LİZALİK
LOĞMAN
OBASTAN VİKİ
Böyük loğman. İbn Sina
Böyük loğman. İbn Sina (rus. Великий врачеватель : Авиценна. Жизнеописание) — Valeri Voskoboynikovun İbn Sinadan bəhs edən və ilk dəfə 1972-ci ildə nəşr edilmiş tarixi povesti. Məşhur rus uşaq yazıçı-publisisti Valeri Mixayloviç Voskoboynikovun tarixi povesti. Əsər 1972-ci ildə yazılmış və bestsellərə çevrilmişdir. Kitab UNESCO-nun qərarı ilə İbn Sinanın 1000 illiyi ərəfəsində bir çox dünya dillərinə tərcümə edilmişdir. Kitab yaşından asılı olmayaraq tarix, islam dini və tibb elminin yaranışı ilə maraqlanan və ya sadəcə məqsədinə qətiyyətlə çatmaq istəyən bütün oxucular üçündür. == Məzmun == Müəllif Böyük Loğmanın həyatı yolu ilə birgə onun yaşadığı zəmanənin də – Orta Asiyada İslamın ən təzadlı tarixi inkişaf mərhələsində (950–1050-ci illər) saray əhli və adi insanların həyat şəraitini də işıqlandırıb. == Nəşr və tərcümə == Əsər ilk dəfə 1972-ci ildə Молодая гвардия nəşriyyatında rusca nəşr edilmişdir.
Loğman (Hurand)
Loğman (fars. لقمان‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 147 nəfər yaşayır (34 ailə).
Loğman (film, 2013)
Loğman (ing. The Physician) — Noah Qordonun eyni adlı əsəri əsasında 2013-cü ildə alman rejissor Filipp Ştöltsl tərəfindən çəkilmiş macəra filmi. == Məzmun == Filmdəki hadisələr 11-ci əsr İngiltərəsində baş verir. Antik dövründə toplanmış biliklər, o cümlədən tibbi biliklər tədricən itirilmişdir, kilsə isə qara magiya adı altında elmə qarşı mübarizə aparmaqdadır. Sadə xalqın xəstəlikləri bir şəhərdən digərinə səyahət edən bərbərlər tərəfindən "sağaldılır". Robert Koul adlı uşağın qeyri-adi vergisi var: o, kiminsə sağalmaz xəstəliyi olduğunu duya bilir. İlk dəfə o, bunu uşaq olarkən xəstə anasının appendisitdən öləcəyini duyan zaman kəşf edir. Yetim qalmış Robert müxtəlif şəhərlərdə insanları sağaldan səyyar şarlatana qoşulur və ondan orta əsr təbabətinin məhdud imkanlarını öyrənir. Bununla belə, o, bunların insanları sağaltmaq və əsl həkim olmaq üçün kifayət etmədiyini də başa düşür. Müəllimi kataraktadan əziyyət çəkəndə, Robert bunu sağaltmaq üçün yəhudi təbiblə danışır.
Loğman Kərimov
Loğman Seyfulla oğlu Kərimov (11 yanvar 1959, Bakı) — aktyor, teatr rejissoru, ssenari müəllifi. == Həyatı == Loğman Kərimov 11 yanvar 1959-cu il Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi çalışan L. Kərimov 30-a yaxın maraqlı surətlər yaratmışdır. Onun "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Qəzəlxan" filmində yaratdığı Əliağa Vahid obrazı geniş tamaşaçı kütləsi tərəfindən yüksək qiymətləndirilmişdir. Loğman Kərimov 1998-ci ildən doğma teatrda rejissor kimi fəaliyyətə başlamış və bu müddət ərzində Elçinin "Mahmud və Məryəm" (bu tamaşa 1999-cu ilin ən uğurlu tamaşası elan edilmişdir), "Ölüm hökmü", S. S. Axundovun "Qaraca qız", Ə. Dəmirçizadənin "Dədəm Qorqud", A. Babayevin "Olmuş əhvalat", M. Marinyenin "Lotereya" əsərlərinə uğurlu səhnə həlli vermişdir. L. Kərimov teatrın rus bölməsində "Əlibaba və 40 quldur", "Al çiçək", "Göyçək Fatma" tamaşalarını hazırlamışdır. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru vəzifəsində çalışıb. Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru vəzifəsində çalışır. L. Kərimov 2006-cı ildə əməkdar artist fəxri adına, 2002-ci ildən isə Azərbaycan Respublikası Prezidentinin mükafatçısıdır.
