İLAN

I. i. (müst.məc.) snake, viper; (böyük) serpent; eynəkli ~ cobra; zəhərli ~ poisonous / venomous snake; İlan vuran ala çatıdan qorxar at. söz. ≅ The scalded dog fears cold water

II. s. snake (attr.), snake’s; ~ zəhəri snake-venom; ~ dərisi / qabığı snakeskin; ~ dişləyi snake bite; ~ yuvası / deşiyi snake pit

İLAXİR
İLAŞIRI
OBASTAN VİKİ
Kərtənkələyəbənzər ilan
Kərtənkələyəbənzər ilan (lat. Malpolon monspessulanus) — Zəhərli ilan növü. == Xüsusiyyətləri == Ümumi uzunluğu 180 sm. Sifəti öndən nisbətən yumrudur. İri ilanlarda qara xətt vardır. Kərtənkələyəbənzər ilan Şimali Afrika, Balkan yarımadasının cənubu, Kiçik Asiya, Cənubi Avropa, Qafqaz, qərbi İran, İsrail, İordaniya və Ərəbistan yarımadasının qərbində yayılmışdışdır. == Həyat tərzi == Arid və quru daşlı yarımsəhralarda yayılır. Onlara daha tez-tez əsasən üzümlüklərdə, pambıq sahələrində və su kanallarının kənarlarında rast gəlinir. Hətta 1100–1500 m yüksəkliyə qədər qalxa bilir. Qışlamadan marın sonu aprelin əvvələri qayıdır.
Ox-ilan
Oxvari qumilanı (lat. Psammophis lineolatus)— suilanıkimilər fəsiləsinin qumluq ilanı cinsinə aid növ. == Qısa təsviri == Bədəni üst tərəfdən zeytuni-boz, qum və ya qonur rəngdədir. Bel sütunun yanları ilə qonur-qəhvəyi və ya boz-qonur rəngli 2 uzununa zolaq keçir. Bədən və başın yanları ilə nisbətən açıq rəngli zolaq uzanır. Bəzi nümayəndələri naxışsız olur. Qarnın ön tərəfi sarımtıl olub, zəif nəzərə çarpan boz, qəhvəyi və ya zeytuni-boz xallara malikdir. Qarnının arxa tərəfi ağdır. Qarın qalxancıqları 168 - 204, quyruqaltı qalxancıqlar isə 71 - 114 ədəddir. == Yayılması == Qazaxıstanın cənub hissəsində və Orta Asiyadan Cənubi Monqolustan, şimaliqərbi Çin, Pakistan, əfqanıstan, İran və qərbdə Cənubi Qafqazda yayılmışdır.
Qonur ilan
Qonur ilan (lat. Coronella) — Suilanıkimilər fəsiləsinə aid cins. Bu cinsə cəmi üç növ daxildir. Onlara Avropa, şimal-qərbi Afrika, cənubi Asiya ərazilərdə rast gəlinir. == Görünüşü == Qonur ilan iri olmayan ilanlar qrupuna daxildir. Ən kiçiyi 1 metr olur. == Həyat tərzi == Əsasən kiçik onurğasızlarla qidalanır. Kərtənkələlərlə qudalanırlar.
Uçan ilan
Uçan ilan (lat. Chrysopelea paradisi) — Asiya torpaqlarında yaşayan Chrysopelea paradisi növünə aid olan ilanlar uçuş prosesi reallaşdırırlar. 20 ilə 40 metrlik bir məsafəni havada qət edirlər. Çikaqo Universitetinin bioloqlarından Jake Sohca Sinqapurdakı bir zooparkda bu cür ilanlar üzərində 6 il davam edən tədqiqat aparıb. Yetkinlərinin uzunluğu 1 metrə çatan bu uçan ilanların havada uça bilmək qabiliyyətlərinin aerodinamikası haqqında əvvəllər heç bir şey bilinmirdi. Quşlardan başqa, sincab siçovul və kərtənkələ kimi bəzi quru canlıların və bəzi balıqların qısa da olsa müəyyən məsafələri uçaraq, yəni havada süzərək yol qət etdikləri bilinir. Bu canlıların uçuşları həqiqətən çox heyrətləndiricidir. Ancaq Chrysopelea ilanının uçuşu daha fərqlidir. Bu uçuşu digər bütün uçuşlardan üstün edən cəhət bu akrobatik ilanın havada süzərkən istifadə edəcəyi qanad, pərdəli pəncə və s. kimi heç bir uzantısının olmamasıdır.
