is. [
ər. ]
1. Bir işin, hadisənin başlanması ilə qurtarması arasındakı, yaxud bir şey üçün müəyyən edilmiş vaxt, zaman. Təhsil müddəti.
– [Qadın:] Molla, məni günaha batırdın, siğənin müddəti çoxdan tamam olmuşdur. Çəmənzəminli.
[Rəhim:] Parovozun adi təmirinə 96 saat tələb olunduğu halda, biz təmir müddətini 24 saata endirdik. Ə.Sadıq.
// Ümumiyyətlə, vaxt, zaman.
□ (Bir) az müddət – az zaman, az vaxt. Az müddət içərisində dil öyrəndi.
– [Dərviş] … bərk köksünü ötürüb bir az müddətdən sonra məndən sordu. A.Divanbəyoğlu.
[Göyərçin:] Böyük bir saray az müddətdə tikilib başa gələ bilər. Z.Xəlil.
Bir müddət – bir neçə vaxt, bir zaman, bir qədər. Bir müddət gözləmək.
– Bir müddət işlədikdən sonra bəy [Nəbinin] haqqını kəsir. “Qaçaq Nəbi”.
Teymur bir müddət dalanın ağzında dayanıb nə edəcəyini bilmədi. H.Seyidbəyli.
(Bir) neçə müddət – bax
bir müddət.
Bir övrət bir kişi ilə neçə müddət yaşayandan sonra bunların övladı olur. C.Məmmədquluzadə.
Beləliklə, İskəndər bəy dağlarda neçə müddət padşahlıq elədi. Ə.Haqverdiyev.
Bu müddət(də) – bu dövr(də), bu vaxt(da).
2. Mövsüm. Ov müddəti. Əkin müddəti.