İÇİN-İÇİN

zərf
1. Gizlin, heç kəsə hiss etdirmədən; içində, ürəyində, qəlbində.
Fərhad özlüyündə bu sözlərə için-için gülürdü. Ə.Vəliyev.

2. Yanıqlı-yanıqlı, yana-yana, acı-acı.
Ağlar da için-için edər ah: – Bu körpəmə sən şəfa ver, Allah! A.Şaiq.
Həcər isə birdən körpə uşaq kimi için-için hıçqırmağa başladı. S.Rəhimov.

// Ürəyində, başqalarına sezdirmədən, gizli.
Atırvan ordusu pozulmadı və İman qülləsi … düşmənlərə qarşı için-için kin bəslədi… Çəmənzəminli.
[Durna] içiniçin yandığını aydınca hiss etdiyi bu qadındakı səbrə heyrət edirdi. İ.Əfəndiyev.

İÇİMLİK
İÇİRDİLMƏ

Digər lüğətlərdə