KREDİ́T

[ lat. creditum] mal.
1. Borc olaraq mal və ya pul vermə. Uzunmüddətli kredit. Qısamüddətli kredit.
2. Müəyyən məqsəd üçün xərclənməsinə icazə verilmiş məbləğ. Xüsusi kreditdən maaş vermək. Büdcə krediti. – [Katib:] İrandan bizim fabriklər üçün altı min ton pambıq getməlidir.
Bu barədə təbdir edib qiymətini və kredit şərtlərini bizə xəbər verməniz xahiş olunur. Ə.Haqverdiyev.

◊ Kredit bileti köhn. – kağız pul, əsginas. Dövlət krediti iqt. – dövlət istiqraz sistemi.
KRÁTER
KRÉDİT

Digər lüğətlərdə