Nazikçiçәk ilan soğanı
Qartal kölgəsində ilan (film, 1978)
Qartal kölgəsində ilan (ing. Snake in the Eagle's Shadow, çincə:蛇形刁手) — 1978-ci ildə çəkilən Ceki Çanın məşhur filmlərindən biridir. == Məzmun == Çin Sin sülaləsi dövrünə. Yetim Çien Fu Kunq Fu ustası və Şaolinin "İlan Zərbəsi" məktəbinin sağ qalan sonuncu nümayəndəsi Pay Çen-Çenyunu xilas edir. "İlan Zərbəsi" məktəbinin bütün nümayəndələri "Pələng caynağı" klanı tərəfindən öldürülürlər. Usta Çienə Kunq Fu öyrətməyə başlayır. Çien bu texnikanı mükəmməl öyrənərək, öz şəxsi stilini yaradır.
İlan
İlanlar (lat. Serpentes) — sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid yarımdəstə. Antarktikadan başqa bütün qitələrdə rast gəlinir. İlanlar elastik çənə quruluşuna sahibdir. Bununla da böyük canlıları uda bilirlər. İlanların çoxu zəhərsizdir. Zəhərsiz ilan növləri ovlarına dolanaraq onları boğur. İlanların zəhərli növləri isə zəhərdən ovlanmaq, yaxud özlərini qorumaq məqsədilə istifadə edirlər. İlanlar həşərat, qurbağa, quş, balıq, kərtənkələ, siçan, yumurta və s ilə qidalanır. Ən uzun zəhərli ilanlar Kral kobralardır.
Gözlüklü ilan
Gözlüklü ilan — Elapidae ailəsinə aid çeşidli ilan növlərinin ortaq adıdır. Əsasən Asiya Avstraliya və Afrikanın çöllərində və tropik bölgələrində yaşayırlar.
İlan (bürc)
İlan (lat. Serpens) — ekvatorial bürc. Ən parlaq ulduzu 2,6 vizual ulduz ölçülüdür. İlandaşıyan bürcü onu baş və quyruq hissələrinə ayırır. Azərbaycanın bütün ərazisindən görünür.
İlan Ana
İlan Ana - türk və altay mifologiyasında ilan ilahə. Çılan (Zılan, Ilan) Ana də deyilir. İlanların törədiyi əfsanəvi varlıq. Çox vaxt dişi olaraq təyin olunur. İlanlara hökm edər. İlan ordusunun başında bir gün dünyanı zəbt edəcəyindən qorxarlar. Ağ İlan olaraq təsir edilir. Yeraltı güclərini təmsil edir. İlan Ananın qarnının qızılı əli ilə sığallayan birinin hər şeyin sirrinə vaqif olacağına inanılar. Zılan (Zilan adıyla) tatarların və paytaxtları Qazanın simvolu olaraq qəbul edilmişdir.
İlan Ata
İlan Mesliye
İlan Mesliye (2 mart 2000, Loryan) — Liqa 2 təmsilçilərindən olan Loryan klubunda qapıçı kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Loryan === Mesliye öz futbolçu karyerasına 6 yaşı olarkən yerli klublarından olan Merlevenez klubunda start vermişdir. Uğurlu çıxışından sonra o, Loryan akademiyasına transfer olmuşdur. 1 fevral 2018-ci ildə Mesliye Loryan klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır. Mesliye peşəkar karyerasında debütünü 14 avqust 2018-ci ildə Valensiennes klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Liqa Kuboku görüşündə Loryan rəqibinə 1–0 hesabı ilə qalib gəlmişdir.
İlan Ramon
İlan Ramon (ivr. ‏אילן רמון‏‎; 20 iyun 1954, Ramat-Qan, Təl-Əviv dairəsi – 1 fevral 2003, Texas) — İsrail Hərbi Hava Qüvvələrində xidmət etmiş pilot, NASA-nın ilk israilli kosmonavtı.
