İSAXAN

bax: İsa və Xan.
İSABALA
İSAK
OBASTAN VİKİ
İsaxan
İsa xan Gürcü — Şəki hakimi (1574-1580)
Qaçaq İsaxan
Qaçaq İsaxan (1897, Qarayazı rayonu – 1930, Cəlaloğlu rayonu) — XX əsrin 20-ci illərin sonu və 30-cu illlərin əvvəlində Gürcüstan və Ermənistan ərazilərində sovet rejiminə qarşı silahlı üsyana başçılıq etmiş qaçaq. Həmin dövrdə "kollektivləşmə" siyasətinə xalq arasında etiraz hərəkatları geniş vüsət almışdı. 1930-cu ilin əvvəllərində Ermənistanda mütəşəkkil silahlı üsyan Kərbəlayı İsmayılın başçılığı ilə Vedibasar mahalında baş vermişdi. Lənkəran ətrafinda sərhəd qoşunları və milis qüvvələri ilə gərgin döyüşlər aparan dəstələrə Həsən İsa oğlu və Cankişi başçılıq edirdilər. 1928/30-cu illərdə Qarabağda, Quba, Nuxa, Göyçay, Zaqatala, Gəncə kimi yerlərdə silahlı müqavimət hərəkatının ardı-araşı kəsilmirdi. Gəncədə və Gəncəbasarda Məmməd Qasım, Hacı Axund və Rüstəmin dəstələri döyüşürdülər. Gürcüstanın Qarayazı mahalında başlayan və Ermənistanın azərbaycanlılar yaşadığı bir çox yerləri də əhatə edən silahlı üsyana isə Qaçaq İsaxan adı ilə tanınmış İsaxan Hacıbayramlı başçılıq etmişdir. Qaçaq İsaxan haqqında aşıqlar mahnılar qoşmuş, dastan yaratmış, şairlər ona şeirlər həsr etmiş, qəhrəmanın 100 illiyi Azərbaycan və Gürcüstanda böyük təntənə ilə qeyd edilmişdir. Xalq qəhrəmanının mübarizə dolu həyatı və fəaliyyəti elmi araşdırmalarda, bədii əsərlərdə və aşıq ədəbiyyatında öz əksini tapmışdır. Sovet ordusunu ciddi itkilərə uğratmış Qaçaq İsaxan öz igidliyi və cəngavərliyi ilə nəsillərin yaddaşına yazılıb.
İsaxan (Maku)
İsaxan (fars. عيسي خان‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 217 nəfər yaşayır (32 ailə).
İsaxan Aşurov
İsaxan Aşurov (1 avqust 1955, Faxralı, Bolnisi rayonu – 22 iyun 2012, ABŞ) — Azərbaycanlı vəkil. İsaxan Aşurov 1955-ci il avqustun 1-də Gürcüstan Respublikası Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1972-ci ildə Faxralı kənd orta məktəbini bitirib, elə həmin ildə də Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub. 1977-ci ildə həmin fakültəni bitirib. İsaxan Aşurov müalicə üçün ABŞ-yə getmişdir. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi. 2012-ci il iyunun 22-də ABŞ-də vəfat etmişdir. Gürcüstanda dəfn olunmuşdur. Ailəli idi. 4 övladı var.
İsaxan Qanıyev
İsaxan Qəniyev
İsaxan Vəliyev
İsaxan Veysəl oğlu Vəliyev (15 noyabr 1958, Şamaxı rayonu) — Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor. İsaxan Vəliyev 1958-ci il noyabr ayının 15-də Şamaxı rayonunda anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmiş, Yasamal Rayon Prokurorluğunun müstəntiqi kimi əmək fəaliyyətinə başlamışdır. 1984-cü ildə SSRİ Prokurorluğu yanında rəhbər kadrların ixtisasartırma institutunu bitirdikdən sonra İ.Vəliyev 1986-cı ildə Azərbaycan Respublikası Prokurorluğunun ümumi nəzarət idarəsinin rəisi vəzifəsinə, 1989-cu ildə isə SSRİ Prokurorunun əmri ilə Bakı şəhər prokuroru vəzifəsinə təyin olunmuşdur. 1993-cü ildə Respublika Baş prokurorunun müavini vəzifəsinə irəli çəkilmişdir. Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq kafedrasının müdiridir. Baş ədliyyə müşaviri və ədliyyə polkovnikidir. Hüquq-mühafizə orqanlarında çalışdığı müddətdə İ.Vəliyev elmi araşdırmalar aparmış və 1992-ci ildə "Cinayət hüququ və kriminologiya: cəza-icra hüququ" ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. O, elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş, göndəriş əsasında Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Moskva Universitetinin doktoranturasına qəbul edilmiş və 2005-ci ildə həmin universitetin elmi şurasında "Dövlət hakimiyyəti sistemində prokurorluğun yeri: Rusiya Federasiyası, Azərbaycan Respublikası və Qazaxıstan qanunvericiliyinin müqayisəli təhlili əsasında" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Diplom Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tanınmışdır.
