is. İtin boynuna bağlanan ip, xalta.
[Güləli] …Ala iti kəmsiyindən açıb yanına aldı, ulu babasından qalan çaxmaqlı tüfəngi də çiyninə saldı. S.Rəhimov.
◊ Kəmsiyini çeynəmək (gəmirmək) – hirsindən boğulmaq, son dərəcə hirslənmək, qəzəblənmək, intiqam üçün fürsət axtarmaq. Fərəc bəyin hirsi daha da çoxalır.
Bığlarının ucunu ağzına salıb kəmsiyini gəmirən it kimi çeynəməyə başlayır. Ə.Vəliyev.
Kəmsiyini qırmaq – həddini aşmaq, həddini keçmək.
Başına kəmsik salmaq (keçirmək) – çox incitmək, zülm etmək, əziyyət vermək.
[Naçalnik:] Vallah, dağda atanızı yandıracağam, başınıza kəmsik salacağam. “Qaçaq Nəbi”.