İNİLDƏMƏK

f.
1. Bərk ağrı, əziyyət, ruhi iztirab və s. nəticəsində yavaşca, ağlar kimi həzin səs çıxarmaq; zarımaq, sızıldamaq. Yaralı inildəyir.
– Yatır, inildəyir, durub boylanır; Bir neçə yerindən yaralı gördüm. Aşıq Ələsgər.
Bir əllərimi al-qırmızı boyayan qana, bir də otlar üstündə inildəyəinildəyə (z.) sürünən o kiçik heyvana baxdım. A.Şaiq.

2. məc. Məruz qaldığı bir hadisənin və ya vəziyyətin ağırlığından sızıldayıb şikayətlənmək; ruhdan düşmək, bədbinlik göstərmək.
…Rüstəm həmişə əllərinə güvənmiş və inildəməmişdi. S.Rəhimov.

3. məc. Həzin, yanıqlı musiqi, nəğmə səsi haqqında; ümumiyyətlə, insanda hüzn və kədər oyadan səs haqqında. Kaman inildəyir.
// Yazıq-yazıq mələmək.
Dağda maral xoş mələr; Xoş inildər, xoş mələr; Sənsiz bir ah çəkərəm; Dağ inildər, daş mələr. (Bayatı).
[Dərviş:] Könlüm yaralı maral kimi inildəyirdi. A.Divanbəyoğlu.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İNİLDƏMƏK İNİLDƏMƏK (ağrıdan, əziyyətdən həzin səs çıxarmaq) [Safo] inildəyir, gözlərini yerin altından bacaya dikir
  • İNİLDƏMƏK zarımaq — sızıldamaq
İNİLDƏMƏ
İNİLDƏŞMƏ

Digər lüğətlərdə

двухколе́йка костопра́в наря́д ненави́стнический ни́зменно обкорми́ть парообразова́ние пасси́вно прегру́стно шёлкомота́льный доро́же забо́рный обо́йщик перелиста́ть распашо́ночка реша́ющий экстраги́роваться analects lie to listenable nazy O rocking сарыч слониха