KAN

I
(Cəlilabad, Yardımlı)
tülkü yuvası
II
(Zaqatala)
üstündə xəmir yoğurulan xüsusi taxta. – Xəmiri kanın üstündə yoğur
III
(Oğuz)
1. eyvanın sütunları altına üfüqi qoyulan taxta parçası. – Kan seyvanda olur, sütünnarın altına qoyulur
2. suyun dağılmaması üçün arxın yanlarına qoyulmuş ağac. – Kanı qoyullar ki, arxın suyu kanara dağılmasın
IV
(Qax)
çəlləyin dibi
V
(Qax)
ilan qabığı
KAMBAR
KANALAMAX
OBASTAN VİKİ
Kan kan
Kan kan (fr. cancan) — yüksək enerjili, fiziki cəhətdən tələbkar rəqs. 1840-cı illərdə məşhur musiqi-zal rəqsi olmuş, bu günə qədər fransız kabaresində populyarlığını davam etdirir. Əvvəlcə cütlər tərəfindən rəqs edilirdi, indi ənənəvi olaraq qadın rəqqasların xor xətti ilə əlaqələndirilir. Rəqsin əsas xüsusiyyətləri yüksək ayaq hərəkətləri, şpaqat ilə birlikdə ətəklərin güclü manipulyasiyasıdır.
Kan (rayon)
Kan (fr. Caen) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından biri. Departamenti — Er və Luar. Suprefektura — Kan. Rayon əhalisi 2006-cı ildə 126 176 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 84 nəf / km². Rayon ərazisi — 1501 km².
Kan Yuvey
Kan Yuvey (çin dili|康有為|康有为|Kāng Yǒuwéi; 19 mart 1858[…] – 31 mart 1927 və ya 28 fevral 1927, Sindao) — Çin filosofu, Tzin dövrünün islahatçısı , kalliqraf.
Kan çayı
Kan çayı —Yenisey çayının sağ qolu. == Əsas göstəriciləri == Rusiya Federasiyası Krasnoyarsk əyalətində yerləşir. Çayın uzunluğu 629 km, su hövzəsinin sahəsi isə 36,9 min km²-dir. Kan çayı dağlıq Aqul gölünü keçərək, Aqul çayına tökülür.
Kan-sür-Mer
Kan-sür-Mer (fr. Cagnes-sur-Mer) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti.
Kan Hi-Çan
Kanq Hi-Çan (10 may 1970) — Cənubi Koreyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kanq Hi-Çan Cənubi Koreyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin, cüt turnirdə isə bürünc medalın sahibi olub. Daha sonra Kan Hi-Çan Cənubi Koreyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 5-ci pillənin sahibi olub.
Kan-i-Qut mağarası
Kan-i-Qut (Kaniqut və ya Kani-Qut) — Qırğızıstanda karst mağarası. Mağara Camal-Çul tirəsinin cənub yamacında, Batken vilayətində, Samarkandık qışlağının 18 km-də yerləşir. Mağara haqqında geniş məlumat artıq X—XI əsrlərdə məlum idi. Məhs bu dövrlərdə mağara ərazisində gümüş və digər qiymətli daşlar əldə etmək üçün qazıntılar aparılmışdır. Sonradan bu ərazi unudulmuş və «Məhv edilmiş filiz» adlandırılmış. Kan-i-Qut haqqında ilk məlumatlara İbn Sinanın yazılarında rast gəlinir. O yazmış: « Dünyanın hər yerindən toplanılmış qızıl və digər ziynət əşyaları qoruyub saxlamaq çətin idi. Bu səbəbdən Mavəraünnəhr ölkəsində, dağlar arasında yerləşən İsfərə şəhərində Qut adlı yerdə sərvət gizlədilmiş və lənətlənmişdir». == Adlandırılması == Kan-i-Qut mağarasının (Məhv olmuş filiz) adı Kokand xanı Xudayarla bağlıdır. Cəzalandırılmış insanları mağaraya düşürmüşlər.