İlan Sultan
İlan Sultan — məşhur İranlı dramaturq Bahram Beyzainin 1965–1966-cı illərdə yazdığı faciə. "İlan Sultan" Beyzainin ən məşhur əsərlərindən biridir.
İlan bürcü
İlan (lat. Serpens) — ekvatorial bürc. Ən parlaq ulduzu 2,6 vizual ulduz ölçülüdür. İlandaşıyan bürcü onu baş və quyruq hissələrinə ayırır. Azərbaycanın bütün ərazisindən görünür.
İlan mağarası
İlan mağarası — Krımdakı Levadki kəndi yaxınlığında, Krım dağlarının Daxili silsiləsinin dik yamacında yerləşən bir mağara. 310 metr uzunluğundakı ətəklərdəki ən gözəl və ikinci (Torosdan sonra) karst mağaralarından biridir. Mağaranın sahəsi 410 m², həcmi 1300 m³-dir. == Tədqiqat == İlan mağarası uzun müddətdir bilinir. Mağara ilk dəfə 1924-cü ildə S. Zabnin tərəfindən təsvir edilmişdir. 1960–1980-ci illərdə məşhur yerli tarixçi və karstoloq V. Duşevski Simferopol Dövlət Universitetinin Coğrafiya fakültəsinin müəllimləri və tələbələri tərəfindən fəal şəkildə öyrənilmişdir. 2000-ci illərdən bəri, Ukrayna Speleologiya və Karstologiya İnstitutunun (Simferopol) əməkdaşları tərəfindən hipogen speleogenez nümunəsi öyrənilmişdir. == Geologiya == Əsas mineral tərkibi: brusit; hidroksilapatit; gips; kalsit; kristobalit; sepiolit; florapatit. Mağara daşlarla üç mərtəbəyə bölünür. Hansı ki, dağətəyi mağaralar üçün bənzərsiz bir hadisədir.
İlan ocağı
İlan ocağı — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Zeyvə kəndində ziyarətgah. Pirin yerində əvvəllər möhrədən tikilmiş bina olmuşdur. Hazırda yenidən bərpa olunmuş və onun yerində səkkizguşəli bina inşa edilmişdir. Hər guşənin bir pəncərəsi var. Binanın tavanı konusvarı günbəzlə örtülmüşdür. Qapı və pəncərə başlıqları yarım dairəvi formadadır. Girişi şərqdəndir. Pirin mərkəzi hissəsində müsəl man dəfn adətlərinə uyğun olan qəbir vardır. Burada kimin dəfn olunduğu bilinmir. Qəbir daşlarında kitabə yoxdur.
İlan rauvolfiyası
İlan rauvolfiyası (lat. Rauvolfia serpentina) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin rauvolfiya cinsinə aid bitki növü.
İlan ulduzu
İlan ulduzu (Asterozoa) — dəstəsindan bir Dərisitikanlı növü.
İlan zəhəri
İlan zəhəri — bəzi ilanların tüpürcək vəzilərinin zəhərli ifrazatı. İlan zəhəri rəngsiz, sarımtıl, yaxud yaşıla bənzər duru mayedir. İlan zəhəri müalicə əhəmiyyətlidir. İlan zəhərini qurudulmuş halda 23-ilə qədər saxlamaq olur. Zəhərli ilanlar mühafizə olunur. Abşeron yarımadası Şahidli burnunda 3 min gürzə saxlanan qoruq var. Azərbaycanda 23 ilan növü mövcuddur. İlanlar, siçan, ilbiz, həşərat, quş yumurtası və s. ilə qidalanır.
