KÖNÜLSÜZ

sif.zərf İstəmədən, istəməyərək, arzusuz, həvəssiz, ürəksiz, razılığı olmadan, istər-istəməz. Könülsüz getmək. Könülsüz oxumaq.
– Qulu bu dəfə ümidsiz və könülsüz gəldi. A.Şaiq.
Bibi könülsüz də olsa, qardaş oğlunun sözlərini dinlədi. Ə.Vəliyev.
Gülpəri çox könülsüz cavab verirdi. H.Seyidbəyli.

□ Könülsüz tikə – istənilməyən, arzu edilməyən, ürəyə yatmayan adam, şey haqqında.
…Cəmilə xanımın ərindən zəhləsi gedirdi, onu görəsi gözü yox idi, könülsüz tikə kimi qəbul edirdi. E.Sultanov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KÖNÜLSÜZ həvəssiz — meyilsiz
  • KÖNÜLSÜZ KÖNÜLSÜZ ..Arvad sustalmış halda, könülsüz ayağa qalxır (H.Abbaszadə); XAH-NAXAH Qoca xahi-naxahi çıxmışdı qapıya

Antonimlər (əks mənalı sözlər)

  • KÖNÜLSÜZ KÖNÜLSÜZ – ÜRƏKLİ Qaşığı əlinə alıb boşqabdakı dovğanı könülsüz, həvəssiz içməyə başladı (İ.Məlikzadə); Bizim suallara ürəkli cavab verirdi (“Azərbayc
KÖNÜLSEVƏN
KÖNÜLSÜZ-KÖNÜLSÜZ
OBASTAN VİKİ
Könüllünü tale aparır, könülsüzü sürüyür
Ducunt volentem fata, nolentem trahunt (azərb. könüllünü tale aparır, könülsüzü sürüyür‎) — ifadəsi ilk dəfə yunan filosofu stoist Kleanf tərəfindən söylənilmiş, sonralar Roma stoisizmi nümayəndəsi Lusi Anney Seneka tərəfindən tərcümə edilmişdir.

Digər lüğətlərdə