Kan-i-Qut mağrası
Kan-i-Qut (Kaniqut və ya Kani-Qut) — Qırğızıstanda karst mağarası. Mağara Camal-Çul tirəsinin cənub yamacında, Batken vilayətində, Samarkandık qışlağının 18 km-də yerləşir. Mağara haqqında geniş məlumat artıq X—XI əsrlərdə məlum idi. Məhs bu dövrlərdə mağara ərazisində gümüş və digər qiymətli daşlar əldə etmək üçün qazıntılar aparılmışdır. Sonradan bu ərazi unudulmuş və «Məhv edilmiş filiz» adlandırılmış. Kan-i-Qut haqqında ilk məlumatlara İbn Sinanın yazılarında rast gəlinir. O yazmış: « Dünyanın hər yerindən toplanılmış qızıl və digər ziynət əşyaları qoruyub saxlamaq çətin idi. Bu səbəbdən Mavəraünnəhr ölkəsində, dağlar arasında yerləşən İsfərə şəhərində Qut adlı yerdə sərvət gizlədilmiş və lənətlənmişdir». == Adlandırılması == Kan-i-Qut mağarasının (Məhv olmuş filiz) adı Kokand xanı Xudayarla bağlıdır. Cəzalandırılmış insanları mağaraya düşürmüşlər.
Liu Kan
Liu Kan atasının ölümündən sonra taxta gəlmişdi. Oğlunu vəliəhd elan etmişdi. Qaynatası general Yin Çunə bütün dövlət işlərini tapşıran onun məsləhəti ilə qardaşları Ji, Çenq, Maini öldürdü. Yin Çun ən böyük təhlükələrin sovuşduğunu görəndən sonra paytaxta yürüş edərək imperatoru və bütün ailəsini öldürdü. Yin şərq Cin sülaləsi imperatoru Yuana xəbər göndərərək, ordunu göndərməsini xahiş etdi. Lakin bu vaxt Şi Le və Liu Yaonun ordularının arasında qaldı. Liu Yao özünü imperator elan edərək onun bütün nəslini qırdı.
Naoto Kan
Naoto Kan (yap. 菅 直人) — Yaponiya Baş Naziri (2010–2011).
Oliver Kan
Oliver Rolf Kan (Almanca tələffüz: [ˈɔlɪvɐ ˈkaːn]; d. 15 iyun 1969) — alman futbol qapıçısı, dörd dəfə dünya və Avropanın ən yaxşı qapıçısı (1999, 2000, 2001, 2002), iki dəfə Almaniyanın ən yaxşı qapıçısı (2000, 2001), beş dəfə Bundesliqanın ən yaxşı qapıçısı (1994, 1997, 1998, 1999, 2001), 2002 FİFA Dünya Kubokunun ən yaxşı qapıçısı və futbolçusu. O, karyerasına "Karlsrue" komandası ilə başlamışdır. İlk peşəkar qarşılaşması 1987-ci ildə olmuşdur. 1994-cü ildə 4,600,000 alman markı qarşılığında karyerasına sona qədər davam edəcəyi "Bayern Münhen"-ə transfer olmuşdur. Səkkiz Bundesliqa, altı Almaniya kuboku, bir UEFA Kuboku (1996), UEFA Çempionlar Liqası (2001), Qitələrarası kubok (2001) çempionluğu yaşayan Kan, Almaniya futbolunun tez bir zamanda yetişdirdiyi ən yaxşı futbolçularından biri olmuşdur. Fərdi oyunda göstərdiyi səylər ona ardıcıl dörd UEFA Avropanın ən yaxşı qapıçısı, üç dəfə İFFHS Dünyanın ən yaxşı qapıçısı, iki dəfə də Almaniyada ilin futbolçusu mükafatını qazandırdı. 2002 FİFA Dünya Kubokunda Qızıl Top mükafatını qazandı. Bu mükafatın ilk və tək laureatı qapıçı Oliver Kandır. 1994-cü ildən 2006-cı ilə qədər Almaniya milli futbol komandasında oynayan Kan, Andreas Köpkenin milli komandanı buraxmasından sonra sahəyə ilk 11-də çıxmağa başladı.
Yo Kan
Yo Kan (韓陽, Kan Yo, 19 oktyabr 1978, Şenyan) — Yaponiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Yo Kan Yaponiyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, Komanda turnirində isə 5-ci pillənin sahibi olub.
