LAZIMINCA

zərf İstənilən qədər, kifayət qədər, kafi dərəcədə, lazımi dərəcədə, lazımi surətdə.
Məktubda bir-iki kəlmə söz var ki, mətləbi lazımınca kəşf edir. C.Məmmədquluzadə.
Çöllərdəki yaşıl əkinlər lazımınca boy atmadan təravətdən düşürdü. S.Hüseyn.
Bəhram şəhərdəki İran konsulxanasında katiblik edirdi.
Lakin bu vəzifə onu lazımınca təmin etməyirdi. Çəmənzəminli.

// dan. O ki var. Onu lazımınca əzişdirdilər.

Sinonimlər (yaxın mənalı sözlər)

  • LAZIMINCA xeyli — olduqca
LAZIM
LAZIMİ

Digər lüğətlərdə