Ayaqlı ilan fosili
Ayaqlı ilan fosili — 2000-ci ildə Livanda, al-Nammourada tapılmışdır. == Tarix == Miladdan əvvəl 92-ci ilə, təbaşir dövrünə aiddir. Adı fransız naturalist Didier Descouens-in şərəfinə adlandırılmışdır. Paris Təbiət Tarixi Muzeyində, Fransada saxlanılır. İkinci dəfə 2008-ci ildə araşdırılmışdır. == Xarakteristika == Uzunluğu 85 santimetrdir. Təbaşir dövrünün ikinci yarısında yaşamış olan bu ilan növü Eupodophis sahib olduğu üzvləri ilə məşhurdur. Onsuz da ilanların, üzvlərinin təkamül müddəti ərzində inkişafdan qalaraq təkamülləşmiş sürünənlər olduğu məlumdur, Eupodophis isə bunu dəqiq şəkildə təsdiq edənm "ara keçid növüdür". Aralıq dənizində yaşamış olduğu hesab edilən bu növ 2 ədəd tam inkişafdan qalmamış ön ayağa malikdir. Qabırğa və onurğalarındaki, digər sürünənlərlə müqayisədə daha qalın sümüklər növün su həyatına adaptasiya olduğunu göstərir.
İlan-qurbağa ev
İlan-qurbağa ev — Gəncə şəhərində qeyri-adi bir ev. Ona görə adlandırıblar ki, vaxtı ilə bu evin eyvanında ilan, qurbağa, əjdaha kimi heykəllər olub. Girəcəyi məscidə bənzəyən bu evin eyvanında hələ də müxtəlif heykəllər var. Ev sahibi Səmayə Babayeva heykəlləri düzəltməyə 1990-cı illərdən başlayıb. Ancaq indi onların sayı əvvəlkindən azdır. Heykəllərdən bir çoxunun rəngi solduğundan onlar ev sahibi tərəfindən eyvandan götürülüb. Səmayə xanım ixtisasca heykəltaraş deyil. O, yalnız istedadı və həvəsi sayəsində bu heykəlləri yaradıb.
İlan adası döyüşü
İlan adası döyüşü (ukr. Атака на острів Зміїний) - Rusiyanın Ukraynanı istila etməsinin ilk günündə Rusiya Silahlı Qüvvələri ilə Ukrayna Silahlı Qüvvələri arasında Qara dənizdə yerləşən Zmeynıy adasında baş vermiş döyüş. == Arxa plan == Qara dənizdə yerləşən və Ukraynaya mənsub olan İlan adası inzibati cəhətdən Odessa vilayətinin Kiliyski rayonu ərazisində yerləşir. Rumıniyanın su sərhədlərinə yaxın ərazidə yerləşən ada uzun müddət Rumıniya və Ukrayna arasında fikir ayrılığına səbəb olmuş və tərəflərdən hər biri adanın özünə aid olduğunu elan etmişdir. Adanı əhatə edən ərazi suları 2004-cü ildən 2009-cu ilə qədər Rumıniya və Ukrayna tərəfindən növbəti dəfə mübahisələndirilmiş, o zaman Beynəlxalq Ədalət Məhkəməsi adanı əhatə edən suların Rumıniyaya verilməsi ilə bağlı qərar çıxarmışdır. Ukrayna 2007-ci ildə İlan adasının yaşayış üçün əlverişli ada statusunu sübut etmək və mübahisədə əlini gücləndirmək üçün adanın yeganə yaşayış məntəqəsi olan Beloe qəsəbəsini salmışdır. Adada yerləşən Beloe qəsəbəsi rəsmi statusa malikdir və burada poçt, muzey və ayrıca bank fəaliyyət göstərir. 2007-ci ildə adada provaslav kilsəsinin tikintisi planlaşdırılmışdır. 2021-ci ilin avqustunda Ukrayna ətrafında Rusiya qüvvələri cəmləşdiyi bir vaxtda Ukrayna prezidenti Vladimir Zelenski adada mətbuat konfransı keçirdi və o, dedi: Bu ada, bütün ərazimiz kimi, Ukrayna torpağıdır və biz onu müdafiə edəcəyik. bütün gücümüzlə.
