İŞTAHASIZ

sif. İştahası olmayan, qarnı tox olmadığı halda yeməyə istəyi olmayan.
Telli balaca qızdır; Yeməyə iştahsızdır. M.Dilbazi.

// zərf Yemək istəmədən, yeməyə istəyi olmadığı halda; meyilsiz, həvəssiz, könülsüz. Xörəyi iştahasız yemək.
– Mirzə iştahasız nahar yeyib yatmaq istədi, hərçi çalışdı yuxusu gəlmədi. Ə.Haqverdiyev.

İŞTAHALI
İŞTAHASIZLIQ

Digər lüğətlərdə