İkirəngli quşarmudu
İkirəngli quşarmudu (lat. Sorbus discolor) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Vətəni Çindir.
== Botaniki təsviri ==
Hündürlüyü 7 m-ə qədər olan yarpağı tökülən ağacdır. Düz budaqlı gövdəsi və lələkvari bölünmüş, uzunluğu 25 sm olan yarpaqları vardır. Payızda yarpaqları qırmızı rəngdə olur. Çiçəkləri və giləmeyvələri ağ, çəhrayı rənglidir. May-iyun aylarında çiçəkləyir, meyvəsi sentyabr ayında yetişir.
== Ekologiyası ==
Rütubət sevəndir. Torpağa tələbkar deyildir.