Kan (musiqiçi)
Kan Kimura (木村 和, Kan Kimura, 24 sentyabr 1962, Fukuoka – 12 noyabr 2023) və ya səhnə adı ilə Kan – Yaponiya müğənnisi. 1990-cı ildə buraxdığı "Ai wa Katsu" mahnısına görə tanınır. == Həyatı == Kan 1987-ci ildə debüt albomu olan "Terebi no Naka ni" (hərf. "Televiziyada") albomunu buraxmışdır. Onun 1990-cı ildə buraxdığı "Yakyu Senshu ga Yume datta" (hərf. "Beysbolçu olmağı arzuladım") albomuna daxil olan "Ai wa Katsu" (hərf. "Sevgi qalib gələcək") mahnısı Yaponiyada böyük hit olmuşdur. Mahnı 1991-ci ildə Yaponiya Səsyazma Mükafatında pop və rok kateqoriyasının qalibi olmuşdur. 2002–2004-cü ildə Parisdə piano dərsləri almışdır. Yaponiyaya qayıtdıqdan sonra diqqətini konsertlər və radio proqramlarına yönəltmişdir. === Ölümü === Kan 2023-cü ilin martında ona Mekkel divertikul xərçəngi diaqnozu qoyulduğu açıqlamış və səhnə fəaliyyətini dayandırmışdır. 12 noyabr 2023-cü ildə ölmüşdür.
Han Kan
Han Kan (hanqıl: 한강; 27 noyabr 1970[…], Kvanju) – Cənubi Koreya yazıçısı. Onun 2016-cı ildə nəşr olunmuş, ət yeməkdən imtina edən, mental cəhətdən xəstə olan və ailəsinin etinasızlığı ilə qarşılaşan qadının həyatından bəhs edən "Vegeterian" əsəri 2016-cı ildə beynəlxalq "Man Booker" mükafatına layiq görülüb. Roman həmçinin ingilis dilinə tərcümə olunmuş ilk köreya dilli əsərdir. 2024-cü ildə ədəbiyyat üzrə "Nobel" mükafatına layiq görülüb. Han Kan ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş ilk koreyalı və dördüncü (iki yapon və bir çinlidən sonra) asiyalı, ilk asiyalı qadın, 2000-ci ildə Sülh üzrə Nobel mükafatını alan C.Koreya prezidenti Kim De Çjundan sonra ikinci koreyalı Nobel mükafatı laureatıdır. == Həyatı == Han Kan yazıçı Han Son Vonun (kor. 한승원) qızıdır. Kan koreya dili və yaradıcılığı ixtisası üzrə Seul incəsənət universitetini bitirmişdir. Vaxtaşırı miqrendən əziyyət çəkən Han Kan miqrenin onu "təvazökar olmasına" kömək olduğunu bildirmişdir. == Yaradıcılığı == Yazıçının debüt əsəri olan "Yosunun sevgisi" adlı əsəri 1995-ci ildə çap edilmiş, dəqiq və ətraflı təhkiyəsinə görə marağa səbəb olmuşdur.
Robert Elliot Kan
Robert Elliot Kan (ing. Robert Elliot Kahn; 23 dekabr 1938[…], Nyu-York, Nyu-York ştatı) —ABŞ elektrik mühəndisi və Vint Serf ilə birlikdə internetin mərkəzində əsas rabitə protokolları olan transmissiya idarəetmə protokolunu (TCP) və internet protokolunu (IP) ilk dəfə təklif etmişdir. 2004-cü ildə Kan TCP/IP üzərindəki işlərinə görə Vint Serf ilə birlikdə "Türinq" mükafatını qazanmışdır. == Həyatı == Robert Elliot Kan Nyu-Yorkda aşkenazi yəhudi ailəsində anadan olmuşdur, valideynləri Bitris Paulin və Lorens Kandır. Atası vasitəsilə futurist Herman Kan ilə qohumdur. 1960-cı ildə Nyu-York Şəhər Kollecində elektrik mühəndisliyi üzrə bakalavr dərəcəsi aldıqdan sonra Kan Prinston Universitetinə getmişdir. O, burada 1962-ci ildə magistr dərəcəsi və 1964-cü ildə elektrik mühəndisliyi üzrə doktorluq dərəcəsi əldə etmişdir. O, Prinstondakı professor Bed Liudan məsləhət almış və "Siqnalların seçilməsi və modulyasiyasında bəzi problemlər" adlı doktorluq dissertasiyasını tamamlamışdır. O, əvvəlcə "Bolt Beranek and Newman Inc."da çalışmış, sonra 1972-ci ildə DARPA daxilində İnformasiya Emalı Texnikaları Ofisinə (IPTO) qoşulmuşdur. 1972-ci ilin payızında Beynəlxalq Kompüter Rabitə Konfransında 20 müxtəlif kompüteri birləşdirərək ARPANET-i nümayiş etdirmişdir.
Herseqovina-Neretva Kantonu
Herseqovina-Neretva Kantonu (Bosn. Hercegovačko-neretvanski kanton, Xorv. Hercegovačko-neretvanska županija, Serb. Херцеговачко-неретвански кантон) - Bosniya və Herseqovina Federasiyası cənub hissəsində yerləşir. Yalnız bu kantonda Adriatik dənizinə çıxış var.