Loğman Surəsi
31-ci surə
Loğman xan
Loğman xan — Elxanilər dövlətinin hökmdarlığına olan son iddiaçı. Əvvəlcə Əmir Vəliyə, daha sonra Əmir Teymura tabe olmuşdur. Yerinə oğlu Pir Məhəmməd keçmişdir.
Mirzə Məhəmmədhüseyn xan Loğman Ədhəm
Mirzə Məhəmmədhüseyn xan Mirzə Zeynalabdin xan oğlu Loğman Ədhəmi (1879, Təbriz – 1951, Tehran) — Həkim, Tehran Tibb universitetinin rektoru. Məhəmmədhüseyn xan Zeynalabdin xan oğlu 1879-cu ildə Təbriz şəhərində doğulmuşdu. İbtidai təhsilini atasından, orta təhsilini "Loğmaniyyə" məktəbində almışdı. Özü də bir müddət həmin məktəbdə coğrafiyadan dərs demişdi. Sonra atasının və digər ustadların yanında tibb elmini öyrənmişdi. Moin əl-Tibba ləqəbinə yiyələnmişdi. Məhəmmədəli mirzə şahlıq taxtına çıxdıqdan sonra Tehrana, saraya köçmüşdü. Azadxahlara divan və məclis topa tutulduqdan sonra sarayı tərk edib Fransaya yollanmışdı. 1908-ci ildə Paris universitetinin tibb fakültəsini bitirmişdi. O, tibb elmləri doktoru elmi ünvanı da almışdı.
Süleyman Bağırov (Loğman oğlu)
Təzəkənd-i Loğmanabad (Nəmin)
Təzəkənd-i Loğmanabad (fars. تازه كندلقمان اباد‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 55 nəfər yaşayır (12 ailə).
Loğman
Loğman peyğəmbər Qurani Kərimdə adı keçən 30 peyğəmbərdən biridir.Loğman Peyğəmbər həkim olmuşdur.Yəni təbabətlə məşğul olmuşdur.O yüksək biliyə malik idi.Loğman adının mənası ərəbcə "həkim-təbib" deməkdir.
Loğman Həkim Universiteti
Loğman Həkim Universiteti — Ankarada yerləşən özəl Türkiyə universiteti. Sevgi Vəqfi tərəfindən 2017-ci ildə vəqf universiteti olaraq yaradılıb. 2018–2019-cu tədris ilində akademik fəaliyyətə başlayıb. Loğman Həkim Universiteti 1996-cı ildə yaradılmış Loğman Həkim Sağlamlıq Qrupunun bir hissəsidir. Universitet iki dildə, türk və ingilis dillərində təhsil verir. == Tarixi == Loğman Həkim Universiteti 1996-cı ildə Ankarada yaradılan Loğman Həkim Sağlamlıq Qrupunun bir hissəsidir. Universitet 2017-ci ildə Sevgi Vəqfi tərəfindən vəqf universiteti kimi yaradılıb. 2018–2019-cu tədris ilində isə akademik fəaliyyətə keçib. 2008-ci ildə xidmətə başlayan Loğman Həkim Ankara Xəstəxanası, 1 yanvar 2020-ci il tarixindən etibarən "Loğman Həkim Universiteti Ankara Xəstəxanası" olaraq müalicə xidmətləri ilə yanaşı akademik fəaliyyətlərlə də məşğul olmağa başlayır. 2021-ci ildə Loğman Həkim Sağlamlıq Qrupu, "Loğman Həkim Universiteti Söğütözü Diş Xəstəxanası"nı istifadəyə verib.

Digər lüğətlərdə