İsaxan İsaxanlı
İsaxanlı İsaxan Abdulla oğlu — Ədəbiyyatşünas, yazıçı, tərcüməçi, təhsil tarixçisi. Xəzər Universitetinin İdarəetmə və Tələbə İşləri üzrə Prorektoru. Filologiya elmləri doktoru, Xəzər Universitetinin Dillər və ədəbiyyatlar kafedrasının professoru. 1962-ci ildə Gürcüstan SSR-in Qarayazı rayonunun Kosalı kəndində müəllim ailəsində anadan olmuşdur. 1979-cu ildə Kosalı kənd orta məktəbini bitirdikdən sonra S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olmuş və 1984-cü ildə məzun olmuşdur. "Mars" elmi-tədqiqat İnstitutunda (Rusiya, Ulyanovsk, 29.03.1985 – 01.06.1987) mühəndis-proqramçı, Gürcüstanın Qardabani 1 saylı orta məktəbində riyaziyyat müəllimi (01.03.1988 – 01.08.1994) işləmişdir. 1994-cü ildən Xəzər Universitetində çalışır. 2003-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində "Azərbaycanda özəl ali təhsilin problemləri" mövzusunda dissertasiya (elmi rəhbər: akademik Hüseyn Əhmədov) müdafiə edərək pedaqoji elmlər namizədi (Pedaqoji elmlər üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi almışdır. 2021-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat institutunda "Sergey Yesenin yaradıcılığı Azərbaycan və Şərq ədəbi-bədii kontekstində" mövzusunda doktorluq dissertasiyası (elmi məsləhətçi: akademik İsa Həbibbəyli) müdafiə edərək Filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. Qaçaq İsaxanın nəvəsidir.
Hamlet İsaxanlı
Hamlet İsaxanlı (tam adı: İsayev Hamlet Abdulla oğlu; 1 mart 1948, Kosalı, Qardabani rayonu) — polimat, riyaziyyatçı, fizika-riyaziyyat elmləri doktoru, professor, şair, yazıçı, publisist, tərcüməçi, sahibkar. Elm, mədəniyyət və təhsil tarixi üzrə mütəxəssis. Ədəbiyyat və dilçilik, tarix və fəlsəfəyə dair çoxsaylı əsərlərin müəllifi. İsaxanlı soyadını о, poetik yaradıcılığında, həmçinin humanitar və sosial elmlər sahəsində yazdığı əsərlərində işlətmişdir. Onun bütün riyazi əsərləri "İsayev" soyadı ilə çap olunmuşdur. Hazırda o, geniş ictimaiyyət arasında daha çox Hamlet İsaxanlı kimi tanınır. Hamlet İsaxanlı müxtəlif sahələrdə geniş fəaliyyət göstərmiş və göstərməkdə olan ensiklopedik elm və sənət adamıdır — riyaziyyatçı, humanitar və sosial elmlərin bir çox sahələrində yazılmış elmi-tədqiqat işlərinin müəllifi, poetik və bədii-publisistik əsərlərin müəllifi, tərcüməçi, maarifçi, Xəzər Universitetinin təsisçisi və ilk rektoru, Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri, Dünya məktəbinin (ibtidai, ümumi orta, tam orta) təsisçisi, nəşriyyat təsisçisi, redaktor, ictimai xadim və s. 1920-ci illərin sonu və 1930-cu ildə Gürcüstan və Ermənistanda Sovet hakimiyyətinə qarşı üsyana başçılıq etmiş məşhur Qaçaq İsaxanın nəvəsidir. Avrasiya Akademiyasının qurucu üzvlərinin biridir. == Həyatı == Hamlet İsaxanlı 1948-ci il martın 1-də Gürcüstanın Qarayazı rayonunun Kosalı kəndində anadan olmuşdur.
Hamlet İsaxanlı. Alim və qurucu ömrü
Hamlet İsaxanlı. Biblioqrafiya
Xanə-i Bərq-i İsaxani (Bünab)
Xanə-i Bərq-i İsaxani (fars. خانه برق عيسي خاني‎) — İranın Şərqi Azərbaycan ostanının Bünab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 34 nəfər yaşayır (9 ailə).