I Kanişka
I Kanişka — 78-144-ci illərdə Kuşan imperiyasının xaqanı. == Həyatı == Kuşan dövləti, ən parlaq zamanını Kanişka dönəmində (78-144) yaşadı. Pişəvər şəhərinin səs-sorağı hər yana yayıldı. == I Kanişka və Hindistan mədəniyyəti == Maurilərin ardınca Kuşanlar sülaləsi (b.e-nın I-III əsrləri) qədim Hindistanın tərəqqisini yüksəklərə qaldırdı. Xüsusilə, Kanişkinin hakimiyyəti dövrü (b.e. 78-144) buraya aid edilir. B.e-nın I-III əsrlərində handhar incəsənət məktəbi mühüm yer tutdu. Bu məktəbdə Şimali Hindistan, Orta Asiya, Yunan-Roma məktəbinin ənənələri üstünlük təşkil edirdi. Bu məktəbin özüməxsusluğu Buddanın ideallaşdırılmış gözəl insan obrazında antropomorf təsvirdə verilməsi ilə izah edilir.
Ka (kana)
か (hiraqana) və ya カ (katakana) – yapon dilində kanalardan biri. Hər iki forma 加 kancisinin sol tərəfindən törəyib. Romaci versiyası "ka"dır. Kananın dakuten forması da mövcuddur: が və ya ガ. Dakuten formasının romaci versiyası "qa" şəklindədir. Handakuten (゜) versiyası normal yapon dilində yoxdur, lakin bəzən dilçilər "nga" səsini göstərmək üçün ondan istifadə edirlər. か yapon dilində sual yaradıcı hissəciklərdən biridir. が isə qrammatik hissəcik olub mübtədaya və ya tamamlığa vurğu etmək üçün istifadə olunur. == Yaranması == Həm か, həm カ formalar 加 kancisinin sol tərəfindən törəyiblər. == Yazılış == か hiraqanası 3 xətlə yazılır: Əvvəlcə horizantal xətt dönür və qarmaq şəklində bitir.
Kamares (kanton)
Kamares (fr. Camarès) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Miyo dairəsinə daxildir. Kantonun INSEE kodu — 1204. Kamares kantonuna cəmi 10 kommuna daxildir, onlardan ən əsası Kamares kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2006-cı ildə əhalinin sayı 2 222 nəfər təşkil edirdi.
Kana
Kana Kitahara
Kana Kitahara (d. 17 dekabr 1988) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 9 oyun keçirib.
Kana Osafune
Kana Osafune (d. 16 oktyabr 1989) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 15 oyun keçirib, 2 qol vurub.
Kanada
Kanada (ing. Canada [ˈkænədə] dinlə; fr. Canada [kanadɑ] dinlə) — Şimali Amerikada yerləşən ölkə. == Etimologiya == Kanada sözünün etimologiyası haqqında indiyə qədər bir çox fərziyyələr irəli sürülüb, amma rəsmi olaraq qəbul edilən fərziyyəyə görə, kanada sözü Müqəddəs Lavrentiya İrokezlərinin (Kanadanın yerli əhalisi) dilindəki bir söz olan "kanata" sözündən əmələ gəlib. Bu söz kənd və ya qəsəbə mənasını verir. 1791-ci ildə bu ərazi Yuxarı Kanada və Aşağı Kanada adlanan iki Britaniya koloniyası halına gəldi və "kanadalılar" adlandırıldı. 1867-ci ildə London konfransında bu ölkənin rəsmi ünvanı "Kanada hökmranlığı" (ing. Dominion of Canada) olaraq qəbul edildi. 1982-ci ildə Kanada konstitusiyasının qəbulu ilə Dominion sözü Kanadanın qarşısından yığışdırıldı və sadəcə "Kanada" olaraq qaldı. == Tarixi == Kanadanın avropalılar tərəfindən işğalınadək burada eskimoslar və hindular yaşayırdı.
