İSAQ

“İshaq” (bax) adındandır.
İSAK
İSAMALI
OBASTAN VİKİ
İsaq
İsaq — ad. İsaq Məmmədov — tarix elmləri doktoru, professor İsaq Opoku — Qananı təmsil edən stolüstü tennisçi. İsaq Əmənullayev — Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Təxəllüs İradə İsaq — elmi işçi, ANS TV-nin aparıcısı.
İradə İsaq
İradə İsaq (İradə Muradova; 1 sentyabr 1980, Bakı şəhəri, Azərbaycan SSR) — elmi işçi, ANS TV-nin aparıcısı. == Həyatı == İradə İsaq (Muradova) 1 sentyabr 1980-ci ildə Bakı şəhərində anadan olub. Əslən Tərtər rayonundandır. Aparıcı qədim türk tayfalarından olan Bayandur tayfasındandır. 1918-ci ildə erməni-müsəlman münaqişəsi zəminində Laçın rayonunun Bayandur kəndi bütün kənd sakinləri ilə birgə Tərtər rayonuna deportasiya edilib və aparıcının orada yaşayan babası İsaq Ağa oğlu Muradov ailəsi ilə birgə həmin rayona köçmək məcburiyyətində qalmışdır. 1985–1996-cı illərdə Yasamal rayonundakı 31 saylı tam orta məktəbdə orta təhsilini alıb. 1998–2003-cü illərdə Bakı Dövlət Universitetində Jurnalistika fakültəsinin bakalavrı, 2003–2005-ci illərdə isə magistri olub. 2008-ci ildən həmin fakültənin doktorantıdır. Hazırda "Azərbaycanın neft strategiyası dünya mətbuatının səhifələrində" adlı elmi iş üzərində çalışır. 2005–2006-cı illərdə Səhiyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsində, eyni zamanda AzTV-nin "Səhər" proqramında aparıcı kimi çalışıb.
İsaq Məmmədov
İsaq Mustafa oğlu Məmmədov (24 mart 1925, Qaracallı, Qubadlı rayonu – 8 sentyabr 2011) — tarix elmləri doktoru, professor, "Əməkdar elm xadimi", tarixçi. Naxçıvan Dövlət Pedaqoji Universitetinin rektoru (1978–1984). == Həyatı == İsaq Məmmədov 1925-ci il martın 24-də Qubadlı rayonunun Qaracalı kəndində tanınmış təsərrüfatçı Mustafa kişinin ailəsində anadan olmuşdur. Bölgədə adlı-sanlı şəxsiyyət kimi tanınan Mustafa kişi repressiyanın qurbanı olmuşdur. O, 1942-ci ildə kənd orta məktəbini və Şuşa pedaqoji kurslarını bitirərək doğma kəndindəki natamam orta məktəbdə müəllimlik etmiş, dərs hissə müdiri vəzifəsində çalışmış, kənd sovetinin katibi işləmişdi. == Elmi fəaliyyəti == İsaq Məmmədov 1944-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olaraq, fərqlənmə diplomu ilə təhsilini başa vurmuşdur. 1949-cu ildə aspiranturaya qəbul edilmişdi. O, 1952-ci ildə təhsilini başa vurduqdan sonra bu təhsil müəssisəsində müəllim vəzifəsinə təyin edilmişdir. İsaq Məmmədov BDU-da 1955-ci ildə namizədlik, 1974-cü ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1976-cı ildə professor adını almışdı. İsaq Məmmədov 1977–1978-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində kafedra müdiri, 1978–1984-cü illərdə Naxçıvan Dövlət Pedaqoji Universitetinin rektoru, daha sonra 10 il ADNA-da Tarix kafedrasının müdiri, 2005-ci ildən ömrünün sonuna qədər kafedranın professoru vəzifəsində işləmişdi.
