Fil İli
Fil İli (Ərəbcə: عام الفيل, Amm'ul- Fil) — İslam tarixində, təxminən miladi 570-ci ildə yaşandığı, hadisə ilə bağlı verilən addır. Məhəmməd peyğəmbər 571-ci ildə bu hadisədən çox qısa müddət sonra doğulmuşdu.
570-ci ildə bu ad Həbəşistandakı Aksum krallığına bağlı Əbrəhə adlı bir Xristiyan əmirin, Kəbəni yıxmaq məqsədi ilə qurduğu ordusundakı əsas başçı olan döyüşçü filin az qala çökərək hərəkət etməməsi və digər fillərin də ayağı üstünə çökməsi, eləcədə Əbabil quşlarının ordunu məhv etməsi ilə əlaqədar olaraq qoyulmuşdu. Baş verən bu hadisəyə "Fil hadisəsi" adı verilmişdir.
Fil hadisəsi haqqında Quranda Fil surəsi yer almaqdadır. Fil hadisəsi ilə əlaqədar tarixi mənbələrdə bilinən məlumat verilməyib.
Yazaçı Turan Dursun bu hadisənin bir büdpərəst əfsanəsi olduğunu iddia etmişdir.
Yaşar Nuri Öztürk,"Qurandakı İslam" adlı kitabında , Əbrəhə ordusunu həlak edən siccin daşlarının, Əbabil quşları tərəfindən bu orduya bulaşdırılan vəba mikrobları olduğunun iddia etmişdir. Yəni Əbabil quşlarının Əbrəhə ordusunun üstünə buraxdığı siccin daşları, onların bədənlərinə hər hansı fiziki yara açmadığı sadəcə olaraq orduda vəba epidemiyasının yayılması və bu səbəbdən tələf olduğunu iddiasını irəli sürmüşdü.
Əbrəhə ordusundakı çiçək xəstəliyinin epidemiyası ortaya çıxdığını və bu səbəbdən Kəbəyə çatmadan ordunun geri dönmək məcburiyyətində olduğunu iddia edən tarixçilər də var.