Kanada Arktik arxipelaqı
Kanada Arktik arxipelaqı (ing. Canadian Arctic Archipelago, fr. Archipel arctique canadien, Kanadada onu sadəcə Аrktika arxipelaqı adlandırırlar) — dünyanın ən iri arxipelaqlarında biri, 1,4 milyon km² sahəyə malikdir. Şimali Amerikanın şimalında yerləşir. == Coğrafiyası == Arxipelaqın böyük hissəsi Nunavut, az bir hissəsi isə Şimal-Qərb ərazilərinə daxildir. Adaların çoxu Şimal Buzlu okeanının, cənub-şərq hissədəki az bir qism adalar isə Atlantik okeanın akvatoriyasına aiddir. Arxipelaqa daxil olan üç ada (Baffin Torpağı, Viktoriya (ada) və Elsmir (ada)) dünyada ölçüsünə görə ilk onluğa daxildir. Ümumuilikdə burada 36,563 ada vardırki onunda 15-nin sahəsi 10-min km² çodur. İqlimi çox sərtdir, sahil əraziləri əsasən Tundra geniş yayılmışdır. Ərazinin böyük hissəsini arktik səhralar təşkil edir.
Kanada FİFA Dünya Kubokunda
Kanada milli futbol komandasının FİFA Dünya Kubokunda rekordları və iştirakı qeyd olunmuşdur. Kanadanın FİFA Dünya Çempionatında ilk dəfə 1986-cı ildə iştirak etmişdir.
Kanada Günü
Kanada Günü (İngilis dili: Canada Day, Fransız dili: Fête du Canada) Kanadada milli bayram olaraq qeyd olunan gündür. Bu gün Kanadadakı əksər dövlət qurumları, məktəb və şirkətlər tətildədirlər. 1 iyul günü 1867 Konstitusiya Aktı ilə Kanadanın özəyi olan dörd əyalətdən formalaşmış federasiyaya yerli idarəetmə hüququ verilmişdir. 1982-ci ilə qədər Dominion Günü kimi qeyd olunan gün 27 oktyabr 1982-ci ildə qəbul edilmiş qərarla "Kanada Günü" adını aldı və daha millətçi bir quruluş qazandı.
Kanada Konfederasiyası
Kanada Konfederasiyası (ing. Canadian Confederation, fr. Confédération canadienne) — Britaniya Şimali Amerikasının əyalətlərinin, müstəmləkələrinin və ərazilərinin yeni federal dövləti, Britaniya İmperiyası, Kanada hökmranlığı yaratmaq üçün müttəfiq olduqları 1 iyul 1867-ci ildə sona çatan proses. İndi Kanadanı mücərrəd şəkildə təsvir etmək üçün "konfederasiya" sözü tez-tez istifadə olunur və "Konfederasiya ataları" ifadəsi bu istifadəyə nümunədir. Bu arada, daha spesifik olaraq, ifadə ümumiyyətlə ölkənin siyasi quruluşuna deyil, 1860-cı illərdə müstəmləkələri birləşdirən siyasi prosesə aiddir. Kanada tarixini iki dövrə bölmək üçün də istifadə olunur: "Konfederasiya öncəsi" və "Konfederasiya sonrası" (sonuncusu bu günə qədər davam edir). "Konfederasiya" ifadəsi tez-tez Kanadaya istinad etmək üçün istifadə olunsa da, Kanada daha çox federasiya təşkil edir. Konfederasiyanın yaranmasına səbəb olan 1860-cı illərdə baş tutan konfransların bütün iştirakçıları Konfederasiyanın Ataları hesab olunurlar. Lakin 1867-ci ildə hökmranın ərazi bölgüsü müasir Kanada xəritəsindən xeyli dərəcədə fərqlənir. Konfederasiya qurulduqdan sonra (XIX əsrin sonlarından XXI əsrin əvvəllərinə qədər) sərhədlərin və Kanada federalizminin formalaşmasında iştirak edən siyasətçilər onun qurucuları hesab olunurlar.
Kanada Milli Qalereyası
Kanada Milli Qalereyası (ing. National Gallery of Canada, fr. Musée des beaux arts du Canada) Ottavada — muzeydə geniş kolleksiyalar, qrafika, heykəltəraşlıq və fotoqrafiya vardır. Kolleksiyanın əsası Kanadalı incəsənət əsərlərindən ibarətdir — Tom Tomson, Emili Karr, Aleks Kolvill və iştirakçıları "Yeddi qrupu"nun üzvləri (Group of Seven). Sərgidə bir çox məşhur Avropa rəssamlarının əsərləri də təqdim olunur. Qeyd edək ki, Endi Uorxol məşhur əsərləri arasında müasir sənət əsərlərinin toplusu diqqət çəkir. == Tarixi == Kanadanın Milli Qalereyası 1880-ci ildə Kanadanın dördüncü baş qubernatoru Con Duqlas Sazerlend Kempbell tərəfindən təsis edilmişdir. 1882-ci ildən Kanadanın Ali Məhkəməsinin binasında yerləşirdi. 1911-ci ildə qalereya Victoriya Memorial Muzeyinə (indi Kanada Təbiət Muzeyi) köçdü. 1913-cü ildə Milli Qalereyanın fəaliyyətini tənzimləyən Milli Qalereya Aktı qəbul edildi.
