1. Sərf edilmək, istifadə edilmək, işlədilib qurtarmaq. Materialların hamısı işləndi.
2. Emal olunmaq, düzəldilmək, hazırlanıb lazımi şəklə salınmaq.
3. Danışıqda, yazıda tətbiq edilmək, istifadə edilmək. Bu söz köhnəlmişdir, indi işlənmir.
– Taqımdan ancaq bir-iki nəfəri sözün belə ikibaşlı işləndiyini anlayıb güldü.
4. Qazılmaq, həkk edilmək, yaxud bəzək vurulmaq; naxışlanmaq.
Divarda müxtəlif əfsanə və macəralar işlənmişdi.
5. Üzərində iş aparılmaq, üzərində işlənib təkmilləşdirilmək, yaxşılaşdırılmaq. Əsər üzərində bir qədər işlənməyi tələb edir.