1. Kəşfiyyata göndərilmiş, kəşfiyyatda olan hərbi qulluqçu (bax kəşfiyyat 2-ci mənada).
Saday hissənin ən məşhur kəşfiyyatçılarından biri sayılırdı.
Vəziyyətdən aydın idi ki, Orucov alman kəşfiyyatçısı ilə tutaşmışdır.
2. Kəşfiyyat işçisi, agenti (bax kəşfiyyat 3-cü mənada). Düşmən kəşfiyyatçısı.
3. Kəşfiyyatla məşğul olan adam (bax kəşfiyyat 1-ci mənada).
Qasid Nərcə kəndinin yanından keçərkən, Fəxrəddinin ordusundan göndərilən kəşfiyyatçılardan Dəmirə rast gəldi.