1. Həcmcə, ölçücə, cüssəcə böyümək, yekələşmək. Meyvələr irilənib. Ağaclar irilənib.
2. Böyümək, boya-başa çatmaq. Uşaq daha irilənib.
– [Ağanın] başı üçün, o irilənəndə qoymaz ki, bu dünyada bir canlı-cinli də yel olub Soltan ağanın yanından belə ötsün.
3. məc. Geniş açılmaq (göz haqqında).
Məşədinin alışan balaca gözləri irilənib pərpər çaldı.
Sultanın iri gözləri elə bil bir az da iriləndi.