Şoviss ilan soğanı
Hündürlüyü 10–15 (20) sm olan, bitkidir. Soğanağı yumurtaşəkilli olub, tünd-boz rəngli qını vardır. == Yarpaq == Yarpaqları ensiz xətvaridir, asılı haldadır, üst tərəfdən novşəkillidir və gövdədən uzundur. == Çiçək == Salxımı sıxdır, uzunsovyumurtaşəkillidir, uzunluğu 4 sm-ə qədərdir. Çiçək saplağı çiçəklərdən qısadır. Çiçək yanlığı yumurtaşəkilli-bardağaoxşar olub, uzunluğu 5 mm-ə qədərdir, açıq-göy, mavi, nadir hallarda ağımtıl rəngdədir;çiçəkyanlığının dişcikləri dəyirmi-üçbucaqlıdır, bükülmüşdür və ağ rəngdədir. Bar verməyən çiçəkləri çoxsaylı deyidir, bar verənlərə nisbətən daha açıq çalarlıdır. == Çiçəkləməsi == (Aprel) May-İyun == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, KQ şimal, KQ mərkəzi, KQ cənub, Nax. dağ., Nax. düz.
Bar-İlan adına Universitet
Bar-İlan adına Universitet (BIU, ivr. ‏אוניברסיטת בר-אילן‏‎) — Ramat-Qanda, İsraildə universitet. 1955-ci ildə yaradılıb və dini sionizm hərəkatının lideri Meir Bar-İlanın şərəfinə adlandırılıb. Universitet dini yəhudi təhsil ilə adi ali təhsili birləşdirmək üçün yaradılıb. == Fakültələr == İudaika Hüquq İctimai elmlər Humanitar elmlər Dəqiq elmlər Biologiya Universitetdə pedaqogika, sosial işçilər, biznes və mühəndis məktəbləri vardır. Universitet tərkibində həmçinin fizika, tibbi kimya, riyaziyyat, beyin tədqiqatları, psixloji tədqiqat, iqtisadiyyat, musiqişünaslıq, arxeologiya, yəhudi hüququ (Qalaxa) və nanotexnologiya elmi-tədqiqat institutları vardır.
Konusgövdə ilankölgəsi
Konusgövdə ilankölgəsi (lat. Ferula narthex) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin i̇lankölgəsi cinsinə aid bitki növü.
Kor ilanlar
Kor ilanlar (fəsilə) (lat. Typhlopidae) — İlanlara aid fəsilə. == Görünüşləri == Kiçik ölçüyə malik olaraq (760 mm), yumurlanmış quyruğa malik olurlar. Pulcuqları çox hamar olur. Kiçik ağıza malik olurlar. Kiçik gözə görünməz dişləri vardır. == Müştərək həyat == Bayquşlar bütün ilanlar kimi kor ilanları ovlayaraq yuxasına gətirirlər. Burada bayquşlar korilanlarla bacara bilməyərək müştərək yaşayırlar. Korilanlar yuvaya dazil olan Cücülərlə qidalanaraq quş balaları iıə müştərək yaşayırlar.
Krılov ilankölgəsi
Krılov ilankölgəsi (lat. Ferula krylovii) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin i̇lankölgəsi cinsinə aid bitki növü.
Kəkilli ilanyeyən
Kəkilli ilanyeyən (lat. Spilornis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Kərtənkələyəbənzər ilanlar
Kərtənkələyəbənzər ilanlar (lat. Malpolon) — Lamprophiidae sinfinə aid ilan cinsi. Bədəninin uzunluğu 180 sm təşkil edir. Cins iki növə bölünür: Malpolon insignitus Malpolon monspessulanus — Kərtənkələyəbənzər ilan Malpolon insignitus Şimali Afrika, Yaxın Şərq, Cənubi Qafqaz və Rusiyanın cənub hissəsində yayılmışdır. Malpolon cinsinə əvvəllər Şimali Afrika və Ərəbistan yarımadasında yayılan Ərəb kərtənkələyəbənzər ilanı (Rhagerhis moilensis), Rhagerhis cinsinə daxil edilmişdir.
Moldaviya ilanbaşı
Müxtəlifyarpaq ilanbaşı
Müxtəlifyarpaq ilanbaşı (lat. Dracocephalum heterophyllum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin i̇lanbaşı cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Ruyschiana heterophylla (Benth.) House == Yarımnövləri == Dracocephalum heterophyllum subsp. heterophyllum Dracocephalum heterophyllum subsp.
Pisiyli ilankölgəsi
Pisiyli ilankölgəsi (lat. Ferula foetida) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin i̇lankölgəsi cinsinə aid bitki növü.
