KİFAYƏT

zərf [ ər. ]
1. Yetər, kafi, bəs olma.
Deyirlər, çox ardır yüz il, əlli il; İnsana bir ömür kifayət deyil. B.Vahabzadə.

□ Kifayət qədər – lazımınca, lazımi qədər, bəs olduqca.
[Qurban] yolda yeriyərkən düşünürdü: – Xoşbəxt adam, kifayət qədər pul toplamış, indi də gedib uşaqlarına qovuşacaqdır. A.Şaiq.
[Tahir] ikiotaqlı təzə mənzilində cəmisi bir həftə qalmışdı, hələ də buraya kifayət qədər isinişməmişdi. M.Hüseyn.
Sultan ciddi nüfuzedici bir ahənglə, özü də kifayət qədər məntiqlə danışırdı. İ.Hüseynov.

Kifayət etmək1) bax kifayətlənmək.
Mirzə öz maaşına kifayət edib bir qəpik də olsun rüşvət almazdı. Ə.Haqverdiyev;

2) çatmaq, yetmək, bəs olmaq.
Şərt deyildir yatıbduram yanında; Gendən baxmaq mənə kifayət eylər. M.P.Vaqif.
[Bədircahan:] …Dəxi mənə artıq şey lazım deyil, bir beş-altı manat kifayət edər. N.Vəzirov.

Kifayətə yetmək köhn. – razı düşmək, təmin olunmaq, kifayətlənmək.
[Sitarə:] Bu çərxdən gərək yetə hər kəs kifayətə. C.Cabbarlı.

Kifayət olmaq – bax kifayət etmək 2-ci mənada.
2. Kifayətdir (şəklində) – yetər, çatar, bəsdir.
[Aslan bəy:] Bircə yaylım atılarsa, kifayətdir… C.Cabbarlı.
Bir könülə kifayətdir bir mənalı məhəbbət; İki qəlbi əyləndirmək xəyanətdir, sevgilim! S.Rüstəm.

// Əmr mənasında – yetər! bəsdir! kifayət edər! Kifayətdir, buraxın söhbəti!

Sinonimlər (yaxın mənalı sözlər)

  • KİFAYƏT bəsdir — yetər
KİF
KİFAYƏTLƏNDİRİCİ
OBASTAN VİKİ
Kifayət Qasımova
Kifayət Qasımova (1 fevral 1983, Kəlbəcər) — Azərbaycanı təmsil edən cüdoçu və məşqçi. == Karyerası == Karyerasının birinci uğuruna Kifayət Qasımova 1998-ci ilin noyabrında imza atdı. Kifayət Qasımova Rumıniyanın Buxarest şəhərində baş tutan gənclər arasında Avropa Çempionatında bürünc medala sahib oldu. 1999-cu ildə isə Kifayət Qasımova İsveçdə Avropa Gənclər Olimpiya Festivalını bürünc medalla başa vurdu və İtaliyada U-20 Avropa Çempionatının qalibi oldu. Daha sonra Kifayət Qasımova 2000-ci ildə Tunisdə U-20 Dünya Çempionatının və 2002-ci ildə Niderlandda U-20 Avropa Çempionatının bürünc medalına sahib oldu. 2004-cü ilin mayında Buxarest şəhərində (Rumıniya) Avropa Çempionatını yeddinci pillədə başa vuran Kifayət Qasımova həmin ilin noyabrında Lyublyana şəhərində (Sloveniya) U-23 Avropa Çempionatının qalibi oldu. 2005-ci ildə isə Kifayət Qasımova mayda Rotterdam şəhərində növbəti dəfə Avropa Çempionatını yeddinci pillədə başa vurdu, noyabrda isə Kiyev şəhərində U-23 Avropa Çempionatının bürünc medalına sahib oldu. Kifayət Qasımova 2006-cı ildə Finlandiyanın Tampere şəhərində baş tutan Avropa Çempionatının final görüşündə Fransa nümayəndəsi Barbara Harela məğlub olaraq turniri gümüş medalla başa vurdu. Həmin il Azərbaycan Çempionatının qalibi olan Kifayət Qasımova bir il sonra, 2007-ci ilin aprelində Serbiyanın Belqrad şəhərində baş tutan Avropa Çempionatında bu səfər bürünc medala sahib oldu. 2007 və 2008-ci illərdə bir sıra beynəlxalq turnirlərin qalibi olan Kifayət Qasımova 2008-ci ilin aprelində Portuqaliyanın Lissabon şəhərində baş tutan Avropa Çempionatını bürünc medalla başa vurdu.
Dünya kifayət deyil
"Dünya kifayət deyil" (ing. The World Is Not Enough) — 1999-cu ildə istehsal olunmuş ABŞ filmi; Ceyms Bondun məşhur sərgüzəştlətindən biri. == Süjet == Robert King adlı çox zəngin bir neft kralı, beynəlxalq bir terroristin təşkil etdiyi sui-qəsd nəticəsində öldürülür. Yanına nüvə silahlar mütəxəssisi Christmas Jonesin (Denise Richards) da alan dəli terroristin məqsədi dünyanı ələ keçirməkdir. Öldürülən neft kralının gözəl qızı Elektra'yı (Sophie Marceau) ola biləcək təhlükələrdən qorumaqla vəzifələndirilən James Bond (Pierce Brosnan), Xəzər dənizinə və İstanbula səfərlər edərək çılgınteröristi dayandırmağa çalışır. Bu vaxt can düşməni Christmas Consla da əməkdaşlıq etməyə başlayan Bond'u İstanbul Boğazı sularının dərinliklərində seyr nüvə bir dənizaltıdan ölümcül bir mübarizə gözləyir... == Maraqlı faktlar == Filmin əsas kadrları Neft Daşlarında lentə alınmışdır.
Dünya kifayət deyil (film, 1999)

Digər lüğətlərdə