İsaq Novruzov
İsaq Opoku
İsaq Opoku (1 sentyabr 1975) — Qananı təmsil edən stolüstü tennisçi. == Karyerası == İsaq Opoku Qananı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
İsaq İbrahimov
İbrahimov İshaq İbrahim oğlu (21 fevral 1921, Bakı – 5 iyul 1987, Bakı) — tərcüməçi, tənqidçi, ssenarist, 1955-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azarbaycan SSR Əməkdar İncəsənət xadimi (1979). == Həyatı == İshaq İbrahimov 1921-ci il fevralın 21-də Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Burada orta məktəbi bitirmiş, İkinci Dünya müharibəsinin başlanması ona təhsilini davam etdirməyə imkan verməmişdir. 1941-ci ilin sentyabrından Sovet Ordusu sıralarında əsgəri borcunu yerinə yetirməyə başlamışdır: ön cəbhədə əldə silah vuruşmuş, yaralanmış, müalicədən sonra yenidən cənub-qərb cəbhəsində topçu diviziyasında kəşfıyyat rəisi, ştab rəisi kimi döyüşlərdə iştirak etmişdir (1941-1942). Ağır yaralandığına görə hərbi xəstəxanada uzun müddət müalicə olunmuşdur (1942-1944). Ordudan tərxis ediləndən sonra Uşaqgəncnəşrdə tərcüməçi-redaktor işləmişdir (1944-1945). Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində təhsilini davam etdirmiş, eyni zamanda bədii tərcümə ilə məşğul olmuşdur (1945-1948). "İnqilab və mədəniyyət" jurnalı redaksiyasında ədəbi işçi, məsul katib (1948-1952), Azərbaycan Radio Verilişləri İdarəsində bədii verilişlər şöbəsinin baş redaktoru (1952-1959), "Azərbaycan" jurnalı redaksiyasında məsul katib (1959-1962), C.Cabbarlı adına "Azərbaycanfilm"də ssenari şöbəsinin müdiri, eyni zamanda ssenari-redaksiya heyətinin üzvü (1962-1966), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində Radio bədii verilişləri şöbəsində tərcüməçi, "Ekran" yaradıcılıq birliyi redaksiya heyətinin üzvü, baş redaktor vəzifələrində (1962-1975) çalışmışdır. Azərbaycan Yazıçılar İttifaqında tərcüməçilər bölməsi bürosunun sədri idi. Azərbaycan Yazıçılar İttifaqının katibi seçilmişdir (1975-1984).
İsaq Əmənullayev
İsaq Avış oğlu Əmənullayev (1 iyul 1943, Günəşli, Lerik rayonu) — Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == İsaq Əmənullayev 1943-cü il iyulun 1-də Azərbaycan Respublikası Lerik rayonunun Azərbaycan (indiki Günəşli) kəndində anadan olub. 1967-ci ildə Bakının 72 №-li (M. Qorki adına 193№-li) fəhlə-gənclər məktəbində tam orta təhsil alıb. 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinin əyani şöbəsinə daxil olub, 1974-cü ildə həmin fakültəni müvəffəqiyyətlə bitirib. 1973-cü ildə istehsalat təcrübəsi zamanı "Xalq qəzeti" ("Kommunist" qəzeti) redaksiyasının ümumi işlərində fəallıq göstərdiyinə görə onu katiblikdə texniki işçi ştatına qəbul edilib. 1974-cü ildə Bakı Dövlət Universitetini bitirərkən fəal ictimaiyyətçi tələbə kimi və mətbuatda dərc olunmuş çoxsaylı yazılarına görə Azərbaycan KP MK-nın tövsiyəsi və universitet rektorluğunun təqdimatı əsasında təyinatı "Kommunist" ("Xalq qəzeti") redaksiyasına verilib. 1973-cü ildən indiyədək həmin qəzetdə oxucu, katiblikdə kiçik müxbir, daha sonralar müxtəlif şöbələrdə müxbir, baş müxbir, xüsusi müxbirlər bölməsinin və məktublar şöbəsinin müdiri vəzifəsində çalışıb. Bu gün İsaq müəllim "Xalq qəzeti"nin məktublar şöbəsinə rəhbərlik edir == Ailəsi == Ai ləlidir. 1 qızı və 3 oğlu var. == Fəaliyyəti və yaradıcılığı == İsaq Əmənullayev 5 kitab və 1800-ə yaxın məqalənin müəllifidir.
