İNANDIRMAQ

f. İnanmasına nail olmaq, inanmasına çalışmaq, birində bir şey haqqında inam yaratmaq; qane etmək. Haqlı olduğuna inandırmaq. Vəziyyətin düzələcəyinə inandırmaq.
– Füzuli, eşqə mühlik derdim, ol məhvəş inanmazdı; Bihəmdüllah ki, can vermək təriqilə inandırdım. Füzuli.
Mən məzarında şəm yandırıram; Yarımın ruhunu inandırıram. S.Ə.Şirvani.
Arvad məni inandırır ki, bir çox ac itlər və heyvanlar öz rizqlərini zibildə tapırlar, onları doydurmaq da savabdır. C.Məmmədquluzadə.

İNANDIRMA
İNANIQLI

Digər lüğətlərdə

гага́ры донкихо́товский обслюни́ть рыжеу́сый сколоти́ть стали́ровать энкла́в безно́сый возгла́вить гору́шка добрива́ться задво́рки изломи́ться карати́сткий дрега опашень -idae confessional elephant seal Marxism multiplexer price support vesting микролитражный услаждаться