Şah İsmayıl Xətai metrostansiyasına qədər uzadılması planlaşdırılır. Üstəlik Dərnəgül metrostansiyasına qədər 3 yeni stansiyanın tikintisidə planda vardır. Daha sonra 9 stansiyanın tikintisi ilə Yaşıl xəttin dairəvi forma alması təmin ediləcəkdir. == Tikinti == Tikinti işləri 2011-ci ildən aparılır. Ümumilikdə Yaşıl xətdə tikinti işlərini fransız Bouygues Travaux Publics şirkəti aparır. Tikitinin gələcək illərdə bitməsi planlaşdırılır.
General Həzi Aslanov (film, 1945)
== Məzmun == Xüsusi buraxılışdır. Filmdə Azərbaycan xalqının qəhrəman oğlu Həzi Aslanovun dəfn mərasimi, xalqımızın bu igid sərkərdəyə olan dərin məhəbbət və ehtiramı öz əksini tapmışdır. Filmdə onun cənazəsinin təyyarə limanına gətirilməsi, Bakı Zabitlər Evində şəhər ictimaiyyətinin generalla son dəfə vidalaşması, dağüstü parkda dəfn prosesi, izdihamlı mitinq göstərilmişdir. Kinolentdə Həzi Aslanovun cəbhədə vuruşması anlarını canlandıran xronikadan da istifadə edilmişdir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Niyazi Bədəlov Ssenari müəllifi: Niyazi Bədəlov Operator: Seyfulla Bədəlov, Əlibala Ələkbərov == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр.
Həzi Aslanovun heykəli (Bakı, 1949)
Həzi Aslanovun heykəli — 2 dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş yeganə azərbaycanlı general-mayor Həzi Aslanovun xatirəsinə 1949-cu ildə qoyulmuş qəbir üstü abidə. == Abidənin qoyulması == Abidə 1949-cu ildə Həzi Aslanovun qəbrinin üstündə Dağüstü parkda qoyulmuşdur. Abidəni heykəltaraş Fuad Əbdürəhmanov hazırlamışdır. Abidə 2012-ci ildə əsaslı təmir olunub.
Bahadur Həziyev
Bahadur Salam oğlu Həziyev (d.1926) — Əməkdar məşqiçi, SSRİ və Azərbaycan SSR çempionu, Azərbaycan güləşçisi. Bahadur Bahadur oğlu Həziyev (d.1971) — Əməkdar məşqçi, İdman ustası, Azərbaycan çempionu.
Bahadur Həziyev (idmançı)
Bahadur Bahadur oğlu Həziyev (20 yanvar 1971, Qəzyan, Qubadlı rayonu – 14 noyabr 2023) — “Əməkdar məşqçi”, İdman ustası, Azərbaycan çempionu. == Həyatı == Bahadur Həziyev 20 yanvar 1971-ci ildə Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur. Yunan-roma güləşi ilə məşqul olur. İdman ustasıdır. 1988, 1989, 1990, 1991, 1993, 1994, 1997, 1998, 1999, 2001 və 2003-cü illərdə Azərbaycan çempionu olub. 2010-cu ildə “Əməkdar məşqçi” fəxri adı verilib. Qubadlı rayon Uşaq-Gənclər İdman məktəbində məşqiçi-müəllim işləyib.
Hafiz Həziyev
Həziabad
Həziabad — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Komanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Burovar silsiləsinin yamacındadır. Oykonim Həzi (Həzi Aslanov) və abad (kənd) komponentlərindən düzəlib "Həzi kəndi" deməkdir. Memorial toponimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1788 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Xəyal Həziyev
Şeyx Məhəmmədəli Həzin
Şeyx Məhəmmədəli Həzin (1692, İsfahan, -1766) — İran şairi və ensiklopediyaçı-alimi. Şeyx Məhəmmədəli Həzin Hindistanda fars ədəbiyyatının yayılmasında mühüm rol oynamışdı. Dehli şəhərində yaşamışdı. Куллияте Хазин, Лакноу, 1292 с. г. х. (1913); Тарихе Хазин, Исфахан, 1332 с. г. х. (1953); Тазкере-йе Хазин..., 2 изд., Исфахан, 1334 с.