İnqilab İsaq
Həsənov Hüseyn İsaq
İnqilab İsaq (şair)
Şərif İsaq oğlu Abdullayev
Hacı İsaqlı
Hacı İsaqlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Şahvəlli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Hacı İsaqlı kəndi Şahvəlli kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 19 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.. == Toponimikası == == Tarixi == == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Qüdrət İsaqov
Qüdrət İsaqov — fizika-riyaziyyat elmləri doktoru, professor, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Avropa Təbiət Elmləri Akademiyasının akademiki; Rusiyada nəşr olunan "Beynəlxalq Alternativ Energetika və Ekologiya jurnalı"nın Redaksiya şurasının üzvü və "Beynəlxalq Kosmonavtika jurnalı"nın baş redaktorunun müavini, Avropa Təbiət Elmləri Akademiyasının fəxri Rentgen medalı laureatı. == Həyatı == 2 iyun 1950-ci ildə anadan olmuşdur. Onun karyerasının böyük bir hissəsi AMEA-nın Fizika İnstitutu ilə bağlıdır. Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunda 1973–1976-cı illərdə aspirant, 1976–1984-cü illərdə kiçik elmi işçi, 1984–1992-ci illərdə isə böyük elmi işçi olmuşdur. 1992–1993-cü illərdə Azərbaycan Respublikasının Prezident Aparatında Strateji Proqramlar şöbəsinin baş mütəxxəssis işləmiş və həmin dövrdə Azərbaycan elektroenergetika sənayesinin problemləri ilə məşğul olmuşdur. 1993–1995-ci illərdə Azərbaycan Ticarət-Sənaye Palatasının Təşkilat şöbəsinin rəisi olmuşdur. 1995-ci ildə yenidən AMEA-nın Fizika İnstitutuna qayıdır və indiyədək orada işləyir. 2005-ci ildə "Yarımkeçirici-metal evtektik kompozisiyalarında elektron prosesləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Elə həmin il Rusiyada nəşr olunan və redaksiya kollegiyasında 40 ölkənin 120 nəfər dünya şöhrətli alimlərini birləşdirən "Beynəlxalq Alternativ Energetika və Ekologiya jurnalı"nın baş redaktorunun müavini təyin edilmişdir. 2007-ci ildə Avropa Təbiət Elmləri Akademiyasının akademiki seçilmişdir.
Vaqif İsaqoğlu
Vaqif İsaqoğlu (d.1959, Tovuz, Köhnəqala) — şair. == Həyatı == 1959-cu ildə Tovuz rayonunun Köhnəqala kəndində anadan olub. 1978-1980-ci illərdə Uzaq Sibirdə-keçmiş Sovet Ordusu sıralarında xidmət eləyib. 1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Müstəqil Azərbaycanın ilk hərbi jurnalistlərindən biri kimi fəaliyyət göstərib.Qarabağ müharibəsi veteranıdır. Ehtiyatda olan mayordur. Azərbaycan Jurnalistlər Birliyinin (1989) və Azərbaycan Yazıçılar Birliyinin (1995) üzvüdür. "Qızıl ƏSR" qəzetinin təsisçisi və baş redaktorudur. 50-ə yaxın kitabın müəllifidir. "Qızıl qələm", "İti qələm", "Nailiyyət" vəs.
İsaqbağı
İsaqbağı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == İqtisadiyyatı == İsaqbağı kəndinin iqtisadiyyatında kənd təsərrüfatı əsas rol oynayır. Kənd təsərrüfatının əsasını pambıqçılıq, taxılçılıq, baramaçılıq və heyvandarlıq təşkil edir.