Kanada Silahlı Qüvvələri
Kanada Silahlı Qüvvələri (fr. Forces armées canadiennes, FAC) — Kanadanın müstəqilliyini və ərazi bütövlüyünü qorumaq funksiyasını yerinə yetirən hərbi təşkilat. Kanada Silahlı Qüvvələrinin fəaliyyəti, "Müdafiə haqqında qanun" ilə tənzimlənir. Təşkilat, Quru Qoşunları, Hərbi Hava Qüvvələri (RCAF) və Hərbi Dəniz Qüvvələrindən (RCN) ibarətdir. == Təşkilatın strukturu == Kanada Silahlı Qüvvələrində aşağıdakı iyerarxiya var: Ali Baş Komandan — Kraliça II Elizabet, 2010-cu ildən Kanada general-qubernatoru David Lloyd Conston tərəfindən təmsil olunur; Qərargah rəisi — Tomas Louson, 27 avqust 2012-ci ildən Qərargah rəisinin müavini, general-leytenant Qay Tibo Kanada kral hərbi donanma komandiri, vitse-admiral Mark Norman Kanada Ordusunun komandiri general-leytenant Paul Vinnik Kanada Kral Hava Qüvvələrinin komandanı, general-leytenant İvan Blonden Hərbi xidmət şöbəsinin müdiri general-mayor David Millar Kanada xüsusi qüvvələrinin komandiri, general Tuğgeneral William Tompson Kanada Silahlı Qüvvələrinin Kəşfiyyat komandiri, general-mayor Kristian Rousseau Kanadada birgə əməliyyat komandanlığı, General-leytenant Stüart Bir == Ədəbiyyat == Black, Jeremy. Fighting for America: The Struggle for Mastery in North America, 1519-1871. Indiana University Press. 2011. ISBN 978-0-253-35660-4. Conrad, John.
Kanada Xarici İşlər Nazirliyi
Kanada Xarici İşlər Nazirliyi (fr. Affaires mondiales Canada) — xarici siyasətindən, həmçinin idxal-ixrac və beynəlxalq ticarət siyasətindən cavabdehdir. 1909-cu il 1 iyunda nazirlik Xarici İşlər Nazirliyi olaraq yaradıldı, sonra Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi adını aldı. Həmin dövrdə Kanadanın xarici siyasəti Böyük Britaniya tərəfindən idarə olunurdu. Nazirliyin adı Kanadanın xarici siyasətinə nəzarət etməsindən 60 il sonra yalnız 1993-cü ildə Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi olaraq dəyişdirildi.
Kanada Xristian Əmək Assosiasiyası
Kanada Xristian Əmək Assosiasiyası (ing. Christian Labour Association of Canada – CLAC) — Kanadanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Assosiasiyanın baş qərargahı Ontario əyalətinin Mississauqa şəhərində yerləşir. == Tarixi == İkinci dünya müharibəsindən sonra Kanadaya üz tutan alman miqrantlar kommunizm və sosializm prinsiplərindən uzaq olan ədalətli siyasət yürüdən vahid bir təşkilata ehtiyac duyurlar. Ona görə də müəyyən qrup işçilər birləşərək xırda təşkilatlar yaradırlar. 20 fevral 1952-ci ildə isə həmin birliklər birləşərək Kanada Xristian Əmək Assosiasiyasını təsis edirlər. == Fəaliyyəti == Assosiasiya bu günə kimi fəaliyyətini davam etdirir və əmək münasibətlərinin düzgün tənzimlənməsində böyük rol oynayır. Yarandığı ilk gündən assosiasiya Avropa həmkarlar ittifaqlarının təcrübəsindən istifadə edib. Bu isə təşkilatın ədalətli prinsiplər üzərində formalaşmasına böyük köməklik göstərib. == Pensiya əmanəti proqramı == Assosiasiya 1974-cü ildən başlayaraq iki pensiya əmanəti proqramına başçılıq edir.
Kanada akvilegiyası
Kanada akvilegiyası (lat. Aquilegia canadensis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin akvilegiya cinsinə aid bitki növü.

Digər lüğətlərdə