Şəmşir Həziyev
Şəmşir Həziyev — polkovnik-leytenant, Həziyev Şəmşir Bəxtiyar oğlu 1978-ci il fevral ayının 27-də Cəbrayıl rayonunun Xələfli kəndində anadan olub. 1985-ci ildə Cəbrayıl rayonunun Xələfli kənd orta məktəbinə daxil olub, 1993-cü ilə qədər həmin məktəbdə təhsil alıb. 1993-cü ildən 1995-ci illə qədər təhsilini C. Naxcıvanski adına Hərbi Liseydə davam etdirib. 1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olmuş və 1999-cu ildə həmin məktəbi tank taqım komandiri ixtisası üzrə bitirib. 1999-cu il sentyabr ayından 2001-ci il oktyabr ayına qədər 888 saylı hərbi hissədə tank taqım komandiri, 2001-ci ilin oktyabr ayından tarixdən 052 saylı hərbi hissədə ezam olub. Xüsusi Təyinatlı Qüvvələr kursunu bitirdikdən sonra Müdafiə Nazirinin əmrinə əsasən 052 saylı hərbi hissədə 2002-ci ilin noyabr ayından 2003-cü il noyabr ayına qədər qrup komandirinin müavini vəzifəsində, 2003-cü il noyabr ayından 2008-ci ilin iyul ayına qədər qrup komandiri vəzifəsində, 2008-ci ilin iyul ayından Xüsusi Təyinatlı Alayın Əməliyyat Bölmə Rəisinin Baş köməkçisi vəzifəsində, 2014-cü ilin mart ayından 2014-cü ilin dekabr ayınadək kəşfiyyat bölmə rəisinin məlumatların toplanması və analizi üzrə köməkçisi vəzifəsində, 4 dekabr 2014-cü il tarixdən kəşfiyyat bölmə rəisi-kəşfiyyat rəisi vəzifəsinə, xidmət edir. 44 günlük vətən müharibəsində hərbi hissənin kəşfiyyar rəisi kimi Kəlbəcər, Cəbrayıl, Xocavən və Şuşa uğurunda döyüşlərdə aktiv iştirak edib. 7 noyabr 2020-ci il tarixində Şuşa şəhərinin azad olunması zamanı gedən döyüşlərdə ağır yaralanmışam. İki gün yaralı vəxiyyətdə Şuşa şhərində yaralıqaldıqdan sonra 9 noyabr 2020-ci il tarixində təxliyyə olunaraq Fizuli rayonunun Qaradiz qəsəbəsində ilkin tibbi yardım aldıqdan sonra Bakı Mərkəzi hərbi hospitalına təxliyyə olub. Qeyd olunmuş rayonların azad olunmasına görə medalı ilə təltif olunub və eyni zamanda "Qarabağ ordeni" ilədə təltif olub.
Bahadur Həziyev (futbolçu)
Bahadur Həziyev (26 mart 1999, Bakı) – Azərbaycan Premyer Liqasında Şamaxı FK-nun hücumçusu kimi çıxış edən azərbaycanlı futbolçu. == Karyerası == Futbolçu, ilk olaraq, 16 fevral 2020-ci ildə Azərbaycan Premyer Liqasında "Səbail FK"nun heyətində "Qəbələ FK" ilə oyunda debüt edib. 15 dekabr 2022-ci ildə Şamaxı FK futbolçunun klubla yeni iki il yarımlıq müqavilə imzaladığını açıqlamışdır. 7 iyun 2024-cü ildə "Səbail FK" futbolçu Həziyevin "Şamaxı FK" ilə olan icarə müqaviləsinin başa çatdığını və onun ana kluba qayıtdığını elan etmişdir.

Digər lüğətlərdə