Pişik ilanlar
Pişik ilanlar (lat. Telescopus) — Suilanıkimilər fəsiləsinə aid ilan cinsi. Bədəninin uzunluğu 80–180 sm-dir. Kiçik sürünənlər və quşlarla, əsasən kərtənkələlərlə qidalanır. Zəhərli ilanlar qrupuna aiddir. Şikarını zəhəri ilə zərərsizləşdirir. Bəzi növlərinin zəhəri insan üçün təhlükəlidir. Əsasən Afrika, Avropa və Asiya ərazilərində yayılmışdır.
Qafqaz ilankölgəsi
Qafqaz ilankölgəsi (lat. Ferula caucasica) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin i̇lankölgəsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna göre növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, prioritet növüdür. Regional IUCN Statusu: VU D2. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir, gövdənin boyu 50 sm-dir. Kökətrafı yarpaqları enli-rombvaridir, üçərbölümlüdür, son ayaları bölünmüş iti dişciklidir, uzunluğu 2 sm-dir. Ləçəkləri sarı, uzunsov-yumurtavaridir, çılpaqdır, uzunluğu 2,5 mm-ə yaxındır. Kənarları qanadlı olan meyvələri nisbətən nazikdir. Mərkəzi çətir qısasaplaqlı, 4-9 şüalıdır.
Qumluq ilanı
Qumluq ilanı (lat. Psammophis) — Suilanıkimilər fəsiləsindən ilan cinsi.
Qəşəng ilansoğanı
Erməni ilansoğanı (lat. Muscari armeniacum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin i̇lansoğanı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir, prioritet endemik növüdür. Regional İUCN Statusu-NT. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaqları xırda, 1 sm diametrində, tutqun pulcuqlu, yumurtavaridir. Gövdə tək, 10 sm hündürlükdə, yarpaqlar 2-3, bəzən 4, xətvari, 3-5 mm enindədir. Salxım qısa, orta uzunluqda (1,5) sm, yumurtavari, çox və az dərəcədə sıxdır. Meyvəverən çiçəklərin saplağı qısa, 2 dəfə çiçəkyanlığından qısadır. Çiçəkyanlığı 3-4 mm uzunluğunda, parlaq-mavi və ya tünd-göy rənglidir. Erkəkcik aydın olmayan ikisıralıdır, qısa, uzunsov-oval tozcuqludur.
Ruyş ilanbaşı
Ruyş ilanbaşı — (lat. Dracocephalum ruyschiana) == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Gövdəsi bir və ya bir neçə, nazik, sadə və ya budaqlı, hündürlüyü 20–45 sm, qısatüklü və ya demək olar ki çılpaqdır. Yarpaqları oturaq, xətti-lansetvari və ya xəttvari, üstdən tünd yaşıl, altdan daha açıq rəngdədir. Köbələri azçiçəklidir, gövdənin təpəsində uzunsov başcıqlı çiçəkbirliyi şəklində yığılmışdır, çiçəkləri demək olar ki, oturaqdır. Kasacıqları 7–12 mm, qısatüklü, çox vaxt bənövşəyidir. Tacı 2–2,5 sm, əlvan bənövşəyi və ya bənövşəyi-göy rəngdə, xaricdən qısa tüklüdür. Toxumcaları 3 mm uzunluqda, hamar yumurtavari, küt üçtinli, demək olar ki, qara rəngdədir. == Yayılması == BQ Quba sahəsinin rayonlarında orta dağ qurşağından yuxarı dağ qurşağına kimi yayılmışdır. Dağ çəmənlərində bitir.
Soviç ilankölgəsi
Soviç ilankölgəsi (lat. Ferula szowitziana) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin i̇lankölgəsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1abc (ii,iii,iv). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik bitkidir.Bitkinin hündürlüyü 50 sm-dir. Kökətrafı yarpaqları üçküncdür, üçər bölümlüdür, son ayları lansetvari və ya ovalvaridir, 15 mm uzunluğundadır. Ləçəkləri uzunsovdur, kənardakılar tükcüklüdür, uzunluğu 1,5 mm-dir. Meyvələrinin kənarları enli qanadlıdır, diametri yarımmeyvə ilə bərabərdir. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə may-iyun, meyvəvermə iyul ayına təsadüf edir. Aşağı dağ qurşaqlarında, gilli-gipisli və quru, daşlı dərələrdə rast gəlinir.