İsaqlı
İsaqlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Hovuslu kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Düzənlikdədir. Yaşayış məntəqəsi Ermənistanın Dastakert kəndinin zəlzələ nəticəsində dağılmasından sonra (1931-ci il) əhalinin köçüb gəlməsi nəticəsində yaranmışdır. Kənd XIX əsrdə Zəngəzur qəzasında yaşayan xocaisaqlı tayfasına mənsub olan İsaqlı qışlağında salındığı üçün qışlağın adı ilə adlandırılmışdır. == Əhalisi == === Şəxsiyyətləri === Nəsir Hüseynov - "Daxili Qoşunlar" Polkovniki. Qorxmaz Hüseynov - "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri (2011-2021). Zaur Hüseynov - "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
İsaqlıgirmə
İsaxlıgirmə — Azərbaycan Respublikasının Balakən rayonunun Şambul kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Alazan-Əyriçay çökəkliyindədir. İsaqlıgərmə variantında da qeydə alınmışdır. Yerli əhalinin məlumatına görə, vaxtilə kəndin ərazisində Mazım çayının keçidi (yerli əhali çay keçidini girmə adlandırır) yaxınlığında İsaq adlı şəxsin binəsi olmuş və keçid də onun adı ilə İsaqlıgirmə adlanmışdır. Sonralar burada salınan kənd də həmin adı qəbul etmişdir. == Əhalisi == İsaxlıgirmə kəndin əhalisi təxminən 250-300 nəfərdir və 80 %-i avarlar, 15 %-i azərbaycanlılar, 5 %-i isə qaraçılar, tərəkəmələr və digər xalqın nümayəndələridir. Kəndə daha çox heyvandarlıq və meyvəçilik fındığçılıq inkişaf etmişdir. Kənddə bir meyvə bağı, bir uşaq bağçası, bir neçə mağaza fəaliyyət göstərir..
İsaqın qurban verilməsi (Karavacco)
İsaqın qurban verilməsi (ing. Sacrifice of Isaac) — italyan rəssamı Karavacconun 1600–1603-cü illərdə çəkdiyi rəsm əsəri. == Təsviri == Qaranlıq və isti tonların üstünlük təşkil etidyi əsərdə mələyin Allahın əmrini İbrahim peyğəmbərə xəbər verdiyi səhnə təsvir edilmişdir. İbrahimin sol əli oğlunun boynundadır. Sağ əlində isə bıçaq var və mələk tərəfindən tutulmuş vəziyyətdədir. Mələk sağ əli ilə İbrahimi dayandırarkən sol əli ilə ona əsl qurbanı göstərir. İsaqın başı üzərində isə qoç dayanmaqdadır. Rəsmdəki işıq İbrahimin və mələyin üzlərindən başlayaraq İsaqın üzünə doğru daha güclü təsvir edilmişdir. İsaq rolundakı obraz rəssamın digər əsəri "Mühafizəkar eşq" əsərində təsvir edilən oğlanla eyni şəxsdir. Bu rəssamın tələbəsi Çekkodur.
Malik İsaqov
Malik Xizir oğlu İsaqov (26 sentyabr 1953, Çərəli, Qubadlı rayonu) — Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Malik İsaqov 26 sentyabr 1953-cü ildə Qubadlı rayonunun Çərəli kəndində anadan olmuşdur. 1970-ci ildə Hal kənd orta məktəbini bitirmişdir. 1979-cu ildə Azərbaycan Neft Kimya İnstitutunu bitirmişdir. 1974–1976-cı illərdə hərbi xidmətdə olmuşdur. Sumqayıt Elektrik Dəstləşdirmə zavodunda çilingər, təhlükəsizlik üzrə mühəndis, mühəndis konstruktor, mühəndis-texnoloq və baş mühəndis vəzifələrində çalışmışdır. 1984–2001-ci illərdə zavodun direktoru olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 8 sentyabr 2001-ci il tarixli Sərəncamı ilə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Ailəlidir. 2 övladı var.