Bu sual [kişiyə] yersiz, bir az da lağ kimi gəldi.
□ Lağ etmək (eləmək) – ələ salmaq, istehza etmək, araya qoymaq, masqaraya qoymaq, gülmək.
Camalından mələk xəcalət çəkər; Hüsnün eylər aya, günə lağ, gəlin!
[Rəşid:] Mənim nə həddim var sənə lağ eləyim.
[Qızyetər:] Bayaqdan lağ eləyirdi, indi özünün ürəyi gedir.
Lağa qoymaq – bax lağ etmək (eləmək).
Odur, uşaq yenə kərbəlayıdan əl çəkmir, onu lağa qoyub yoruluncaya qədər gülürdü.
[Hümmət Zülfüqara:] Çıxart bu demaqoqu, sənə deyirəm. Küçələrdə bizi lağa qoyduğu daha bəsdir.