Xəzər ilanbalığı
Xəzər minoqası (lat. Caspiomyzon wagneri) — ən qədim balıq növlərindən biri hesab olunur. Çoxları onu suilanı ilə qarışdırırlar. Lakin diqqətlə baxdıqda onda bel və quyruq üzgəclərinin olduğunu görmək olar. == Morfoloji əlamətləri == Bədəni uzunsov, girdə və pulcuqsuzdur.Başının geri hissəsində, bədənin yanlarında 7 ədəd qəlsəmə dəlikləri var. Cüt döş, qarın və anal üzgəclər yoxdur. Ancaq iki ədəd bel və bir quyruq üzgəcləri vardır. Ağzı girdə, sorucu qıf şəklindədir, kənarlarında nazik dəri bığcıqları olur. Ağızın içində, dodaqların və dilin üzərində çoxlu miqdarda xırda qərni dişlər yerləşmişdir. Üst çənə lövhəciyində 1, alt çənə lövhəciyində 5, bəzən 4-6 küt diş olur.
Yatağan ilanlar
Yatağ ilanlar, və ya Qum yatağan ilanları (lat. Eryx) – Yatağanlar fəsiləsinə aid ilan cinsi. == Xüsusiyyətləri == Bu cinsə daxil olan ilan növlərinin yalnız az qismi qumda yuva qururlar. Digər qismi isə gilli, çınqıllı və daşlıq ərazilərdə yuva qurur. Bədəni silindirik formaya malik olur və əzələ sistemi yaxşı inkişaf etmişdir. Quyruğu isə çox qısadır. Gözləri xırda olub yuxarı istiqamətlənmiş formadadır. Ön dişləri arxa dişlərinə nisbətən uzundur. Onlar əsasən öz ovunu əzələli bədəni ilə sıxaraq öldürürlər. Əsasən kərtənkələlərlə qidalanırlar.
Yumurtavari ilankölgəsi
Yumurtavari ilankölgəsi (lat. Ferula oopoda) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin i̇lankölgəsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir – CR B2ab (ii, iii,); C2a. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik monokarp bitkidir, hündürlüyü 1 m-ə yaxındır. Gövdəsi düzdür, qalındır, yuxarı hissəsində budaqlar bərabər ölçüdədir. Gövdə yarpaqlarının qınları dərivaridir, çılpaqdır, üfürülmüş kimidir, ucu bərkdir. Yarpaq ayaları xətvaridir. Kökətrafı yarpaqlarının son ayaları rombvaridir, çox sayda yarılmış lələklidir, qalın-xətvaridir, uzunluğu 2-4 sm, eni 1,5-2 mm-dir. Gövdə yarpaqları çox kiçikdir, çox şişikin, ağtəhər, dərivari qınlıdır.
Yuxarı İlanqara (Maku)
Yuxarı İlanqara (fars. ايلان قره علي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 55 nəfər yaşayır (11 ailə).
Zınqırovlu ilanlar
Çökükbaşlar, çökükbaş ilanlar (lat. Crotalinae) və ya zınqırovlu ilanlar (lat. Crotalidae) — gürzələr fəsiləsinə aid ilan yarımfəsiləsi. Burun dəlikləri ilə gözü arasındakı üz çuxurunda yerləşən sinir uçları vasitəsilə hava temperaturunun ən zəif (0,1°S-dən) dəyişilməsini hiss edir, ovunu yaxşı duyur. Müxtəlif onurğalılarla, əsasən, məməlilərlə qidalanır. Tropik meşə və səhralarda, bəzi növləri dağlarda yaşayır. Əksəriyyəti yumurtadiridoğandır. Şimali Amerikada yaşayan Crotalus və Sistrurus cinslərinin quyruğunun uçunda zınqırov var (adı da buradandır). Quyruğunun uc seqmentləri bir-birinə toxunduqda zınqırov səsinə bənzər səs çıxarır. Asiyada, Şimali və Cənubi Amerikada 6 cinsi, 120-dən çox növü yayılmışdır.

Digər lüğətlərdə